988) Aşağıda göstərilən hansı proses dizenteriya zamanı baş verən yerli morfoloji dəyişikliklərin bir mərhələsidir?
A) Diarreya mərhələsi
B) Yaraların sağalması mərhələsi
C) İnkubasiya (latent) mərhələsi
D) Perforasiya mərhələsi (və ya ağırlaşmış yaralanmalar mərhələsi)
E) Beyinvari şişkinləşmə mərhələsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
989) Göstərilən hansı proses qarın yatalağı zamanı baş verən yerli morfoloji dəyişikliklərin bir mərhələsidir?
A) Spesifik ağırlaşmalar mərhələsi
B) Krupoz kolit mərhələsi
C) Yaraların əmələ gəlməsi mərhələsi
D) Fibrinoz ileit mərhələsi
E) Septiki mərhələ
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
990) Qarın yatalağı zamanı qalça bağırsağın limfoid follikullarında yarın yatalağı çöplərini faqositoza uğradan, parlaq sitoplazmaya və solğun nüvələrə malik iri makrofaqlar görünür. Bu makrofaqlar necə adlanır?
A) Virxov hüceyrələri
B) Çoxnüvəli giqant hüceyrələr (Lanqhans hüceyrələri)
C) Qarın yatalağı hüceyrələri (tifoz hüceyrələr)
D) Tifoid hüceyrələr
E) Muzer hüceyrələri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |