860) Göstərilən patologiyalardan hansı zobun növü deyildir?
A) Epidemik zob
B) Düyünlü zob
C) Parenximatoz zob
D) Kolloid zob
E) Endemik zob
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
861) Histoloji (mikroskopik) quruluşuna görə zobun hansı növü göstərilmişdir?
A) Endemik zob
B) Epidemik zob
C) Sklerozlaşan zob
D) Kolloid zob
E) Ridel zobu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
862) Şəkərli diabet zamanı kiçik kalibrli damarlarda baş verən dəyişikliklər necə adlanır?
A) Vazopatiya
B) Vazoparalitik şəkərli diabet
C) Diabetik mikroangiopatiya
D) Şəkərli kapilyaropatiya
E) Diabetik makroangiopatiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
863) Şəkərli diabet zamanı toxumalarda baş verən ən xarakter morfoloji dəyişiklik hansıdır?
A) Parenximatoz üzvlərdə piy distrofiyasının inkişafı
B) Bütün toxumalarda diapedez qansızma ocaqlarının olması
C) Arteriolların divarında hialinoz
D) Bütün toxumalarda hüceyrələrin sitoplazmalarında qlükozanın toplanması
E) Kapilyarların divarında hialinoz və skleroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
864) Aşağıda tireotoksikozun (Bazedov zobu) xarakter mikroskopik əlamətlərindən hansı göstərilmişdir?
A) Vəz epitellərinin hiperfunksiyası
B) Follikulların həcmcə böyüməsi
C) Vəz epitellərinin proliferasiyası və follikulların mənfəzinə doğru məməcikli çıxıntıların əmələ gəlməsi
D) Follikulların mənfəzində birləşdirici toxumanın inkişafı
E) Follikulların mənfəzinin limfo-leykositar elementlərlə dolması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
865) Aşağıda göstərilən hansı zob həm də I qrup (həqiqi) autoimmun xəstəliklərə aid edilir?
A) Xasimoto zobu
B) Endemik zob
C) Ridel zobu
D) Bazedov zobu
E) Kolloid zob
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
866) Şəkərli diabet zamanı iri kalibrli damarlarda – arteriyalarda baş verən dəyişikliklər necə adlanır?
A) Diabetik vazopatiya
B) Şəkərli aortopatiya
C) Vazoparalitik şəkərli diabet
D) Diabetik mikroangiopatiya
E) Diabetik makroangiopatiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |