İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 23 Böyük v
ə Kiçik Qafqazı bir-birindən ayıran dağarası Kür
çök
əkliyinin əsasən şərq hissəsi Xəzərin şelf zonasının lap
iç
ərilərinə qədər izlənilən iri neft və qaz yataqlarının olması ilə
xarakteriz
ə edilir. Lakin çökəkliyin qalın çökmə çexolu metal
yataqlarının axtarışı baxımından hələ ki tədqiq olunmamışdır.
Kiçik Qafqaz adalar qövsünd
ən cənub-qərbdə ofiolit zonası
uzanır. Metallogenik baxımdan bu zona dunitlərlə əlaqədar olan
çoxsaylı xromit filizi təzahürlərinin, həmçinin civə və qızıl
yataqlarının olması ilə səciyyələnir. Tədqiqatçıların, xüsusilə qızıl
filizi yataqlarında, metalların mənbəyi haqqındakı fikirləri bir-
birind
ən kəskin sürətdə fərqlənir. Kiçik Qafqazın ofiolit
kompleksinin inkişaf tapdığı riftogen zonası cənub-qərbdə
Önqafqaz aralıq massivi ilə cənubdan onun üzərinə sürüşərək
g
ələn İran plitəsinin kolliziya zonası ilə əvəz olunur. Paleozoy
fundamenti üz
ərində paleogen-neogen çöküntülərindən təşkil
olunmuş, ehtiyatı milyard tonlarla olan nəhəng daş duz
yataqlarının mövcudluğu ilə seçilən Naxçıvan çökəkliyi yatır.
T
əbaşir-paleogen yaşlı çökmə, vulkanogen-çökmə süxurların və
nadir hallarda rast g
ələn maqmatitlərin yayıldığı Talış
strukturunda yataqlar aşkar olunmamışdır. Azərbaycanda ən iri
faydalı qazıntı obyektlərindən biri olan və istismar edilən yeganə
alunit yatağı – Zəylik Daşkəsən rayonunda yerləşir. Alunitdən
alüminium oksidi al
maq üçün Leninqradın (hazırkı Sankt-
Peterburqun) keçmiş Ümumittifaq alüminium-maqnezium
institutunda alunit filizl
ərin kompleks emalı üçün texnoloji sxem
işlənib-hazırlanmış, Kirovabad (hazırkı Gəncə), Sumqayıt
alüminium zavodları tikilmişdir.
Daşkəsən yatağının dəmir filizi cisimləri 50 ilə yaxındır ki,
istismar olunur v
ə qalıq ehtiyatlar təxminən 90 ilə çatır
(Zamanov, 1998).
Böyük Qafqazın Balakən-Zaqatala
rayonlarındakı əlvan metalların (qurğuşun, sink, mis) mövcud
xammal bazası əsasında Respublikada daha bir metallurgiya
m
ərkəzinin təşkil olunması barədə dəfələrlə məsələ qaldırılmışdır.
Az
ərbaycanın bir sıra qızıl filizi yataqlarının istismarı üçün xarici