M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Tələbə şəxsiyyətinin inkişafının pedaqoji-psixoloji şərtləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə26/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
4. Tələbə şəxsiyyətinin inkişafının pedaqoji-psixoloji şərtləri 
Tələbə şəxsiyyətinin inkişafında nəzərdən keçirilən 
ümumi amillərlə yanaşı, pedaqoji prosesə xas olan bir sıra 
spesifik amillər də mühüm rol oynayır. Belə amillərə daxildir: 
- tələbənin şəxsi fəallığı; 
- təlim-tərbiyə prosesinin düzgün təşkili; 
- pedaqoji ünsiyyətin düzgün qurulması; 
- tələbə kollektivinin təsiri; 
- nəzəri biliklərin dərindən mənimsənilməsi; 
- tələbənin özünütəhsilə, mütaliəyə cəlb edilməsi; 
- bəşəri və milli dəyərlərin mənimsədilməsi; 
- tələbələrin vaxt büdcəsinin səmərəli təşkili; 
- ali məktəb müəlliminin şəxsi nümunəsi və s. 
Şəxsiyyətin fəallığı – tələbənin ümumi və psixi inkişafının 
vacib şərtidir. Şəxsiyyət fəaliyyət prosesində formalaşır. Fəa-
liyyət özlüyündə insanın ətraf aləmə fəal münasibətinin for-
masıdır. Tələbə təhsildə, əməkdə, yaradıcılıqda, ictimai işlərdə 


46 
nə qədər çox fəallıq göstərərsə, bir o qədər həmin sahələrdə 
uğur qazana bilər.
Təlim-tərbiyə işinin müvəffəqiyyəti tələbənin şəxsi fəallığı 
ilə bilavasitə bağlıdır. Tələbələrin yüksək səviyyədə təşkil olun-
muş məqsədyönlü fəaliyyəti uğurlu tərbiyənin də vacib şərtidir. 
Tələbə əmək, idman, elmi-texniki, bədii və ictimai-siyasi fəa-
liyyət prosesinə cəlb edilməklə şəxsiyyətin vacib keyfiyyət-
lərinə yiyələnir, ictimai təcrübə qazanır, həyatı və insan müna-
sibətlərini öyrənir, mənəvi cəhətdən zənginləşir, gələcək 
mütəxəssis kimi bir çox cəhətdən formalaşır.
Şəxsiyyətin keyfiyyəti – möhkəm dayanıqlı motivlərlə 
dayanıqlı davranış formasının vəhdətinə əsaslanır. Eyni bir 
davranış forması (məsələn, təlimə səylə yanaşmaq) motivdən 
asılı olaraq müxtəlif keyfiyyət çaları kəsb edə bilər: tələbə borc 
hissinin təsiri ilə və ya müəllimin tərifini (yaxud yaxşı qiymət) 
qazanmaq naminə təlimə səy göstərə bilər. Bunlar zahirən eyni 
forma olsa da, əslində şəxsiyyətin müxtəlif keyfiyyətlərini ifadə 
edir.
Tələbə şəxsiyyətinin formalaşmasına təsir edən amillər 
sırasında ünsiyyətin, xüsusən pedaqoji ünsiyyətin düzgün qu-
rulması böyük əhəmiyyət kəsb edir. Tələbə şəxsiyyəti, fəa-
liyyətin bir sahəsi kimi, həm də ünsiyyət prosesində formalaşır.
Demokratik üslubda qurulan pedaqoji ünsiyyətin tərbiyəvi təsiri 
daha güclüdür. Müəllim-tələbə münasibətləri əməkdaşlıq prinsi-
pinə uyğun qurulmalıdır: müəllim tələbəyə şəxsiyyət kimi, gə-
ləcək mütəxəssis kimi baxmalı, etibar etməli, qayğı və diqqətlə, 
hörmət və tələbkarlıqla yanaşmalı, yüksək pedaqoji məharət
müsbət nümunə göstərməli, hər işdə ədalətli olmalıdır. 
Tələbə gənclərin şəxsiyyətinin inkişafında tələbə kol-
lektivi də güclü təsir göstərir: kollektiv tələbələrdə qarşılıqlı 
münasibətlərin, kollektivçilik hissinin formalaşmasına, şəxsi və 
ictimai maraqların uzlaşdırılmasına imkan verir. Kollektivin 
ictimai rəyi, qəti tələbi böyük tərbiyə gücünə malikdir. Tə-
ləbələr kollektivin rəyinə həssaslıqla yanaşır və ona ciddi 


47 
reaksiya verirlər, onunla hesablaşırlar. 
Buna görə də tələbə qruplarında sağlam ictimai rəyin for-
malaşmasına, onun ayrı-ayrı neqativ hallara qarşı yönəldil-
məsinə, haqqın, düzlüyün, ədalətin müdafiəsinə, kollektivdə 
səmimi münasibətlərin yaranmasına yönəltmək çox vacibdir.
Gənclərin zehni, ideya-mənəvi tərbiyəsinə təsir edən 
amillər sırasında tələbələrin elmi biliklərə, bəşəri və milli də-

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin