571) Fankoninin aplastik anemiyası hansı qrup anemiyalara aiddir?
A) Posthemorragik anemiyalar
B) Dishemopoetik anemiyalar
C) Hemolitik anemiyalar
D) İrsi xarakterli qarışıq anemiyalar
E) Arterial anemiyalar
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
572) Aşağıdakı hansı patologiya hemolitik anemiyalara aiddir?
A) Aplastik Fankoni anemiyası
B) Talassemiya
C) Fol turşusu defisitli anemiya
D) Bədxassəli anemiya
E) Hünter qlossiti
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
573) Aşağıdakı hansı patologiya intravaskulyar hemolitik anemiyaların inkişafına səbəb ola bilər?
A) Talassemiya xəstəliyi
B) Kaslın daxili faktorunun (qastromukoprotein) çatışmazlığı
C) Xroniki daxili qanitirmə
D) İrsi sferositoz xəstəliyi
E) Leykoz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
574) Aşağıda göstərilən hansı patologiya ekstravaskulyar hemolitik anemiyalara aiddir?
A) Talassemiya xəstəliyi
B) Erlixin hipoplastik anemiyası
C) B12-defisitli anemiya
D) Hemolitik zəhərlərin təsirindən baş verən anemiya
E) Fankoninin aplastik anemiyası
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |