177) Bu xəstəlik qeyri-infeksion fetopatiyalara aiddir:
A) döldə damardaxili yayılmış laxtalanma sindromu
B) endokardın fibroelastozu
C) eozinofiliyalı fibroplastik endokardit
D) ödemli-hemorragik sindrom
E) gecikmiş fetopatiya dövründə ornitoz
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
178) Mukovissidozun mekonial ileus formasına xas əlamətləri ayırd edin:
1. Koprostaz.
2. Divertikul.
3. Mekonial bağırsaq keçməməzliyi.
4. Peritonit.
5. Perforasiya.
6. S-ə bənzər və düz bağırsağın əzələ qatında Auerbax kələfinin olmaması.
7. Yoğun bağırsaqların yaprıxması.
A) 2, 3, 4, 5, 7
B) 1, 3, 4, 5, 6
C) 3, 4, 5, 6, 7
D) 1, 2, 3, 4, 5
E) 1, 3, 4, 5, 7
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
179) Beklar nüvəsi (bud sümüyünün aşağı epifizində sümükləşmə nüvəsi) nə zaman yaranır və böyüməyə başlayır?
A) hamiləliyin 7-ci ayından etibarən
B) erkən fetogenez dövründə
C) normal doğuşdan 40 gün sonra
D) hamiləliyin 39-40-cı həftələrində
E) hamiləliyin 29-cu həftəsindən etibarən
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |