595) Aterosklerozun aşağıdakı hansı mikroskopik inkişaf mərhələsi vardır?
A) Yerli dəyişikliklər mərhələsi
B) İşemik mərhələ
C) Ləkə mərhələsi
D) Funksional mərhələ
E) Liposkleroz mərhələsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
596) Ateroskleroz öz inkişafında makroskopik olaraq (adi gözlə) aşağıdakı hansı mərhələni keçirir?
A) Lipidönü mərhələ
B) Dərin ateroskleroz mərhələsi
C) Fibroz düyünlər mərhələsi
D) Qalıq əlamətləri mərhələsi
E) Səthi ateroskleroz mərhələsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
597) Meyitin müayinəsi zamanı (vizual) damar mənfəzinin aterosklerotik düyünlə daralma dərəcəsi təxmini olaraq faiz göstəricisi ilə qiymətləndirilir. Bu faiz göstəriciləri içərisində hansı belə bir rəqəm ola bilməz?
A) 75%
B) 50%
C) 100%
D) 25%
E) Sadalananların hamısı düzgündür
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |