0
Fiziki qüsurlu
şəxslərə
kitabxana xidm
ətinin təşkili
Respublikanın kütləvi və ixtisaslaşdırılmış
kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana
Sisteml
əri üçün metodik tövsiyələr
Bak
ı - 2016
1
T
ərtibçi:
L.Əhmədova
Redaktor:
A.Abdullayeva
İxtisas redaktoru və
buraxılışa məsul:
K.M.Tahirov,
professor,
Əməkdar mədəniyyət işçisi
Fiziki qüsurlu
şəxslərə kitabxana xidmətinin təşkili:
metodik tövsiy
ələr /tərt. ed. L.Əhmədova; ixtisas red. və burax.
m
əsul K.Tahirov; M.F.Axundov ad. Azərbaycan Milli Kitabxana-
sı.- Bakı, 2016.- 27 s.
Az
ərbaycan Milli Kitabxanası, 2016
2
“Bizi sevindir
ən odur ki, fiziki cəhətdən qüsuru, çatışmazlığı
olan insanlar nikbin yaşayırlar və öz iradələrinə söykənərək iste-
dadlarını inkişaf etdirirlər və hətta ölkəmizdə keçirilən festival-
larda, müsabiq
ələrdə çıxış edərək onları ictimaiyyətə nümayiş
etdirirl
ər. Bu, insanın ən gözəl xüsusiyyətlərindən biridir. Bu,
insanın nə qədər yüksək mənəviyyata, nə qədər yüksək gücə, nə
q
ədər yüksək iradəyə malik olduğunu bir daha göstərir. Biz bu
halları qiymətləndirməliyik və hər bir insanın cəmiyyətdə özünün
daxilind
ə olan imkanlarından istifadə etməsi üçün, öz istedadını
nümayiş etdirməsi üçün ona şərait yaratmalıyıq”.
Heyd
ər Əliyev,
Az
ərbaycan xalqının ümummilli lideri
3
T
ərtibçidən
Bu gün fiziki qüsurlu v
ə sağlamlıq imkanları məhdud insanla-
rın informasiyaya olan tələbatlarının ödənilməsi, asudə vaxtları-
nın səmərəli təşkil olunması ilə əlaqədar cəmiyyətin ən mühüm
elm, t
əhsil, mədəniyyət, informasiya mərkəzi olan kitabxanaların
qarşısında böyük vəzifələr durur.
T
əqdim edilən bu metodik vəsaitdə xüsusi qayğıya ehtiyacı
olan
şəxslərə göstərilən kitabxana xidmətinin ənənəvi və yeni
üsullarından bəhs olunur.
N
əşrlə bağlı rəy və təkliflərini Milli Kitabxanaya ünvanlayan
müt
əxəssis və oxuculara əvvəlcədən öz minnətdarlığımızı bildiri-
rik.
Ünvan: AZ-
1000 Bakı şəh., Xaqani küç. 57.
E-mail:
metodik@anl.az
4
Giriş
Ölk
ədə aparılan uğurlu siyasət, iqtisadi inkişaf xüsusi qayğı-
ya ehtiyacı olan insanların həyat fəaliyyətlərinin yaxşılaşdırılma-
sına zəmin yaratmışdır. Fiziki qüsurlu şəxslərin cəmiyyətə və icti-
mai həyata inteqrasiyası, həmçinin digər insanlarla bərabərhüquq-
lu v
ətəndaş kimi yaşaması dövlət siyasətinin əsas prioritet istiqa-
m
ətlərindən birinə çevrilmişdir.
Az
ərbaycan dövlətçiliyinin təşəkkülündə, ölkə vətəndaşları-
nın, o cümlədən fiziki qüsurlu insanların hüquqlarının müdafiə
olun
masında ümummilli lider Heydər Əliyevin müstəsna rolu ol-
muşdur.
Ulu öndərin qayğısı sayəsində həyat fəaliyyətləri məh-
dud
laşmış vətəndaşlara daim diqqətlə yanaşılmış, onlar fərdi
yaşayış evləri, yeni iş yerləri ilə təmin olunmuşlar.
Bu siyasətin layiqli davamçısı Azərbaycan Respublikasının
Pre
zidenti cənab İlham Əliyev də fiziki cəhətdən qüsurlu insanla-
ra daim diqqət və qayğı göstərmiş, onların cəmiyyətə inteqrasiya-
sının təmin edilməsi, məşğulluq səviyyələrinin artırılması, rifah-
la
rının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmışdır.
Son dövrl
ərdə əsaslı inkişaf yolu keçmiş ölkəmizdə dövlətin
h
əyata keçirdiyi sosial, iqtisadi, mədəni siyasətin əsas prioritetləri
sırasında məhdud fiziki imkanlı şəxslərə qayğı mühüm yer tut-
maq
dadır. Fiziki qüsurlu şəxslərin məşğulluq sahəsində hüquqla-
rını qorumaq, eləcə də onların cəmiyyətə sosial-iqtisadi inteqrasi-
ya
sını təmin etmək məqsədilə bir sıra addımlar atılmışdır.
“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğu-
nun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məh-
dud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında Azər-
bay
can Respublikası Qanunu”na əsasən əlillər anadangəlmə,
x
əstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəti-
c
əsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiə-
y
ə ehtiyacı olan şəxslər hesab olunurlar. Başqa sözlə desək, belə
insanlar özl
ərinə xidmət, hərəkət, ünsiyyət və davranışlarına nə-
5
zar
əti, habelə istənilən əmək fəaliyyəti ilə məşğul olma imkanını
tamamil
ə, yaxud da qismən itirmiş insanlardır.
Respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin sosi-
al müdafi
əsini, eləcə də ictimai həyatın bütün sahələrində iştirakı-
nı təmin etmək məqsədilə dövlət səviyyəsində müxtəlif tədbirlər
h
əyata keçirilməkdədir.
Bu gün ölk
ədə həyat fəaliyyətləri məhdudlaşmış insanların
t
əhsili, onların peşə hazırlığı müxtəlif formalarda həyata keçirilir.
Artıq əminliklə demək olar ki, ölkədə xüsusi qayğıya ehtiyacı
olan uşaqların təhsil almalarına tam şəkildə şərait yaradılmışdır.
Buna
ən bariz nümunə 2001-ci ildə ümummilli lider Heydər
Əliyev tərəfindən “Sağlamlıq imkanları məhdud şəxslərin təhsi-
li (xüsusi t
əhsili) haqqında” Azərbaycan Respublikasının Qanu-
nu”nun q
əbul olunmasıdır.
2005-ci ild
ə Azərbaycan Respublikası Təhsil Nazirliyində
“Az
ərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə
inkişaf proqramı (2005-2009)” hazırlanmışdır. Həmçinin 2005-
2006-
cı illərdə UNESCO-nun maliyyə dəstəyi ilə sağlamlıq im-
kan
ları məhdud olan uşaqlarla “İnkluziv təhsil” layihəsi həyata
keçi
rilmişdir. Qeyd edək ki, layihəni Təhsil Nazirliyi, Təhsildə
İslahatlara Yardım Mərkəzi və UAFA (United Aid for Azerbai-
jan) t
əşkilatı reallaşdırmışdır.
Bütün bunlarla yanaşı təhsil ocaqları, eləcə də, digər tədris
mü
əssisələri sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin
m
əktəbəqədər təlim-tərbiyəsini, dərsdən kənar vaxtlarda tərbiyə-
sini t
əmin edir, eləcə də, xüsusi bacarıq və istedada malik olan
fiziki qüsurlu
uşaq və yeniyetmələrin ümumi tədris müəssisələ-
rind
ə pulsuz dekorativ-tətbiqi sənətlərə yiyələnməsi üçün bir sıra
layih
ələrlə çıxış edirlər.
Heyd
ər Əliyev siyasi kursunun davamı olaraq Azərbaycan
Res
publikasının prezidenti cənab İlham Əliyevin imzaladığı bir
sıra fərman və sərəncamlarla əlil və şəhid ailələrinin sağlamlığı-
nın və mənzil şəraitinin yaxşılaşdırılması, sosial müdafiəyə xüsu-
6
si ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar
üçün
şəraitin yaradılması, onların hüquq və azadlıqlarının müda-
fi
əsi işi həyata keçirilir.
Bu gün ölk
əmizdə fiziki qüsurlu insanların yaradıcılığı,
asud
ə vaxtlarından düzgün istifadə, eləcə də idman və bədən tər-
biy
əsi sahəsində də mühüm addımlar atılmaqdadır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
Milli Paralimpiya Komit
əsinin yaradılması ilə fiziki çatışmazlıq-
ları olan gənclərin idmana cəlb edilməsi, onların dünyada keçiri-
l
ən beynəlxalq yarışlarda, paralimpiya oyunlarında iştirakına bila-
vasit
ə şərait yaradılmışdır. 2000-ci ildə Sidneydə keçirilən olim-
pi
adada idmançılarımız qızıl, gümüş və bürünc medallara layiq
görülmüşlər.
Sağlamlıq imkanları məhdudlaşmış gənclərin cəmiyyətə in-
teq
rasiyası və istedadlarının aşkara çıxarılaraq lazımi şəraitin
yara
dılması sahəsində də müəyyən işlər görülmüş, 1997, 2000,
2003, 2006-
cı illərdə fiziki çatışmazlıqları olan şəxslərin sərgi
müsabiq
ələri, 1998, 2001, 2004 və 2007-ci illərdə bədii-yaradıcı-
lıq baxış müsabiqələri və 1999, 2005-ci illərdə isə idman oyunları
üzr
ə yarışları keçirilmişdir.
H
əyat fəaliyyətləri məhdudlaşdırılmış uşaq, yeniyetmə və
g
ənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsin-
d
ə Heydər Əliyev Fondunun da əvəzsiz xidmətləri vardır. 2005-ci
ild
ə BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında
“Görm
ə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan in-
sanlar üçün informasiya-
kommunikasiya texnologiyalarına
çıxışın təmin edilməsi”nə dair əməkdaşlıq sazişi və layihə sənədi
im
zalanmışdır. Layihənin əsas məqsədi fiziki qüsurlu insanların
c
əmiyyətdə fəal iştirakına, İKT vasitəsi ilə məlumat əldə etmək
v
ə biliklərini artırmaq imkanlarının genişləndirilməsinə kömək
göst
ərmək idi. Məhz bu layihənin davamı olaraq Heydər Əliyev
Fondu m
əhdud fiziki imkanlı şəxslərin İKT-dən istifadəsini artır-
maq m
əqsədilə 2010-2012-ci illərdə Naxçıvan MR, Gəncə və
Yevlaxda regional informasiya m
ərkəzləri yaratmışdır.
7
Fiziki qüsurlu şəxslərə kitabxana
xidm
ətinin təşkili
Xüsusi qayğıya ehtiyacı olan əhali qrupunun mütaliəyə olan
mara
ğını artırmaqda, eyni zamanda asudə vaxtlarının daha səmə-
r
əli təşkilində kitabxanalar əsas mərkəz rolunu oynayırlar. Bu
baxımdan da kitabxanaların qarşısında bir sıra mühüm vəzifələr
durur ki, bunlar da
aşağıdakılardır:
•
Kitabxananın xidməti ərazidə yaşayan xüsusi qayğıya
ehtiyacı olan insanların müəyyənləşdirilməsi və onlar haqqında
m
əlumat bazalarının yaradılması;
•
h
əyat fəaliyyətləri məhdud olan oxucu qruplarının mütaliə
maraqlarının öyrənilməsi;
•
kitab fondlarını məhdud fiziki imkanlı oxucuların istifadə-
sin
ə yararlı nəşrlərlə komplektləşdirilməsi;
•
sağlamlıq imkanları məhdud şəxslərin asudə vaxtlarının
s
əmərəli keçirilməsinin təşkili;
•
s
əyyar kitabxana xidməti;
•
kitabxana terapiyası;
•
kitabxanalarda informasiya texnologiyalarının tətbiqi və
qabaq
cıl texniki vasitələrdən istifadənin öyrədilməsi;
•
bu sah
ədə kitabxanaçı kadrların ixtisasının artırılması;
•
kitabxana xidm
ətlərindən istifadənin asanlaşdırılması.
Xidm
əti ərazidə yaşayan fiziki qüsurlu şəxslər haqqında in-
formasiya xarakterli m
əlumat bazasının yaradılması sağlamlıq
im
kanları məhdud olan insanlara göstərilən kitabxana xidmətinin
ilkin m
ərhələsini təşkil edir. Belə ki, kitabxanalar sosial xidmət
v
ə ictimai təşkilatların köməyi ilə əldə etdikləri məlumatlar vasi-
t
əsilə həmin ərazidə yaşayan fiziki qüsurlu insanlar haqqında
oxucu kartotekası (məlumat bazası) hazırlamalıdırlar.
8
Sağlamlıq imkanları məhdud olan əhali qrupuna kitabxana
xidm
əti zamanı ilk növbədə bu qrupdan olan insanların mütaliəyə
olan maraqlarının öyrənilməsi lazımdır. Belə ki, fiziki məhdudiy-
y
əti olan oxucuların maraq dairələrinin öyrənilməsi işi kitabxana
xidm
əti, eləcə də kitab fondlarını komplektləşdirən zaman böyük
əhəmiyyətə malikdir.
Fiziki qüsurlu o
xucuların mütaliəyə olan maraqlarının müəy-
y
ənləşdirilməsi müxtəlif metodlarla həyata keçirilir. Bunlardan ən
geniş yayılmışı anket- sorğuların təşkilidir .
Аnkеt sоrğusu kitabxanaçı tərəfindən öncədən müəyyənləş-
di
rilmiş konkret suallar ətrafında aparılmalıdır.
Аnkеtlər oxucular
t
ərəfindən doldurularkən orada ad və soyad göstərilmir. Lаkin
oxu
cunun yaşı, təhsili, ixtisası və peşəsi qeyd olunmalıdır. Anket-
d
ə verilən suallar və cavablar aydın və konkret olmalıdır. Kitab-
xa
naçılar bu cür anket-sorğuları kitabxananın saytı vasitəsilə də
h
əyata keçirə bilərlər.
Xüsusi qayğıya ehtiyacı olan insanların informasiyaya olan
t
ələbatlarının tam və operativ təmin edilməsi üçün onların istifa-
d
əsinə yararlı olan fondların olması da zəruridir. İstənilən kitab-
xanada k
itab fondlarını komplektləşdirərkən görmə qabiliyyəti ol-
mayan v
ə zəif görən oxucu qruplarının istifadəsi üçün danışan
kitablara (audio kitablara), Brayl
əlifbalı kitablara, böyük şriftli
n
əşrlərə, eşitmə qabiliyyətini itirmiş və zəif eşidən oxuculara isə
subtitrli
(kinofilm kadrlarının altında olan yazı) videolara və di-
g
ər sənədlərə üstünlük verilməlidir.
Kitabxanaların fiziki cəhətdən məhdud imkanlı uşaq və yeni-
yetm
ələrin asudə vaxtlarının düzgün təşkili, onların müəyyən fəa-
liyy
ətə cəlb olunması işində rolu çox böyükdür.
Kitabxanalarda m
əhdud fiziki imkanlı oxucularla işi bir neçə
istiqam
ətdə təşkil etmək olar. Buraya fiziki qüsurlu uşaq və yeni-
yetm
ələrin kitabxanaya cəlb olunması, onlar üçün müxtəlif isti-
qam
ətli tədbirlərin keçirilməsi, bilik və bacarıqlarını inkişaf etdir-
m
ək üçün dərnəklərin, kursların və s. təşkili, ailə və kitabxanaçı-
la
rın qarşılıqlı əlaqəsi və s. daxildir.
9
Fiziki qüsurlu uşaq və yeniyetmələrin kitabxanalara cəlb
olun
ması üçün kitabxanaçılar ilk növbədə uşaq bağçaları, ümum-
t
əhsil və internat məktəbləri, reabilitasiya mərkəzləri, uşaq evləri,
h
əmçinin mədəniyyət müəssisələri ilə mütəmadi təmasda olmalı-
dırlar.
M
əhdud fiziki imkanlı oxucular üçün kitab müzakirələri,
oxucu kon
fransları, disputlar, oxu saatları, həmçinin inşa, rəsm
müsabiq
ələri, əl işlərindən ibarət sərgilər, virtual ekskursiyalar və
s. t
əşkil etmək olar.
Kitabxanalarda fiziki im
kanları məhdud olan uşaq və yeni-
yet
mələr üçün virtual ekskursiyaların təşkili hazırda çox aktual-
dır. Virtual ekskursiyalar ya video fayllar, çarxlar, ya da slayd
təqdimatlar vasitəsilə nümayiş etdirilir. Həm görüntü və subtitr-
lar, həm də səs nəzərə alınaraq həmin resurslar kitabxananın say-
tında yerləşdirilir.
Virtual ekskursiyalar
əsasən kitabxanada mövcud olan re-
surslar -
kitab, qəzet, jurnal, onlayn-resurslar, audio kitablar, mə-
lu
mat bazaları, həm regionda mövcud olan digər informasiya və
intel
lektual mərkəzlər, eləcə də bir sıra mədəniyyət müəssisələri,
muzeylər, tarixi abidələr haqqında təşkil edilə bilər.
Belə ekskursiyalar məhdud imkanlı uşaqlar üçün həm Azər-
bay
canın, həm də dünyanın qabaqcıl kitabxanaları, ənənəvi və
elektron resursları, məlumat bazaları və bir sıra mədəniyyət mü-
əssisələrinin, muzey mərkəzlərinin unikal memarlıq abidələri ilə
yaxından tanış olma imkanı yaradacaqdır.
Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin yaradı-
cılıq qabiliyyətlərinin inkişaf etdirilməsində, eləcə də incəsənətə
olan meyll
ərinin üzə çıxarılmasında müsabiqələrin rolu böyük-
dür. Müsabiq
ələr rəsm, mahnı, bədii qiraət və s. nominasiyalar
üzr
ə “Azərbaycan gözəlliklər diyarıdır”, “Qarabağ uşaqların gözü
il
ə”, “Ən yaxşı bədii qiraətçi”, “Mənim sehrli ilmələrim”, “Ən
sevdiyim idman növü” v
ə s. adlarda müsabiqələr keçirilə bilər.
Kitabxanalar h
əmçinin 1 İyun Uşaqların Müdafiəsi Günü, Bey-
n
əlxalq Əlillər Günü, Beynəlxalq Daun Sindromu Günü və s.
10
tarixi günl
ər münasibəti ilə də foto, asfalt üzərində rəsm müsabi-
q
ələri təşkil edə bilərlər. Müsabiqələrin təşkili zamanı kitabxana-
lar regionda fəaliyyət göstərən dövlət və Qeyri Hökumət Təşkilat-
la
rı (QHT), uşaq birlikləri, orta məktəblər, internat evlərinin kö-
m
əyindən yararlana bilərlər. Müsabiqənin sonunda qaliblərin
kitabxana t
ərəfindən müxtəlif növ hədiyyə və diplomlarla müka-
fat
landırılması fiziki qüsurlu uşaq və yeniyetmələrin daha da
h
əvəsləndirilməsinə kömək edəcəkdir.
Kitabxanalarda m
əhdud fiziki imkanlı uşaq və yeniyetmələ-
rin
əl işlərindən ibarət sərgilərin təşkili istedadlı uşaqların yara-
dıcılığına dəstək, onların istedadının inkişaf etdirilməsi və ictima-
iyy
ətə təqdim olunması məqsədi daşıyır. Sərginin mövzusu fiziki
qüsurlu
uşaq və yeniyetmələr tərəfindən hazırlanmış bəzək əşya-
la
rı, müəyyən mövzuları əhatə edən dekorativ əl işləri, xalçaçılıq
nümun
ələri, rəsm əsərləri, kiçik ölçülü maketlərin hazırlanması
v
ə s. ola bilər.
S
ərginin təşkil olunması üçün kitabxana bir ay öncədən elan
verm
əlidir. Bundan əlavə kitabxanaçı sərgidə iştirak edəcək olan
fiziki qüsurlu şəxslərdə müsabiqədə iştirak üçün həvəs oyatmalı,
qeydiyyatdan keçm
ələri üçün kömək etməli, hazırladıqları əl
işlərini toplamalıdır.
Nümun
ə:
“1 avqust 2016-
cı il tarixində saat 11:00-da _____ rayon
(şəhər) Mərkəzi Kitabxanasında “Bacarıqlı əllər” adlı sərgi keçi-
ril
əcəkdir. Sərgidə əlilliyi olan istedadlı uşaq və yeniyetmələrin əl
işlərinin nümayişi nəzərdə tutulmuşdur.
Əl işləri nümunələri ilə iştirak etmək istəyən əlil uşaq və
yeniyetm
ələr _____ rayon (şəhər) Mərkəzi Kitabxanasına müra-
ci
ət edə bilərlər.
S
ərgi 3 gün davam edəcəkdir.
Ünvan: ___________ rayon
(şəhər) Mərkəzi Kitabxanası
(burada yerl
əşdiyi ünvan yazılmalıdır)
Əlaqə: tel.:____; url:_____; e-mail:_____
11
S
ərgi zamanı kitabxanalar həmçinin fiziki cəhətdən məhdud
im
kanlara malik olan uşaq və yeniyetmələr tərəfindən hazırlan-
mış əl işlərinin satışını da təşkil edə bilərlər.
İstedadlı uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətlərini,
xüsusi bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə kitabxa-
na
larda bir neçə istiqamətdə dərnəklərin təşkili daha məqsədəuy-
ğun olardı. Buraya texniki yaradıcılıq (çilingərlik işi, dekorativ
tətbiqi sənət), ekologiya (bitkiçilik, bağçılıq), idman və şahmat,
kulinariya, toxuculuq
, rəqs, musiqi və s. daxildir. Dərnəklər mü-
əyyən adlar altında təşkil edilə bilər: “Bacarıqlı əllər”, “Naxışlı
ilmə”, “Gənc şahmatçılar” və s.
Fiziki c
əhətdən məhdud imkanlı şəxslər üçün informasiya
b
ərabərsizliyini aradan qaldırmaq, onların yeni texnologiyalardan
s
ərbəst şəkildə istifadəsini asanlaşdırmaq üçün “kompüter kurs-
la
rı”nın təşkili günün vacib tələblərindən biridir. Belə ki, məhdu-
diyy
ətləri olan insanların bu cür kurslarda (pulsuz) iştirak etmələ-
ri c
əmiyyətlə onlar arasında olan informasiya hədlərini aradan
qal
dıraraq onlarda elektron ünsiyyət vərdişlərinin, internet etika-
sının aşılanmasına kömək edəcəkdir.
H
əyat fəaliyyətləri məhdud olan uşaq və yeniyetmələrin
kitabxanaya c
əlb olunmasının, onlarda kitaba olan marağın for-
ma
laşmasının ən vacib üsullardan biri də ailə ilə kitabxananın
qar
şılıqlı əlaqəsinin yaradılmasıdır. Xüsusi qayğı tələb edən
uşaqların, eləcə də valideynlərin bu sahədə tam və dolğun in-
formasiya v
ə biliklərə malik olmaları uşaqların cəmiyyətə adapta-
siya olunmasına müsbət təsir edəcəkdir. Bu səbəbdən də kitabxa-
nalarda fiziki v
ə əqli qüsurlu uşaqlar, onların valideynləri ilə
birg
ə psixoloji, pedaqoji, hüquqi və s. sahələrdə seminarlar, məs-
l
əhət saatlarının keçirilməsi məqsədəuyğun olardı. Bu tip seminar
v
ə məşğələlər uşaq və valideynlərə onların yaş və psixoloji xüsu-
siyy
ətləri, inkişaf və tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkil
edilm
əsi, ünsiyyət və davranışlar barədə faydalı məsləhətlər veril-
m
əsi ilə yanaşı eyni zamanda da onların bilik və bacarıqlarının
artırılmasına böyük köməklik edəcəkdir.
12
Seminarları təşkil edən zaman mövzu öncədən seçilməlidir.
Mövzuları seçərkən onun nə dərəcədə əhəmiyyətli və maariflən-
dirici olması kitabxanaçı tərəfindən nəzərə alınmalıdır. Bundan
sonra seminarın keçirilməsi üçün proqram hazırlanmalı, seminarı
idar
ə edəcək şəxslər müəyyənləşdirilməlidir.
S
əyyar kitabxana xidməti – kitabxanaya gəlmə imkanı olma-
yan fiziki qüsurlu oxucular üçün kitabla daha operativ xidm
ət
ed
əcək ən yaxşı və əlverişli vasitədir.
S
əyyar kitabxanalar bir tərəfdən kitabxananın fəaliyyətini ge-
nişləndirir, digər tərəfdən isə kitabxanaya gələ bilməyən fiziki
qüsurlu
oxucuların kitabxana xidməti ilə əhatə olunması üçün
şərait yaradır.
S
əyyar xidmət zamanı fiziki qüsurlu insanları dünyada baş
ver
ən yeniliklərlə, elmi texniki nailiyyətlərlə, informasiya texno-
lo
giyalarına aid ədəbiyyatlarla tanış etmək məqsədilə informasiya
xarakterli “Kitabxana bülleteni” v
ə ya “Yeni kitablar” adlı
m
əlumat nəşrlərinin hazırlanması məqsədəuyğun olardı. Belə
n
əşrlərdə kitabxanaya yeni daxil olan kitab, qəzet və jurnallar
bar
əsində qısa məlumatlar verilir ki, bu da yenilikləri izləməkdə
oxu
cular üçün faydalıdır. Məlumat xarakterli “Kitabxana
bülleteni”
kitabxanaların saytlarında da yerləşdirilməlidir. Bu
zaman kitabxanaya g
əlmə iqtidarında olmayan fiziki qüsurlu oxu-
cular da kitabxanaya yeni daxil olan
ədəbiyyatlar barəsində məlu-
matlana bil
ərlər.
S
əyyar xidmət zamanı kitabxanaçılar həmçinin tək yaşayan,
kims
əsiz qocalar, müharibə veterenları üçün evlərdə fərdi oxu
saatları təşkil edə bilərlər. Fərdi oxu zamanı kitabxanaçı xidmət
ed
əcəyi şəxsləri öncədən təyin etməli və onların marağına uyğun
bir neç
ə kitab seçməlidir. Daha sonra həmin şəxslərlə razılaşdırıl-
maqla mü
əyyən olunmuş vaxtlarda fərdi oxunu keçirmək olar.
Biblioterapiya – son zamanlarda biblioterapiya v
ə ya kitabla
müalic
ə insanlara problemlərini həll etmələrində, həmçinin onla-
rın inkişafına yardımda mütaliədən faydalanmalarını təmin edən
müalic
ə üsuludur.
13
Biblioterapiya h
ər bir şəxsin yaşamaqda olduğu problemin
yal
nız öz başına gəlmiş bir problem olmadığı, bir çox insanın da
b
ənzər çətinlikləri yaşamaqda olduğu gerçəyini görə bilməsini
t
əmin edir. Biblioterapiya zamanı oxucu qəhrəmanın problemi ilə
öz problemini müqayis
ə edir. O, qəhrəmanı tanıdıqca özünü və
duy
ğularını tanıya bilir.
Kitabxana şəraitində biblioterapiyanı tətbiq edən zaman
oxucu dair
əsinin müəyyən edilməsi olduqca zəruridir. Başqa
sözl
ə desək oxuculara fərqli yanaşma biblioterapiya üçün vacib
amil hesab olunur. Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün
kitab seçm
ək kitabxanaçıdan yüksək peşəkarlıq və diqqət tələb
edir. Çünki ist
ənilən kitab biblioterapiya məqsədi ilə tövsiyə olu-
na bilm
əz. Kitabla müalicə üsulundan istifadə zamanı oxucuları
yaş kateqoriyaları üzrə bölmək lazımdır. Daha sonra oxucuların
maraq v
ə problemləri, eləcə də onların oxu səviyyələri müəyyən
edilm
əli və ona uyğun ədəbiyyat seçiminə başlanılmalıdır.
Əqli və fiziki geriliyi olan azyaşlı uşaqlarla biblioterapiya
zamanı nağıl terapiyasından istifadə olunması məqsədəuyğun
olardı. Nağıllar yüksək terapevtik əhəmiyyətə malikdir. İstənilən
uşaq (sağlam və ya xəstə) məhz nağıllar sayəsində insan həyatı-
nın əsas həqiqətlərini anlamağa başlayırlar. Nağıllar vasitəsi ilə
uşaqlar çətinliklərin öhdəsindən gəlməyə və onları aradan qaldır-
maq kimi bacarıqlara yiyələnirlər.
Xüsusi qayğı tələb edən uşaqlarla biblioterapiya zamanı
nağıllarla yanaşı, bədii ədəbiyyatdan da istifadə edilir. Bu zaman
kitabxanaçı uşaqlar üçün kədərli fikirlərdən uzaq olan, yumoristik
ədəbiyyata üstünlük verməlidir. Çünki yumoristik kitablar oxucu-
ya gülüşlə təsir edərək ona bir çox problemlərin öhdəsindən
g
əlməyə köməklik edəcəkdir.
Biblioterapiya yalnız uşaqlar üçün deyil, eyni zamanda
yeniyetm
ə, gənclər və digər oxucu qrupları üçün də nəzərdə
tutula bil
ər.
14
Fiziki qüsurlu
insanların cəmiyyətə adaptasiya olunması,
ünsiyy
ət qura bilmələri və digər problemlərin öhdəsindən sərbəst
g
ələ bilmələrində biblioterapiyanın təsiri olduqca böyükdür.
Xüsusi qayğıya ehtiyacı olan insanlar biblioterapiyadan
istifad
ə etdikləri zaman bir sıra müsbət cəhətlərin özlərində for-
ma
laşdıqlarını hiss edəcəklər. Buraya aşağıdakılar aiddir:
•
özünü tanıma, özünü kəşf etmə və özünü qəbul etmək,
ətrafını, cəmiyyəti və dünyanı tanımaq;
•
öz probleml
ərinə bənzər problemlərin başqalarında da
oldu
ğunu görərək tək olmadığını anlamaq;
•
yeni d
əyərləri və münasibətləri inkişaf etdirmək, həyatda
yaşamaq üçün mübarizə aparma əzmini formalaşdırmaq;
•
oxuduğu kitabla öz düşdüyü vəziyyəti müqayisə etmək,
stressl
ə mübarizə aparmaq, duyğularını ifadə etmək;
•
q
əhrəmanı tanıdıqca özünü və duyğularını tanıya bilmək,
q
əhrəmanın istifadə etdiyi çıxış yollarından fərqli yolları kəşf edə
bilm
ək;
•
yaşanan problemlərin yalnız tək bir həll yolunun olmadı-
ğını anlayaraq xəyal gücündən istifadə etməklə fərqli həll yolları
olduğunu dərk etmək, yeni ideyalar formalaşdırmaq.
Biblioterapiyadan istifad
ə edərkən ilk növbədə fiziki qüsurlu
insanların buna hazır olub olmadığını bilmək lazımdır. Unutmaq
olmaz ki, biblioterapiya köm
ək yollarından yalnız biridir, ancaq
lazım olduğunda istifadə edilməlidir.
H
əssas qrupdan olan yeniyetmə və gənclər üçün kitab seçən
zaman kitabxanaçılar xüsusilə diqqətli olmalıdırlar. Çünki kitab-
xa
na fondunda olan kitabların hamısı heç də biblioterapiya üçün
yararlı hesab olunmur.
Biblioterapiya zamanı kitabxanaçı elə kitab seçməlidir ki, o
oxucunu t
ənhalıq, psixoloji narahatlıq, dostluğun, məhəbbətin,
anlayışın, özünə hörmətin olmaması, heç kimə lazım olmama,
özün
ə inamsızlıq hissi kimi mənfi fikirlərdən tamamilə
uzaqlaşdıra bilsin.
15
Bunun üçün kitabxanaçı ilk növbədə terapiyaya yararlı olan
kitab
ların biblioqrafik sıyahısını tərtib etməlidir. Biblioqrafik si-
ya
hıları tərtib edən zaman oxucuların yaş kateqoriyaları və maraq
dair
ələri nəzərə alınmalıdır.
Biblioqrafik siyahılar ədəbiyyat janrları üzrə qruplaşdırılır:
•
klassik Az
ərbaycan ədəbiyyatı;
•
müasir Az
ərbaycan ədəbiyyatı;
•
klassik Az
ərbaycan uşaq ədəbiyyatı;
•
Az
ərbaycan nağılları;
•
klassik uşaq ədəbiyyatı;
•
klassik dünya
ədəbiyyatı;
•
müasir dünya
ədəbiyyatı;
•
müasir dünya uşaq ədəbiyyatı;
•
dünya ölk
ələri nağılları;
•
xüsusi tibbi
ədəbiyyat;
•
f
əlsəfi ədəbiyyat;
•
dini
ədəbiyyat;
•
dedektiv
ədəbiyyat;
•
yumoristik
ədəbiyyat və s..
İstənilən kitabxanada biblioterapiyanın daha uğurlu nəticələr
ver
ə bilməsi üçün kitabxanaların müxtəlif müəssisələr, o cümlə-
d
ən psixoloji mərkəzlərlə mütəmadi olaraq əlaqəli şəkildə işləmə-
si z
əruridir.
X
üsusi qayğıya ehtiyacı olan görməyən və görmə qabiliyyəti
z
əif olan insanların informasiya təminatında müasir texnologiya-
la
rın tətbiqi olduqca vacibdir. Belə olan halda kitabxanalarda
“xüsusi elektron kitabxana”
nın yaradılması zəruriyyəti meydana
çıxır. Bunun üçün kitabxanaya ilk növbədə xüsusi proqram təmi-
na
tını (XPT) tətbiq etmək lazımdır.
XPT-da bütün
əməliyyatlar səsləndirmə yolu ilə aparılır.
Oxucu m
ətnləri proqram vasitəsilə səsləndirildiyindən görmə
qabiliyy
əti zəif olan insanlar kompyuterdə aparılan əməliyyatlar
16
haq
qında səsləndirmə yolu ilə xəbər tutur, internetdən sərbəst
şəkildə istifadə edir, kitab oxuya bilirlər. Görmə əngəlliyi olan
insanlar üçün t
ətbiq olunan proqramlardan ən geniş yayılanı
“JAWS -
Ekran Oxuma Proqramı” hesab olunur.
Fiziki qüsurlu
şəxslərin informasiyanı müstəqil və sərbəst
şəkildə ala bilmələri üçün kitabxanalar öz veb-saytlarında xüsusi
bölm
ələr, elektron məlumat bazaları yarada bilərlər. Bu zaman
əlil və digər məhrumiyyətləri olan insanların maraq və təklifləri
n
əzərə alınmalıdır.
Kitabxanalar öz veb-
saytlarında “Hüquqi normativ sənəd-
l
ər” (əlilliklə bağlı qanunlar, konvensiyalar, sərəncamlar, dövlət
proqramları), “Kitabxana xidməti”, “Faydalı məsləhətlər”, “Psi-
xo
loji xidmət”, “Pedaqoji xidmət”, “Danışan kitablar” (görmə
əngəlli şəxslər üçün), “Elektron kitablar” (eşitmə və danışma
əngəlli şəxslər üçün), “Sosial çarxlar”, “Sosial reklamlar”,
“Yeni kitablar” “Fotoqalereya”, “Videoqalereya” v
ə s. bölmələr
yerl
əşdirə bilərlər.
“Kitabxana xidm
əti” bölməsində kitabxanaya gəlmə imkanı
olmayan, fiziki qüsurlu
əhali qrupuna virtual xidmət göstərilə
bil
ər.
“Psixoloji xidm
ət”, “Pedaqoji xidmət” “Ünsiyyət qurma
qabiliyy
ətlərinin inkişafı”, “Tolerantlıq”, “Özünə xidmət
v
ərdişlərinin möhkəmləndirilməsi”, “İnkluziv təhsil” və s. mütə-
madi yenil
ənən bölmələri yerləşdirməklə əlil və digər məhrumiy-
y
ətləri olan istifadəçilərə, eləcə də, onların valideynlərinə onlayn
psixoloji, pedaqoji v
ə s. istiqamətlərdə maarifləndirmə işə həyata
keçirilir.
Kitabxanalarda h
əmçinin, “Uşaq yaradıcılığı”, “Bu ma-raq-
lıdır”, “Bilirsinizmi?”, “Əlillərin sosial inteqrasiyası” və s. yeni-
l
ənən bölmələrin yaradılması oxucuların tam və dolğun şəkildə
informasiya il
ə təmin olunmasına xidmət edir.
Saytda h
əmçinin müvafiq mövzularda maraqlı məqalələr
yerl
əşdirmək olar: “Əlillərə diqqət və qayğı hər kəsin borcudur”,
“G
əl bir yerdə oxuyaq”, “Onlara yardım etməliyik” və s.
17
Kitabxanalar öz sayt
larında fiziki qüsurlu insanları maraqlan-
dıran müəssisə və təşkilatların saytlarına keçid etmələri üçün
“Faydalı keçidlər” bölməsi yarada bilərlər. Buraya Azərbaycan
Milli Kitabxana
sı (AMK), Respublika Gözdən Əlillər Kitabxana-
sı (RGƏK), Respublika Uşaq Kitabxanası (RUK), Respublika
G
ənclər Kitabxanası (RGK), həmçinin, Azərbaycan Respublikası
Əlil Təşkilatları İttifaqı (ƏTİ), Azərbaycan Gözdən Əlillər Cə-
miyy
əti (AGƏC) və digər idarə və müəssələri aid etmək olar.
Nümun
ə : Elektron məlumat bazası.
“Biz hamı kimi”
Ana s
əhifə;
Ümumi m
əlumat;
R
əsmi sənədlər;
•
Az
ərbaycan Respublikasının Qanunları
•
F
ərman və sərəncamlar
•
BMT-nin q
ərarları
•
Konvensiyalar.
Kitablar;
M
əqalələr;
Danışan sənədlər;
İdarə və təşkilatlar;
•
Dövl
ət Sosial Müdafiə Fondu
•
Gözd
ən Əlillər Cəmiyyəti
•
Beyn
əlxalq Əlillər Cəmiyyəti
•
Heyd
ər Əliyev Fondunun həyata keçirdiyi layihələr
•
Gözd
ən Əlillər Kitabxanası.
Tarixd
ə bu gün (əlamətdar və tarixi günlər);
Tanınmışlar (əlilliyi olan rəssamlar, musiqiçilər, paralimpiya,
olimpiya çempionları haqqında məlumatlar);
Bölg
ədə yaşayan istedadlı əlil uşaqlar haqqında məlumat,
onların əl işlərinin nümayişi;
18
Fotoqalereya;
Videoqalereya;
Kitabxanalarda h
əmçinin kitabxanaya gəlmə imkanı olmayan
fiziki qüsurlu insanlar
üçün virtual sifariş, mətnlərin skanerləşdi-
ril
ərək və ya fotosurətinin elektron poçt vasitəsilə çatdırılması və
bu kimi elektron xidm
ətlər göstərilə bilər.
Xüsusi köm
əkçi texniki avadanlıqların kitabxanalarda
t
ətbiqi - daim qayğıya ehtiyacı olan insanların daha çox mütaliə
etm
ələri üçün kitabxanalarda xüsusi köməkçi texniki avadanlıqla-
ra üstünlük verilm
əsi daha yaxşı olardı. Bu avadanlıqlar aşağıda-
kılardır:
•
PAC Mate - gözd
ən əlillər üçün nəzərdə tutulmuş kompü-
ter avadanlığıdır. Kompüterə Pocket Word, Internet Explorer,
Windows Media Player, Jaws For Windows ekran oxuma v
ə baş-
qa proqramlar yükl
ənib;
•
Index 4x4 Pro printeri
-
printeri vasitəsilə kitablar, jurnal-
lar və digər kiçikölçülü nəşrlər hazırlamaq mümkündür. Cihaz
200 səhifəlik materialı yaddaşda saxlaya bilir;
•
Kitab h
əvəskarı-kompakt (Sara CE) - LCD ekrana bağla-
nır və bu cihaz vasitəsilə oxucu tam rahatlıqla istədiyi kitabın
məzmunu ilə tanış ola bilər. Kitab cihazın üzərinə yerləşdirilir,
cihaz onu incələdikdən sonra səsləndirir;
•
Focus 40 Brayl ekranı - gözdən əlillər üçün nəzərdə
tutulan digər avadanlıq isə brayl ekran Focus 40-dır. Belə ki, bu
cihaz kompüterdəki mətni qabartma yazıya çevirir.
•
Videolight -
çox qısa zamanda mətni oxuyur, İnternetdən
kitab yükl
əyib səsləndirir, səhifədə neçə söz olduğunu hesablayır,
m
ətndə dəyişiklik və ya əlavə etmək mümkündür; mətni brayl
əlifbasına çevirib printerə göndərə bilir.
Fiziki qüsurlu uşaq və yeniyetmələrlə işdə kitabxanaçı
kadrlar
ın üzərinə böyük məsuliyyət düşür. Kitabxanalarda müasir
kitab
xana işini mükəmməl bilən kadrların olması ilə yanaşı, psi-
xoloji bilik v
ə təcrübəyə malik olan, yardım göstərə bilən və oxu-
19
cu
larla qarşılıqlı anlaşma tapa bilən intellektual savada malik olan
kadrların olması çox əhəmiyyətlidir.
Kitabxanaçıların sosial və pedaqoji, tibbi biliklərə malik ol-
ma
ları üçün onların mütəmadi olaraq ixtisaslarını artıra biləcək
elmi-praktik konfranslarda, kurslarda, seminar, m
əşğələ və tre-
ninql
ərdə iştirak etmələri lazımdır. Çünki, sosial müdafiəyə ehti-
ya
cı olan insanlarla işləmək kitabxanaçıdan yüksək peşəkarlıq və
ixtisasının daim artırılmasını tələb edir.
F
iziki qüsurlu uşaqlara kitabxana xidməti zamanı kitabxana-
çılar müəllim (tərbiyəçi) – defektoloq və loqopedlərin köməyin-
d
ən də yararlana bilərlər.
Fiziki
imkanları məhdud olan insanların müstəqil şəkildə
informasiya
əldə etmələri, onların bilik səviyyələrinin artırılması
m
əqsədilə ölkədə Respublika Gözdən Əlillər Kitabxanası fəaliy-
y
ət göstərir. Hər bir
oxucuya f
ərdi yanaşılan bu kitabxanada onun
görm
ə səviyyəsi və digər xüsusi amillər nəzərə alınaraq onlara
kitabxana xidm
əti göstərilir. Kitabxanaya gəlmə imkanı olmayan
oxuculara is
ə evdə səyyar kitabxana xidməti göstərilir.
F.Köç
ərli adına Respublika Uşaq Kitabxanasında Azərbay-
can Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Gənc
Ana v
ə Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Türkiyə İş Bir-
liyi v
ə Kordinasiya Alyansının (TİKA) Bakı ofisinin əməkdaşlığı
ç
ərçivəsində görmə qabiliyyəti zəif və məhdud imkanlı uşaqlar
üçün Dil kursları və İnformasiya Mərkəzi yaradılmışdır. Mərkəz-
d
ə JAVS proqramı yüklənmiş 4 ədəd kompüter gözdən əlillərin
istifad
əsinə verilmişdir.
Layih
ənin rəhbəri Gənc Ana və Uşaqların Maarifləndirilməsi
İctimai Birliyinin sədri Nigar Aslanovadır. Təşkil olunan layihə-
nin
əsas məqsədi gözdən əlil uşaqlara internetdən və elektron
kitablardan s
ərbəst istifadəni təmin etməkdir. Layihədə 16 ailə
olmaq
la 24 uşaq iştirak etmişdir.
20
Hazırda fəaliyyətini davam etdirən mərkəzdə həmçinin, göz-
d
ən əlil, daun sindromlu, leykoz və digər fiziki və əqli qüsurlu
uşaqlara psixoloji xidmət və nağıl saatları keçirilir.
Qeyd etm
ək istərdik ki, kitabxanalarda aşağıda adları çəkilən
öd
ənişli xidmətlər tətbiq olunarsa fiziki qüsurlu şəxslərin bu xid-
m
ətlərdən ödənişsiz və ya müəyyən güzəştlərlə istifadə etməsinə
şərait yaradılmalıdır.
Bu xidm
ətlər aşağıdakılardır:
sur
ətçıxarma;
laminasiya (A3, A4, A5);
skaner etm
ə;
çildl
əmə (diplom işi, dissertasiya və s.);
çapetm
ə (rəngli, ağ-qara);
xarici dil, kompüter, r
əsm və digər kurslar;
m
ətnin kompüterdə yığımı;
s
ənədlərin fotosurətinin çəkilməsi, onların elektron çatdı-
rılması;
kompüterl
ə iş üzrə fərdi məsləhətlər, slaydların hazırlan-
ması və s.
21
Əlavələr
Bunları bilmək lazımdır
Fevral
•
4 Fevral Ümumdünya X
ərçənglə Mübarizə Günü.
•
8 Fevral Beyn
əlxalq Epilepsiya Günü
•
15 Fevral Dünya Uşaq Xərçəngi Günü
•
29 (28) Fevral Nadir X
əstəliklər Günü
Mart
•
21 Mart Dünya Daun Sindromu Günü
•
24 Mart Dünya V
ərəmlə Mübarizə Günü
Aprel
•
2 Aprel Dünya Autizm M
əlumatlandırma Günü
•
7 Aprel Dünya Sağlamlıq Günü
•
17 Aprel Dünya Hemofiliya Günü
•
25 Aprel Dünya Malyariya Günü
May
•
8 May Beyn
əlxalq Talasemiya Günü
İyun
•
13
İyun Beynəlxalq Albinizm Məlumatlandırma Günü
İyul
•
28 İyul Ümumdünya Hepatit Günü
Sentyabr
•
22 Sentyabr Ümumdünya Xroniki Miyeloblast Leykoz
Günü
•
24 Sentyabr Beyn
əlxalq Lal-karlar Günü
22
Oktyabr
•
8 Oktyabr Dünya Görm
ə Günü
•
10 Oktyabr Dünya Psixi
Sağlamlıq Günü
Noyabr
•
13 Noyabr Beyn
əlxalq Gözdən Əlillər Günü
•
14 Noyabr Ümumdünya Diabet Günü
Dekabr
•
3 Dekabr Beyn
əlxalq Əlillər Günü
23
Ədəbiyyat
“
Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barə-
sind
ə”: Azərbaycan Respublikasının Qanunu: (2 oktyabr, 2008-ci
il) //Az
ərbaycan.- 2008.- 15 noyabr.- S.4.
Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun
qar
şısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaq-
la
rın reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan
Res
publikasının Qanunu: (25 avqust 1992-ci il, № 284).- Bakı:
Qanun, 2003.- 23 s.
“M
ədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları
t
ərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə:
Az
ərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, № 287; 20
avqust 2015-ci il //Az
ərbaycan.- 2015.- 28 avqust.- S.1.
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında Azərbaycan Respublikasının Qanunu, 5 iyun 2001-ci il,
№ 136 //Azərbaycan Respublikasının Qanunvericilik Toplusu.-
Bakı, 2001.- 31 iyul.- №7.- S 1232-1242.
* * *
Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Gü-
nün
ə həsr olunmuş “Əlillərin hüquqlarının müdafiəsində əlaqə-
l
əndirmə və monitorinq mexanizmlərinin rolu mövzusunda Də-
yirmi masa”
nın materialları: 27 aprel 2010-cu il /tərt. ed.:
Z.
Əliyev, M.Mahmudov; red. E.Süleymanova; Azərb. Resp.
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).- Bakı: [Azərb.
Resp. İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)], 2010.-
126, [1] s.
C
əfərov, İ. Azərbaycan Respublikasında təqaüdçülərin, vete-
ran
ların, əlillərin və şəhid ailələrinin hüquqları /İlqar Cəfərov,
İmran Vəliyev, Elxan Əsədov; İqtisadi-hüquqi Maarifçilik Mər-
k
əzi.- Bаkı, 2002.- 64 s.
24
Əlillərin, aztəminatlı ailələrin və yetim uşaqların sosial mü-
dafi
əsi haqqında qanunvericilik /burax. məs. Ş.Xuduoğlu; red.:
F.Ağazadə.- Bakı: Qanun, 1999.- 220 s.
Əlillik etiketi /LOTOS Əlil Təşkilatları Birliyi.-
Bakı: [s.n.],
2001.- 6+7, [5] s.
Əlilliyi olan insanların hüquqları: 31 yanvar 2008-ci il və 5
may 2008-ci il konfrans
larının materialları /UNICEF unite for
children; red. E.Süleymanova (Ombudsman); t
ərt. ed.: M.Mah-
mudov, F.
Ağayev
.-
Bakı: [Azərb. Resp. İnsan Hüquqları üzrə
Müv
əkkili (Ombudsman)], 2008.-
150, [1] s.
* * *
Abdullayev,
S. “Gözd
ən əlillər qayğı ilə əhatə olunurlar” 3
dekabr Beyn
əlxalq Əlillər Günüdür /S.Abdullayev //Respublika.-
2013.- 3 dekabr.- S.9.
Abdullayeva,
Z.
Sağlamlıq imkanları məhdud olan insanlara
qayğı artır: 3 dekabr Beynəlxalq Əlillər Günüdür /Z.Abdullayeva
//Respublika.- 2014.- 3 dekabr.- S.5.
C
əfərli, R.
M
ərhəmət işığında: Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın böyük himayəsi sayəsində
kims
əsiz uşaqlar cəmiyyətə layiqli vətəndaşlar kimi yetişirlər
/R.C
əfərli
//Az
ərbaycan.- 2009.- 31 yanvar.- S.3.
“
Əlil vətəndaşlar cəmiyyətimizin bərabərhüquqlu üzvləri-
dir” //Yeni Az
ərbaycan.- 2015.- 4 dekabr.- S. 5.
Əlillik hər şeydən məhrum olmaq deyil: I Avropa Oyunlarını
işıqlandıran əlil fotoqraf İlham Məhərrəmov: “Bu Oyunlarda işti-
rak etm
əklə neçə-neçə əlil insanı cəmiyyətdə yer tutmağa ruhlan-
dıracağam”//Ekspress.- 2015.- 4-6 iyul.- S.9.
M
əmmədov,
M. Gözd
ən əlillər üçün kitabxana /M.Məmmə-
dov
//Ekspress.- 2015.- 20 oktyabr.- S.10.
M
ənsimov, E. Əlillərin cəmiyyətə inteqrasiyasında Gözdən
Əlillər Kitabxanası mühüm rol oynayır /E.Mənsimov
//Az
ərbay-
can.- 2014.- 2 noyabr.- S.7.
25
R
əşad, R. Əlillər arasında maarifləndirmə /R.Rəşad //Eks-
press.-2015.- 15 yanvar.- S.9.
Sadıqlı,
F.
Dünyanı qəlbi ilə görən, yaxud qaranlıqla işığa
doğru: 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür /F.Sadıqlı
//Az
ərbaycan.- 2012.- 13 noyabr.- S.8.
Şükürov, F. Əlil və kimsəsiz uşaqların rəsm əsərlərinin satış-
s
ərgisi /F.Şükürov
//M
ədəniyyət.- 2009.- 20 fevral.- S.14
V
əliyev,
M.
Əlil vətəndaşlar cəmiyyətimizin bərabərhüquqlu
üzvl
əridir /M.Vəliyev //Respublika.- 2013.- 3 dekabr.- S.9.
* * *
Коновалова, М.П.
Инвалид – общество – библиотека:
учебно-методическое пособие /М.П.Коновалова
.-
Москва:
Либерея-Бибинформ, 2006.- 136 с.
* * *
В Баку прошла выставка работ детей – инвалидов //Еже-
дневные новости.- 2011.- 9 декабря.- С.10.
Общественное объединение “Талантливые инвалиды”
провело первую пресс-конференцию
//Бакинский рабочий.-
2014.-
21 июня.- С.4.
Помощь – по всем направлениям
//Азербайджанские
известия.- 2015.- 5 февраля.- С.1.
Состоялось открытие мини-лаборатории, подаренной
Фондом Гейдара Алиева инвалидам по зрению //Бакинский
рабочий.- 2012.- 14 сентября.- С.3.
26
Fiziki qüsurlu
şəxslərə kitabxana
xidm
ətinin təşkili
(Metodik tövsiy
ələr)
N
əşriyyat rеdaktоru: Mehriban Cəfərova
Ünvan: AZ-
1000 Bakı ş., Хaqani küç. 57
Е-mail: contact@anl.az
URL: www.anl.az
M.F.Aхundоv adına Azərbaycan
Milli Kitabхanasının mətbəəsində
оfsеt üsulu ilə çap оlunmuşdur.
Çapa imzalanmışdır: 18.05.2016
Sifariş: №15
Tirajı: 150 nüsxə
Pulsuz
Document Outline - Tərtibçi: L.Əhmədova
- İxtisas redaktoru və
- Heydər Əliyev,
- Azərbaycan xalqının ümummilli lideri
- Tərtibçidən
- Nümunə: Elektron məlumat bazası.
- “Biz hamı kimi”
- Əlavələr
- Bunları bilmək lazımdır
- Fevral
- Mart
- Aprel
- İyun
- İyul
- Sentyabr
- Noyabr
- Dekabr
- Nəşriyyat rеdaktоru: Mehriban Cəfərova
- Ünvan: AZ-1000 Bakı ş., Хaqani küç. 57
- M.F.Aхundоv adına Azərbaycan
Dostları ilə paylaş: |