Microsoft Word 00 KeyNote Speakers Materiallar


CAPITAL STRUCTURE AND STOCK RETURNS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə133/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   129   130   131   132   133   134   135   136   ...   148

CAPITAL STRUCTURE AND STOCK RETURNS 

 

Nyabicha EDITH MASERETI 

COMPETITION AUTHORITY OF KENYA 



emasereti@cak.go.ke 

KENYA


 

 

Capital structure and stock return are important aspects in financial management. This study 



examines how debt ratios move in relation with movement in stock prices for listed firms in Kenya. 

An appropriate capital structure should be profitable to the firm to enable it meet its obligations when 

due, and should be flexible so as to adjust to various challenges in economic conditions. Firms listed 

on Nairobi securities exchange have adopted pecking order hypothesis. The pecking order theory 

predicts that firms will use retentions first, then debt and equity issues as a last resort. The order of 

preferences reflects the relative costs of various financing options. Less profitable firms facing a 

positive NPV investment opportunity will be more willing to use external funds if cash flows are 

weak. Therefore, there will be a negative relationship between leverage and profitability. Due to 

undeveloped debt market and the restrictive covenants associated with long term debt, this makes long 

term debts expensive hence making firms borrow less. Most firms prefer to finance their activities by 

using short term debts making many firms to pay less interest.This study comes at an opportune 

moment when Kenya’s capital and equity markets are deepening and financial decisions will be a big 

role in the overall performance of listed companies.  TheFama-Macbeth regression analysis and 

Bayesian VAR integration approach employed indicates that the two variables are correlated implying 

that for any stable financial activity to exist in Kenya, attention needs to be paid to the two variables 

simultaneously since evidence suggests that the two variables will not drift away from each other. A 

balanced cross-sectional analysis of Kenyan firms over the period from 2000-2010 documents that 

debt ratios in Kenyan firms are “sticky”. Even over 10-year horizons past debt ratio levels explain 

about 85% of actual debt ratio levels. Second, a larger portion in the variation of the debt ratio can be 

explained by stock return effects. Specifically, roughly 60% of the 1-year and 50% of the 5-year 

variation in leverage is captured by return-induced changes in the capital structure. Third, although we 

observe inertia in the leverage ratios at 5.3%, which suggests that firms do not adjust immediately, 

they nevertheless seem to follow constant a target debt ratio in the long run. The slow adjustment is 

consistent with the hypothesis that other considerations such as market timing or pecking order 

outweigh the costs of deviating from the optimal leverage. In Kenya, few empirical studies have been 

done to establish whether stock prices influence firms’ capital structure choices. This study therefore 

comes in to fill the void by establishing whether stock price effects are considerably more important in 

explaining debt equity ratios than previous identifiable proxies such as tax among listed companies in 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

717



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Kenya.This study therefore investigates if indeed stock price movements influence firms’ capital 

structure choices and their relationship. The study sought to show whether debt-equity ratios fluctuate 

with stock price movements for listed firms in Kenya, which will help the management to make proper 

financial decisions. The study further examines the relationship of capital structure and stock return 

and what other countries can learn from the experience of Kenya. 



 

 

 

CARİ VƏZİYYƏTDƏ MALİYYƏ SİYASƏTİNİN EFFEKTİVLİYİ 

AZƏRBAYCAN TİMSALINDA 

 

Cavid ZEYNALOV 

Qafqaz Universiteti 



czeynalov@qu.edu.az 

AZƏRBAYCAN 

 

Maliyyə siyasətindən bəhs edərkən pul siysətindən bəhs etməmək çox çətindir. Bu iki mövzu ilə 



əlaqəlibir çox maqalə, tezis və ekonometrik çalışmalar dərc olunmuşdur. Eyni zamanda bu mövzular 

çərçivəsində, dünyada tanınmış bir çox iqtisadçının iləri sürdüyü iddialar mövcuddur.  Klassik iqtisadi 

nəzəriyyənin hakim olduğu dövrdənetibarən, maliyyə və pul siyasətinin effektivliyi müzakirə mövzusu 

olmaqla yanaşı öz aktuallığını qorumuşdur. Makroiqtisadi problemlərin (iqtisadi inkişaf, tam 

məşğulluq, inflyasiya, gəlir bölgüsü və s.) həllində maliyyə siyasətininmi,yoxsa pul siyasətininmi daha 

effektiv olduğu sualının cavabıolduqca çətindir. Problemin həlli yolunda, hər ikisiyasətin aktuallığını 

qoruyub və eyni zamanda müzakirə mövzusu olması çox aydın bir məsələdir. 

Təqribən 40 ilə yaxındır ki, pul siyasəti maliyyə siyasətinə nəzərən daha aktiv bir şəkildə istifadə 

edilir. Bu o demək deyildir ki, pul siyasəti maliyyə siyasətinə nisbətən daha effektivdir. Pul siyasətinin 

daha aktiv şəkildə  tətbiq olunma səbəblərindən biri, siyasi iqtidarın maraqlarına daha uyğundur. 

Iqtidarda olan hər hansı bir partiya xalqa birbaşa mənfi təsir edən qərarlardan yayınmaya çalışır. Çünki 

iqtisadi cəhətdən xalqa mənfi təsir edən qərarlar gələcək seçimlərdə o partiyanınsəs itkisinə vəya daha 

böyük problemlərlə qarşılaşmasına səbəb olabilər. Pul siyasətində  hər hansı bir dəyişiklik maliyyə 

siyasətinə  nəzərən xalq tərəfindən daha çətin başa düşülür. Buna görədə, xalqın pul siyasətindəki 

dəyişikliklərə reaksiyası nadirən olur. Maliyyə siyasətində  həyata keçirilən dəyişikliklər nəticəsində 

vergilərin artırılması, dövlət xərclərinin azaltılması vəya xarici borclanma kimi ünsürlər xalq üzərində 

birbaşa təsir göstərir.  İngiltərə kralının xəzinə  gəlirlərini artırmaq məqsədi ilə bir sıra vergiləri 

artırması, Amerika xalqının isyanına səbəb olmaqla yanaşı, müstəqilliyini əldə etməsi də buna gözəl 

bir nümunədir. Bir digər səbəb ondanibarətdir ki, pul siyasətindəki hər hansı bir dəyişiklik qərarının 

alınıb və həyata keçirilməsi maliyyə siyasətinə nəzərən daha az vaxt tələb edir. Çünki, maliyyə siyasəti 

nəticəsində  həyata keçirilən qərarlar çərçivəsində  xərclərin vəya vergilərin artırılıb azaldılması üçün 

qanun hazırlanmalıdır və qanunun qəbul olunduqdan sonra həyata keçirilə bilər. Göründüyü kimi, 

maliyyə siyasəti adı altında alınan qərarların həyata keçirilməsi uzun vaxt tələb edir. 

Hər hansı bir ölkədə, makroiqtisadi problemlərin həlli məqsədi ilə seçiləcək olan iqtisadi siyasət 

(maliyyə, pul və xarici ticarət siyasəti) qərarını vermədən əvvəl, həmin ölkənin bütün siyasi, iqtisadi, 

hüquqi və sosyal problemlərini dəqiq bir şəkildə analiz emək əhəmiyyət kəsb edir. Əgər bir ölkədə, 

yuxarıda sadalanan problemlər diqqətli bir şəkildə analiz edilmədən öncə iqtisadi siyasətə  qərar 

verilərsə, bu siyasətin effektiv olmaması ilə birlikdə,mənfi təsirləridə qaçınılmazdır. Avropa və 

asiyada bir çox ölkəni buna nümunə göstərmək mümkündür.  

Mundell – Fleming modeli çərçivəsində bu nəticəyə gəlmək olar ki,nümunəsinə rastlanmamaqla 

yanaşı, qapalı bir iqtisadiyyatda maliyyə  və pul siyasətinin hər ikisi də effektivdir. Lakin, açıq 

iqtisadiyyata sahib olub və sabit məzənnə siyasəti həyata keçirilən bir ölkədə maliyyə siyasəti effektiv 

olmaqla yanaşı pul siyasətidə yararsızdır. Eyni zamanda, açıq iqtisadiyyata sahib olub və üzən 

məzənnə siyasəti həyata keçirilən bir ölkədə maliyyə siyasəti effektiv deyildir. Maliyyə siyasətinin 

yerinə pul siyasətini həyata keçirtmək daha effektivdir. Göründüyü kimi, maliyyə vəya pul siyasətini 

həyata keçirtmədən öncə, sabit və üzən məzənnəni nəzərə almaq şərtdir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

718



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Makroiqtisadi problemləri həlletmək məqsədi ilə  həyata keçirilən iqtisadi siyasətdən müsbət 

nəticə almaq üçün, maliyyə və pul siyasətinin birgə istifadə edilməsi vacibdir. Birgə istifadə etməklə 

yanaşı, hər iki siyasət bir birinə paralel şəkildə  həyata keçirilməlidir. Məsələn, dövlət, xərcləri 

artıraraq vəya vergiləri azaldaraq tələbi artırma vasitəsi ilə iqtisadi böyümə  məqsədi daşıyabilər. 

Mərkəz bankının faiz dərəcələrini artırması isə bu vəziyyətdə  məqsədə uyğun olmayacaq. Çünki, 

dövlət, xərcləri artırıb vəya vergiləri azaldaraq tələbi artırma məqsədi daşıyır, lakin mərkəz bankının 

faiz dərəcələrini artırması bu məqsədə zidd bir hərəkətdir. Iqtisadi böyüməni artırmaq üçün 

genişləndirici maliyyə siyasəti həyata keçirilməlidir. Bununla birlikdə, mərkəz bankı faiz dərəcələrini 

aşağı həddə tutaraq genişləndirici pul siyasəti tətbiq etməlidir.  

İqtisadi siyasətin son illərdə effektiv olmamasının  əsas səbəblərindən biri isə maliyyə  və pul 

siyasətinin bir birlərinə  əks yönümlü olmasıdır. 2008 iqtisadi krizisində başda Avropa və Amerika 

olmaqla birlikdə, bir çox ölkədə genişləndirici pul siyasəti həyata keçirildi. Bu ölkələrdəarzu edilən 

nəticənin  əldə olunmamasının  əsas səbəblərindən biri də, bu ölkələrdə dövlət xərcləri və vergi 

siyasətinin genişləndirici siyasət yönümlü olmamasıdır. Bir digər  əsas səbəb isə maliyyə siyasətinin 

yararsız olduğunu düşünüb, sadəcəpul siyasətindən istifadə edərək,qısa müddətli həll yoluna 

yönəlmələridir. Uzun müddətli iqtisadi böyüməni və inkişafı  əldə etmək üçün sadəcə pul siyasəti 

yetərli deyil. Dövlətin, xərclər və vergilər siyasəti yoluyla iqtisadiyyata müdaxiləsi çox vacibdir. 

Bununla yanaşı, dövlət özəl sektoru (bazar iqtisadiyyatı) təşviq edərək, iqtisadi canlanmanı iş birliyi 

çərçivəsində əldə etməsi əhəmiyyət kəsb edir. Çünki, özəl sektor fəaliyyət həyata keçirərkən dövlətin 

dəstəyini görmək istəyir. Qloballaşan bir dünyada, sərmaye hərəkətlərinin sərbəst olduğu cari 

vəziyyətdə pul siyasətinin effektiv olması çox çətindir. Pul siyasətinin yararlı olması üçün maliyyə 

siyasətinə də ehtiyac var. 

Qloballaşmanın nəticəsi olan sərmaye hərəkətlərinin sərbəst olduğu müasir dövürdə, Azərbaycan 

kimi dünya ticarət həcmində çox az yeri olan və üzən məzənnə siyasəti izləyən ölkələrdə maliyyə 

siyasəti effetiv deyildir. Amma buda bilinir ki, Azərbaycanın cari vəziyyəti üçün maliyyə siyasəti çox 

vacibdir. Neftə bağlı bir iqtisadiyyata sahib olduğuna görə, qeyri-neft sektoru və bazar iqtisadiyyatının 

birgə inkişafını  əldə etmək məqsədiylə dövlət,təşviq (xərclər, gəlirlər, borclar və digər) yoluyla,  

dövlət və özəl sektorun birlikdə hərərkət edərək canlanmanı bərpa etməlidir. 

Azərbaycanda maliyyə siyasətinin effektiv olması üçün pul siyasətinin həyata keçirilməsi də bir o 

qədər vacibdir. Mərkəz bankı faizləri sabit həddə tutaraq maliyyə siyasətinin effektivliyinə kömək 

etməlidir. Yuxarıda da vurğulandığı kimi, ölkəmizdə makroiqtisadi problemlərin həlli üçün maliyyə 

siyasətinə  kəskin bir şəkildə ehtiyacın olmasıyla birlikdə, maliyyə  və pul siyasətinin birlikdətətbiq 

edilməsi effektivliyi daha da artıracaqdır. Azərbaycanın cari vəziyyətində, qısa müddətli həll yolla-

rından daha çox uzun müddətli və qalıcı iqtisadi siyasətə ehtiyac var. Eyni zamanda dövlət iqtisadi 

siyasəti həyata keçirərkən insan sağlamlığına,  ətraf mühitə, hava kirliliyinə  və  bənzəri problemlərə 

səbəb olmayacaq qərarlar verməlidir. 

 

 



DÖVLƏT BÜDCƏSİNİN İCRASININ XƏZİNƏDARLIQ SİSTEMİ VƏ 

ONUN SƏMƏRƏLİLİYİ 

 

İsgəndər BABAZADƏ 

Azərbaycan Dövlət İqtisad Universiteti  



isgender618@mail.ru 

AZƏRBAYCAN 

 

Məlumdur ki, müasir dünyada hər bir ölkənin büdcə hüququnun tərkibində büdcə prosesinin  



idarə edilməsi vacib bir büdcə  fəaliyyəti kimi qeyd olunur.  Büdcə prosesi anlayışı daxilində  

mütəmadi maliyyə  vəsaiti axınlarının təşkili baş verir ki, bu maliyyə  vəsaitləri daha sonra ölkənin 

ictimai sferasında dövlətin öhdəliyi və xərcləri kimi realizə olunur.  

Bildiyimiz kimi, büdcə prosesi özündə dövlət büdcəsinin tərtib olunması, ölkələrin parlamenti 

tərəfindən dövlət büdcəsinin müzakirə  və  təsdiq olunması,  dövlət büdcəsinin icra olunması, dövlət  

büdcəsinin  icra  olunması barədə hesabat mərhələlərini  birləşdirir. Büdcə prosesinin tərkib hissəsində 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

719



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

büdcənin icra edilməsi mərhələsinin zəruriliyi onunla ifadə olunur  ki, büdcə qanununa əsasən, 

müəyyənləşmiş müddət  ərzində  gəlirlərin toplanması  və    xərc  formasında  paylanması baş verir. 

Dövlət  büdcəsinin  icra edilməsi mərhələsində pul vəsaitlərinin   qəbul edilməsi, saxlanılması və təyi-

natlı sərf edilməsi baş verir ki, bu da -  dövlət büdcəsinin xəzinə(kassa)  icrası anlayışını formalaşdırır. 

Dövlət büdcəsinin xəzinə icrasının təşkili  dünya praktikasında  geniş istifadə olunan sistemlər, yəni  

xəzinədarlıq  sistemi, bank sistemi yaxud qarışıq sistemlər vasitəsilə təşkil edilərək  formalaşdırılır. 

Dövlət büdcəsinin icrası təşkil olunaraq yerinə yetirilən zaman  ən vacib məsələlərdən biri məhz 

büdcənin  icrasında düzgün modeldən istifadə edilməsidir.  Burada tətbiq edilən model deyilərkən 

ilkin olaraq büdcə icrasının praktiki mexanizmi nəzərdə tutulur ki, hər bir dövlət özünəuyğun olan 

müvafiq modeli seçir. Bu modellərin özləri bir sistem şəklində qurulur ki, bu sistemlərin hər birinin 

özünəməxsus xüsusiyyətləri var 

Büdcənin  icrasında  ön plana çıxan və  prioritet təşkil  edən sistemlərdən biri də -- Xəzinədarlıq 

sistemidir (Treasury system). Xəzinədarlıq sistemi tətbiq edilən zaman dövlətin  administrativ 

qurumları birbaşa bu sistemin həyata kecirilməsində iştirak edir. Fikrimizcə,  xəzinədarlıq  sisteminin   

mahiyyətinin  ən tam şəkildə elmi izahını iqtisadçı alim iqtisad elmləri doktoru, professor S.E. 

Prokofyev vermişdir. O  qeyd etmişdir ki, büdcənin  icrasının  xəzinədarlıq  sistemi elə bir sistemdir 

ki, bu sistem müxtəlif səviyyələr üzrə büdcənin xəzinə icrası zamanı  metodoloji prinsiplər, qayda və 

proseduralar çərçivəsində qurulmuş hüquqi və normativ aktları özündə ehtiva edir  və  bu sistemə 

daxil olan   xüsusi institutlar tərəfindən  xəzinə, mühasibat və nəzarət funksiyalarının effektiv yerinə 

yetirilməsi baş verir. 

Qeyd etmək lazımdır ki, dövlət büdcəsinin icrasının xəzinədarlıq sistemi hal-hazırda dünyada 

kifayət qədər prioritetə sahib olan sistemdir. Ölkələr xəzinədarlıq sistemini  bu və ya digər  şəkildə  

təşkil edərkən  vacib prinsiplər var ki, onları mütləq nəzərə almalıdır: 

hökumət daxilində maliyyə orqanının (xəzinədarlıq, yaxud xəzinədarlıq   funksiyalarını həyata 



keçirən  orqanlar) yaradılmasıdır ki, mərkəzləşdirilmiş qaydada büdcə  uçotunu aparır, ödənişləri 

düzgün qaydada yerinə yetirir, büdcə hesabatını hazırlayır, büdcə  vəsaitlərinin operativ 

idarəedilməsini təşkil edir; 

maliyyə resurslarının  büdcənin vahid  hesabında konsolidasiyasının aparılmasıdır, hansı ki, 



bu hesab  Mərkəzi Bank  və yaxud  onun  tərkibinə   daxil olan qurumlarda açılır; 

maliyyələşdirmənin  uçotu xəzinədarlığın vahid uçot reyestri üzrə   büdcə  vəsaitlərinin 



sərəcamçılarına və  alıcılarına açılmış şəxsi hesablar üzrə  aparmalıdır; 

büdcə  təşkilatları    tərəfindən xərclərin və ödənişlərin həyata keçirilməsi üçün  pul 



öhdəliklərinin qəbul edilməsi  yalnız onlara çatacaq olan büdcə  öhdəlikləri üzrə  məhdudiyyətlərin 

(limit)  daxilində mümkündür; 

xəzinədarlıq orqanları büdcə  təşkilatları  tərəfindən bağlanmış müqavilələrin qeydiyyatını 



aparmalıdır; 

müasir  texnologiyaların  istifadəsi hansı ki, büdcə icrasının gedişatı üzrə  əməliyyatların 



yerinə yetirilməsində  və  xəzinədarlığın baş kitabında  mərkəzləşdirilmiş  uçot  şəklində  təmin 

olunmada olduqca vacibdir. 

Qeyd olunan prinsiplərə əməl edildiyi təqdirdə xəzinədarlıq sisteminin effektiv olduğunu görmək 

mümkündür və yüksək nəticələr  əldə etmək olur.Dövlət büdcənin icrasında  xəzinədarlıq sisteminin 

rolunun kifayət qədər yüksək olduğuna nəzərə salsaq, ən ümumi anlamda  xəzinədarlıq sisteminin 

üstünlüklərini aşağıdakı kimi qeyd edə bilərik: 

  dövlətin pul  vəsaitlərindən  istifadənin effektivliyinin  artması  nöqteyi-nəzərindən 



xəzinədarlıq sistemi onların məqsədli, vaxtı-vaxtında  səmərəli istifadəsini təmin edir; 

  dövlətin öz maliyyə öhdəliklərini  yerinə yetirməsi üçün formalaşdırdığı  daxili  maliyyə 



xidmətinin  ümumi  dəyərinin  azalmasına imkan yaradır; 

  dövlət pul fondlarının dövriyyəsinin sürətlənməsi nəticəsində büdcə  vəsaitlərinin  hərəkəti 



dövrünün maksimum dərəcədə qısaldılması. 

Azərbaycanda xəzinədarlıq sisteminin təşkil olunması bir çox amillə bağlı olmuş  və 

xəzinədarlığın yaradılması  məhz bu neqativ  amillərin aradan qaldırılmasında  mühüm rol oynamışdır. 

Belə ki, sovet rejimi dağılandan sonrakı dövrdə büdcənin icrasında heç bir ciddi funksional dəyişiklik 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

720



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

olmamışdır. Büdcənin icrası, büdcə uçotu və hesabatlılığa nəzarət bank sisteminin əsas funksiyaları 

kimi qalmaqda davam etdirdi. Burada xoşagəlməz  əsas məqamlardan biri Maliyyə Nazirliyinin 

operativ və dürüst informasiyanı əldə etməməsi oldu. Lazımi informasiyaların  əldə olunması mümkün 

olmadı ki, Maliyyə Nazirliyi büdcənin icrasını nəzarətdə  saxlaya bilsin.  

Xəzinədarlıq sisteminin yaradılması  nəticəsində  bank sisteminin yerinə yetirdiyi əsas büdcə 

funksiyaları  xəzinədarlıq sistemi yerinə yetirməyə başladı  və bu sistemin təşkili informasiyanın 

keyfiyyətini yaxşılaşdırmağa və həcmini genişləndirməyə şərait yaratdı. Bu da öz növbəsində Maliyyə  

Nazirliyinə büdcə prosesinə etibarlı  nəzarəti həyata keçirməyə, proseslərə  səmərəli rəhbərliyi təmin 

etməyə kömək etdi. 

Azərbaycanda xəzinədarlıq sistemi mərkəzləşdirilmiş sistem şəklində inkişaf etmişdir. Mərkəz-

ləşdirilmiş xəzinədarlıq sistemi özündə 2 səviyyəni ehtiva edir: 

Mərkəzləşdirilmiş  xəzinədarlıq sisteminin tərkibində birinci səviyyədə  mərkəzi  orqan  kimi  

Maliyyə Nazirliyinin tərkibində Dövlət Xəzinədarlıq Agentlyi (DXA) dayanır. DXA  Maliyyə Nazir-

liyinin tərkibində büdcənin gəlir və  xərclərinin yekun uçotunu aparan, hesablarda vəsaitlərin hərə-

kətini idarə edən, büdcənin gəlir və xərclər üzrə icrasının nəticələri barədə əsas icra və qanunvericilik 

orqanları  məlumatlandıran, xəzinədarlığın tabe təşkilatlarına başçılıq edən və onlardan vacib 

hesabatları alan, büdcənin icrasının mövcud qanunvericiliyə uyğun təmin olunmasına nəzarət edən icra 

hakimiyyəti orqanı kimi fəaliyyət göstərir. Dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti  

onun vahid hesabında müvafiq icra hakimiyyəti orqanı (MN,DXA) tərəfindən müəyyən edilmiş 

müvəkkil banklarda saxlanılır. Vahid xəzinə hesabının idarə edilməsi və  vəsaitlərin hesabdan silin-

məsinə sərəncam verilməsinin müstəsna səlahiyyətini də məhz MN(DXA) daşıyır.Müvafiq orqanların 

razılığı olmadan bu hesabdan hər hansı formada vəsaitin köçürülməsi və ya götürülməsi qadağandır. 

İkinci səviyyədə isə şəhər(rayon) maliyyə idarələrinin tərkibində olan yerli xəzinədarlıq orqanları 

(YXO) dayanır və bu orqanlar tranzit hesablarda olan vəsaitlərin uçotunu aparır və büdcənin yerli 

xərclər üzrə icrasının vəziyyəti haqqında DXA-ya məlumat verirlər. 

Xəzinədarlıq sisteminin qurulması ilə bərabər bu sistemin tərkibində yüksək avtomatlaşdırmanın 

tətbiqi də olduqca vacib məsələlərdən biri idi. Xəzinədarlıq vasitəsilə büdcə  xərclərinin icra 

mexanizminin təkmilləşdirilməsi, bu sahədə  şəffaflığın artırılması, dövlət büdcəsinə daxil olan 

vəsaitlərin avtomatik uçotunun qurulması, büdcə daxilolmalarının daha səmərəli istifadə edilməsinin 

təmin edilməsi, məlumatların daha operativ emal edilməsi məqsədilə 2006-cı ildən respublikamızda  

Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin (XİİS) tətbiqinə başlanılmışdır. 2007-ci ildən 

konkret olaraq icra olunmağa başlayan XİİS-in tətbiqi hal-hazırda bütün respublikanı  əhatə edir və 

lazımi nəticələr  əldə olunmaqdadır.XİİS-in tətbiqi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 

Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən həyata keçirilən maliyyə islahatlarının  ən vacib tərkib 

elementlərindən biridir və burada ən başlıca məqsəd real vaxt rejimində əməliyyatların vahid xəzinə 

hesabı vasitəsilə icrasını təmin etməkdir.  

 

 



 

FAİZSIZ BANKÇILIQ VƏ AZƏRBAYCAN EHTİYACI 

 

Röyal İMANLI 

Greentech MMC 



royalimanli@yahoo.com 

AZƏRBAYCAN 

 

Faizsiz bankçılıq, onun inkişafı  və ölkə maliyyə sistemində aparıcı mövqedə durması prioritet 



olaraq qarşıya qoyulmalı mövzudur. Bu sistemin inkişaf etdiyi dövlətlərin pul-kredit sistemindəki 

təhlükəsizlik və iqtisadi inkişaf tempi bunu deməyə əsas verir. 

Faizsiz bankçılıq haqqında araşdırma apararkən nəzərə çarpan birinci ünsür ana dilində 

ədəbiyyatın yox dərəcədə az olması idi. Əsasən türk, ingilis və rus dilində olan materiallardan istifadə 

olunmuşdur. Ən çox internet materiallarına müraciət olunmuş, kitablardan da məlumat götürülmüşdür. 

Digər bir maraqlı ünsür isə bu sistemin Azərbaycan üçün çox vacib olmasıdır. Bunun üçün 

mütəxəssislərin hazırlanması, buna kömək üçün də bu sahədə araşdırmaların aparılması zəruridir. Bu 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

721



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

sistemin oturduğu ölkələrdə inflyasiyanın, işsizliyin nəzərə çarpan dərəcədə azalması müşahidə 

olunur. 

“Faizsiz bankçılıq” anlayışı ilk dəfə ortaya atılanda mutəxəssislər və iş adamları buna çox çətin 

bir iş kimi baxırdılar. Amma son illərdə insanların dünya görüşündə dəyişikliklər hiss edilir. İnsanlar 

öz yığımlarını  nə  qədər qanuni olsa da, əxlaqdan kənar fəaliyyət göstərən firmaları maliyyələşdirən 

banklara və digər maliyyə qurumlarına qoymağa tərəddüdlə yanaşırlar. Faizsiz maliyyə qurumlarının 

inkişafında bu çox vacib faktordur. Bunu görən dünyanın böyük maliyyə qurumları bu sektora öz 

fəaliyyətlərində yer ayırırlar. 

Faizsiz bank - bank əməliyyatlarını faizsiz həyata keçirən bankdır. Ümumiyyətlə, faizsiz bankla 

islam bankını eyniləşdirirlər. Lakin, nəzəri cəhətdən götürdükdə bunu aşağıdakı kimi ayırd etmək olar: 

Faizsiz bankların bildiyimiz ənənəvi faizlə  işləyən banklardan (bundan sonra sadəcə “klassik 

bank” adlandıracağıq) başlıca fərqi öz əməliyyatlarında  əvvəlcədən standart faizlərin tətbiq edilmə-

məsidir.  

İslam bankı faizsiz bankçılıq əməliyyatlarını İslam etikası çərçivəsində həyata keçirən banklara 

deyilir. Yəni, daha dar çərçivədə  fəaliyyət göstərir. Məsələn, faizsiz bankların ayırdığı  vəsaiti pivə 

istehsalına sərmayə kimi ayırmaq olmaz deyə bir qanun yoxdur. Tutaq ki, Commerzbank faizsiz 

fəaliyyət göstərən bir filial açıb. Əgər istəsə cəlb etdiyi vəsaitlə pivə zavodu açar və istehsal olunan 

məhsulun satışından banka vəsait qoyan müştərilərə  əvvəlcədən müəyyənləşdirilən payı  gəlir olaraq 

ödəyə bilər.  

Lakin, İslam bankı şəriətin qadağa qoyduğu heç bir fəaliyyət növünə  vəsait ayıra bilməz. Bura 

sələmçilik, spirtli içkilərin istehsalı, donuz əti və donuz əti məhsulları, İslam dininin qadağa qoyduğu 

istənilən fəaliyyətin reklamına və təbliğatına vəsaitin ayrılması və s. daxildir.  

Göründüyü kimi faizsiz bank klassik bankla islam bankı arasında mövqe tutur. Klassik banklar 

bütün növ əməliyyatları həyata keçirirlər. Bu banklar həyata keçirdiyi əməliyyatlar qarşılığında istər 

faiz, istərsə  də komisyon haqqı ala bilər. Faizsiz banklar klassik bankların həyata keçirdiyi bütün 

əməliyyatları  həyata keçirirlər. Lakin, klassik banklardan fərqli olaraq faizsiz banklar heç bir 

əməliyyatda faiz tətbiq etmirlər. Bu bankların həyata keçirdiyi əməliyyatlarda şəriət qaydalarına əməl 

etmələri  şərti tam olaraq qarşıya qoyulmur. İslam bankları isə faizsiz bank kimi fəaliyyət göstərir, 

lakin bu bankların həyata keçirdikləri əməliyyatlar mütləq şəriət qaydalarınauyğun olmalıdır.  

Formul şəklində yazılsa bu aşağıdakı kimi olar: 

Faizsiz bank = Klassik bank – faiz 

İslam bankı = Faizsiz bank – şəriət qanununa zidd olan əməliyyatlar 

İslam bankçılığının mövcud olması üçün bütün iqtisadi sistemin bunu tamamlaması lazımdır. 

Məsələn, Türkiyədəki iştirak banklarını islam bankları yox, faizsiz banklar kimi verə bilərik. İrandakı 

bankçılıq sistemi isə islam bank sistemi sayılır. 

Praktikada isə belə bir vəziyyət mövcuddur. Faizsiz bankların demək olar ki, hamısı islam bankı 

çərçivəsində fəaliyyət göstərir. Çünki, bu 20-ci əsrdə İslam olkələrində sənayeləşmənin surətlənməsi 

və 70-ci illərdə neftin qiymətində kəskin artım, xüsusilə, Fars körfəzi ölkələrində külli miqdarda gəlir 

bu vəsaiti yönləndirə biləcək qurumlar tələbini irəli sürdü. Bunu görən bir sıra dövlət rəsmiləri və 

alimlər daha əvvəlcədən mövcud olan nəzəri və praktiki məsələləri daha yeni üsulla tətbiq etmək 

qərarına gəldilər. 

Faizsiz bankların diqqət mərkəzində olan biznes plandır. Bu işin risk səviyyəsinin az, gəlirliliyi-

nin çox olması, əxlaq normalarına cavab verməsi, şəriətə zidd olmaması və s. vacib götürülür. Bu isə 

iqtisadiyyatda stimul yaradır.  

Bu gün dünyada faizsiz bankçılığın idarə etdiyi fondların cəmi 2 trilyon dollara yaxındır və müş-

tərilər həm İslam ölkələrindən, həm də Avropa, Amerika və Uzaq Şərq ölkələrində yaşayanlardandır. 

50-dən çox maliyyə aləti, 75 ölkə və 700-dən çox maliyyə qurumunu əhatə edən faizsiz bankçılıq 

bazarının 2020-ci ildə 6.5 trilyon dolları keçəcəyi proqnozlaşdırılır. Hətta 2025-ci ildə dünyadakı 

müsəlmanların əmanətlərinin 50%-ni faizsiz banklara yatıracağı ehtimalı da vardır. 

Keynsçilik nəzəriyyəsinin banisi olan C.M.Keynsə görə ideal cəmiyyətdə faiz səviyyəsi 0% 

olmalı, yəni faiz olmamalıdır. 

Faizin iqtisadi cəhətdən ziyanları: 

1) 


Tələb dairəsini məhdudlaşdırır; 

2) 


Təklifin stimullaşdırılması meylinin qarşısını alır; 

Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin