1070) Aşağıdakı hansı patologiya ilkin vərəm kompleksinə aiddir?
A) Kazeoz pnevmoniya
B) Vərəm limfangiti
C) Fibroz-ocaqlı vərəm
D) Qon ocağı
E) Abrikosov ocağı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1071) İlkin vərəmin proqressivləşməsi hansı yolla baş verə bilər?
A) Appozision yolla
B) Limfogen yolla
C) Tiksotropiya yolu ilə
D) İnvaziv yolla
E) Metastaz yolu ilə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1072) Aşağıdakı hansı proses ikincili vərəmin formalarından biridir?
A) Tuberkuloma
B) Xroniki vərəm
C) İldırımvari vərəm sepsisi
D) Landuzi vərəmi
E) İlkin vərəm affekti
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1073) Aşağıdakı hallardan hansına hematogen vərəm deyilə bilər?
A) Qan köçürmə zamanı vərəmin orqanizmə keçməsi
B) Abrikosov ocaqlarından vərəmin yenidən başlanması
C) İlkin vərəmin hematogen yolla digər üzv və toxumalara yayılması
D) Qanda vərəm çöplərinin olması
E) Simon ocaqlarından vərəm xəstəliyinin yenidən başlanması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1074) Diz oynağının vərəmi aşağıda göstərilən hansı növ və ya qrup vərəmə aid edilə bilər?
A) Dayaq-hərəkət sisteminin kəskinləşmiş ikincili vərəmi
B) Xroniki formaya keçmiş ilkin vərəm
C) Ağ ciyərlərdən kənar üzvlərdə üstünlük təşkil etməklə gedən hematogen vərəm
D) Generalizə olunmuş hematogen vərəm
E) İkincili vərəm
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |