811) Öd kisəsinin xərçəngi ən çox hansı xəstəlik fonunda inkişaf edir?
A) Xolelitiaz
B) Qara ciyərin sirrozu
C) Kəskin xolesistit
D) Öd kisəsinin empieması
E) Xroniki xolesistit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
812) Hansı dəyişiklik mədənin xroniki xora xəstəliyinin kəskinləşməsi üçün xarakterdir?
A) Fibrinoid nekroz
B) Selikli qişanın enteralizasiyası
C) Hialinoz
D) Selikli qişanın limfo-leykositar infiltrasiyası
E) Natamam regenerasiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
813) Aşağıda göstərilən hansı patoloji proses kəskin enteritlərin növlərinə aid deyildir?
A) Kataral enterit
B) Atrofik enterit
C) Nekrotik enterit
D) Krupoz fibrinoz enterit
E) Nazik bağırsağın fleqmonası
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |