Orqanoidlərin yaranması və dağılması yolu ilə daşınma
Bura qədər biz endositoz və ekzositoz proseslərinə vezikulların tərkibinin nəqli prosesi kimi baxırdıq. Bu
prosesin
mahiyyəti ondan ibarətdir ki, bu zaman hüceyrə səthində müəyyən yerdəyişmələr baş verir:
membranın səthində daxilə və ya xaricə çıxıntılar yaranır və ya hüceyrə hərəkət edir.
Bu cür proseslər sitoskeletdə, xüsusilə də mikrofilamentlərdə və mikroborucuqlarda da baş verə bilir.
Mikrofilamentlər – ilk növbədə lifli dəstələr yığılma qabiliyyətinə malik
F-aktin zülallardan təşkil
olunmuşdur. F-aktin zülalları isə monomerin sitozolda polimerləşməsi nəticəsində lifli dəstələrə yığılır.
Dəstələr polyarlaşırlar, yəni onlar yeni aktin molekulunu akkumulyasiya
etməklə çox vaxt bir