1037) Aşağıda malyariya xəstəliyinin hansı forması göstərilmişdir?
A) Subtropik malyariya
B) 5-günlük malyariya
C) Qızdırmasız malyariya
D) Tropik malyariya
E) “Anopheles” malyariyası
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1038) Malyariyanın törədiciləri orqanizmdə harada rast gəlinir?
A) Eritrositlərdə
B) T-helper-limfositlərdə
C) Damarların endotel hüceyrələrində
D) Makrofaqlarda
E) Hepatositlərdə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
1039) Mikoplazmoz xəstəliyinin törədicisi hansı mikroorqanizmdir?
A) Viruslarla bakteriyalar arasında aralıq mövqe tutan mikoplazmalar
B) Provaçek rikketsiyaları
C) Protozoa tipinə məxsus ibtidailər
D) DNT-tərkibli mikoviruslar
E) Asiya tipli mikoplazma vibrionları
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |