Patoloji anatomiya 1 Meyitlərin patoloji-anatomik müayinəsi azərbaycan dilində necə adlanır?


) Xorionepitelioma zamanı şiş toxuması aşağıdakı hansı xarakter xüsusiyyətə malik olur?



Yüklə 1,56 Mb.
səhifə15/18
tarix26.11.2016
ölçüsü1,56 Mb.
#195
1   ...   10   11   12   13   14   15   16   17   18

889) Xorionepitelioma zamanı şiş toxuması aşağıdakı hansı xarakter xüsusiyyətə malik olur?

A) Şiş toxumasında parenxima olmur

B) Şiş toxumasında nə stroma, nə də damarlar olmur

C) Şiş toxumasında hüceyrəarası maddə olmur

D) Şiş toxumasında hüceyrələr olmur

E) Şiş toxumasında heç bir atipizm aşkar olunmur


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
890) Uşaqlıqdan kənar hamiləlik adətən nə qədər davam edir?

A) 3 ay


B) 1 ay

C) 6 ay


D) 1 həftə

E) 5-6 həftə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
891) Uşaqlıqda aşkar olunan bu morfoloji dəyişikliklərdən 4-ü yalnız uşaqlıq hamiləliyi, biri isə həm uşaqlıq, həm də uşaqlıqdan kənar hamiləliklər zamanı meydana çıxır. O, hansıdır?

A) Müayinə olunan materialda xorion xovlarının olması

B) Bazal desidual toxumada və venoz damarların divarında ocaqlar və ya zolaqlar şəklində fibrinoid nekrozun (Nitabux qatı) olması

C) Xorion epitelləri ilə invaziya olunmuş və kövşəkləşmiş əzələ qırıntılarının olması

D) Desidual hüceyrələrin görünməsi

E) Desidual toxumanın xorion epitelləri, yəni polimorf nüvələrə malik trofoblast hüceyrəvi elementlərlə invaziya olunması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
892) Aşağıda endometriozun hansı forması göstərilmişdir?

A) Uşaqlıq cisminin psevdoeroziyası

B) Endometriumun dishormonal hiperplaziyası

C) Daxili endometrioz (adenomioz)

D) Antenatal endometrioz (hamiləlik endometriozu)

E) Endoservikoz (uşaqlıq boynu endometriozu)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
893) Aşağıda proliferativ mastopatiyaların hansı növü göstərilmişdir?

A) Filloid şiş

B) Döş giləsinin mastopatiyası (Pecet xəstəliyi)

C) Regenerator proliferativ mastopatiya

D) Qeyri-proliferativ mastopatiya

E) Epitelial proliferativ mastopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
894) Aşağıda uşaqlıq boynunun xərçənginin hansı mikroskopik növü göstərilmişdir?

A) Yastığabənzər xərçəng

B) Leyomiosarkoma

C) Xorioid papilloma

D) Bəd xassəli endoservikoz

E) Yastıepitelli xərçəng


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
895) Xorionepitelioma epitel toxumasından inkişaf etmiş bədxassəli şişdir. Bu şiş adətən öz metastazlarını ilk növbədə hansı yolla verir?

A) Kanalikulyar yolla qarın boşluğuna

B) Limfogen yolla uzaq limfa düyünlərinə

C) Likvor mayesi ilə beyin qabığına

D) Limfogen yolla yaxınlıqdakı regionar limfa düyünlərinə

E) Hematogen yolla ağ ciyərə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
896) Aşağıda süd vəzinin qeyri-infiltrativ axacaq xərçənginin (axacaqdaxili) hansı histoloji variantı göstərilmişdir?

A) Kribroz xərçəng

B) Axacaq (axacaqdaxili) papilloması

C) Axacaqdaxili karsinomatoz

D) Xorioid karsinoma

E) Endokanalikulyar (endofit) qeyri-infiltrativ xərçəng


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
897) Keçirilmiş və ya pozulmuş hamiləliklərdən hətta bir neçə həftə sonra uşaqlıqdan götürülmüş qaşıntı materialında aşkar olunan bu morfoloji dəyişikliklərdən 4-ü həm uşaqlıq, həm də uşaqlıqdan kənar hamiləliyi, biri isə yalnız uşaqlıq hamiləliyini sübut edir. O, hansıdır?

A) Müayinə olunan materialda xorion xovlarının olması

B) “Overbekin parlaq vəzləri”nin görünməsi

C) Desidual hüceyrələrin görünməsi

D) Yumaqcıq şəklində spiral arteriyaların görünməsi

E) Arias-Stella fenomeni (epitel hüceyrələriin böyüməsi və iri atipik nüvələrə malik olması)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
898) Süd vəzlərində döş giləsinin və areolanın xərçəngi necə adlanır?

A) Pecet xəstəliyi

B) Angviləbənzər xərçəng

C) İnfiltrativ ekstratubulyar (axacaqdankənar) xərçəng

D) Areolanın karsinomatozu

E) Məməcikli xərçəng


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
899) Hamiləlik toksikozu başqa adla necə adlandırılır?
A) Mastopatiya

B) Hestoz

C) Beçəxor (Mola hydatidosa)

D) Hamiləlik neyropatiyası

E) Hamiləlik endometriozu (və ya qravidar hestoz)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
900) Aşağıdakı hansı dəyişiklik süd vəzlərinin Pecet xəstəliyi üçün xarakter xüsusiyyət hesab edilir?

A) Döş giləsinin və areolanın epidermisində xarakter Pecet hüceyrələrinin olması

B) Dermada (xüsusi dəridə) iri və parlaq atipik hüceyrələrin – Pecet hüceyrələrinin aşkar edilməsi

C) Xəstəliyin ilk dövrlərindən etibarən həmin tərəfin qoltuqaltı limfa düyünlərinə retroqrad limfogen Virxov metastazlarının verilməsi

D) Paralel olaraq həmin süd vəzində mazoplaziyanın olması (Pecet xəstəliyinin məhz mazoplaziya fonunda inkişafı)

E) Yumurtalıqlara və uşaqlığın selikli qişasına Krükenberq metastazlarının olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
901) Uşaqlığın selikli qişa fraqmentləri dəqiq hüdudlara malik, kiçik ölçülü yuvacıqlar və ya adacıqlar şəklində miometriumun dərin qatlarında da görünür. Bu hansı patologiyadır?

A) Selikli qişanın xoşxassəli şişinin miometriuma invaziyası

B) Bu dəyişiklik ümumiyyətlə patologiya sayılmır (normada fizioloji olaraq hamiləliyin birinci trimestrində rast gəlinir)

C) Xoşxassəli beçəxor

D) Adenomioz

E) Uşaqlığın selikli qişasının dishormonal hiperplaziyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
902) Aşağıda proliferativ mastopatiyaların hansı növü göstərilmişdir?

A) Fibroepitelial proliferativ mastopatiya

B) Limfogen mastopatiya

C) Mezenximal proliferativ mastopatiya

D) Fibrinoid mastopatiya

E) Dekompensator proliferativ mastopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
903) Natamam abort zamanı qopmamış və uşaqlıqda qalmış xorion xovları tədricən büzüşərək nekrobiotik vəziyyətə keçir, hialinozlaşır və nəhayət əhəngləşir. Əmələ gəlmiş və adətən uşaqlıq qanaxmaları ilə müşaiyət olunan bu kütlə necə adlanır?

A) “Daş döl” (litopedion)

B) Postnatal xorion

C) Xorionepitelioma

D) Beçəxor

E) Plasentar polip


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
904) Orta yaşlı qadında doğuşdan sonra uşaqlıq qanaxmaları baş verir. Müayinə zamanı uşaqlığın mənfəzində çoxlu miqdarda qovuqlar şəklində üzüm salxımına bənzər kütlələr görünür. Mikroskopik müayinədə bu qovuqların mənfəzində seliyəbənzər şəffaf maye görünür, divarları daxildən proliferasiya etmiş trofoblast hüceyrələrlə (xorion xovları ilə) örtülü olur. Bu, hansı patologiyadır?

A) Plasentar polip

B) Beçəxor

C) Xorionepitelioma

D) Uşaqlığın polipozu

E) Uşaqlığın selikli qişasının proliferativ iltihabı (qranulomatoz endometrit)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
905) Aşağıdakı hansı patoloji proses beçəxorun formalarına aiddir?

A) Bədxassəli beçəxor

B) Proliferativ beçəxor

C) Uşaqlıq boynunun beçəxoru (Mola hydatidosa cervicalis)

D) Dekompensator beçəxor (buna həm də beçəxorun sonuncu – III mərhələsi deyilir)

E) Hipertrofik beçəxor


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

906) Beçəxor latınca necə adlanır?

A) Anthrax

B) Pestis

C) Comedocarcinoma

D) Paget’s disease

E) Mola hydatidosa


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
907) Uşaqlığın selikli qişasından götürülmüş sıyrıntı materiallarında hamiləlik üçün xarakter olan desidual toxuma aşkar edilir. Bu, hansı hamiləliyi göstərir?

A) Normal uşaqlıq hamiləliyi

B) Uşaqlıqdan kənar boru hamiləliyi

C) Desidual toxumanın görünməsi hamiləliyin artıq başa çatmasını göstərir

D) Uşaqlıqdan kənar periton hamiləliyi

E) Yerləşməsindən asılı olmayaraq bütün hamiləliklər zamanı uşaqlıqda desidual toxuma meydana çıxır


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
908) Eklampsiyanın patomorfologiyası əsas etibarilə nədən ibarətdir?

A) Döldə bətndaxili asfiksiya ilə əlaqədar anada endogen intoksikasiya

B) Xırda damarlarda yayılmış trombozlar, üzv və toxumalarda çoxsaylı xırdaocaqlı nekroz və qansızmalar

C) Selikli qişalarda çoxsaylı eroziyalar, baş beynin yumşaq qişasında (xüsusilə də bazal nahiyədə) seroz meningit əlamətləri

D) Dölyanı mayenin qana keçməsi və ağ ciyərdə dölyanı maye emboliyasına səbəb olması

E) Dölyanı mayenin qana keçməsi ilə əlaqədar qara ciyərdə və böyrəklərdə emboliyalar, nekroz ocaqları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
909) Orqanizmdə infeksiyanın giriş qapısı hara ola bilər?

A) Selikli qişa

B) Limfa düyünləri

C) Baş beynin yumşaq qişası

D) Qara ciyər

E) Seroz qişa


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
910) Göstərilən hansı patologiya İİV-infeksiya xəstəliyinin (QİÇS) mərhələlərindən biridir?

A) Üzv və toxumalarda sklerotik dəyişikliklər dövrü

B) Funksional dəyişikliklər mərhələsi

C) QİÇS mərhələsi

D) Homoseksualizm mərhələsi

E) Virusların transkripsiyası mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
911) Mikrobların orqanizmə patogen təsir mexanizmi hansıdır?

A) Ümumi təsir

B) Nefropatik təsir

C) Letal təsir

D) İmmunparalitik təsir

E) Lizosomal təsir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
912) Aşağıda İİV-infeksiyanın hansı klinik forması (variantı) göstərilmişdir?

A) Kardio-vaskulyar forma (ürək forması)

B) Oynaq forması

C) Leykopenik variant

D) Mədə-bağırsaq sindromu variantı

E) Bəd xassəli variant (məsələn, Kapoşi sarkomasının meydana çıxması ilə)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
913) Qrip xəstəliyinin ilk dövrlərindən etibarən yuxarı tənəffüs yollarının selikli qişa epitellərində 2 növ spesifik sitoplazmatik yığıntılar əmələ gəlir. Onlar hansılardır?

A) Premortal və postmortal substansiyalar

B) Oksifil və bazofil substansiyalar

C) Səthi və dərin substansiyalar

D) Nekrotik və distrofik substansiyalar

E) Parenximatoz və mezenximal yığıntılar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
914) Uşaqda qızılca xəstəliyi başlanır. Yanağın selikli qişasında alt kiçik azı dişləri bərabərliyində ağımtıl rəngdə ləkələr əmələ gəlmişdir. Bu ləkənin adı nədir?

A) Filatov-Koplik ləkəsi

B) Perqament ləkə

C) Enantematoz ləkə

D) Vortin-Finkeldey ləkəsi

E) Lukin-Libman ləkəsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
915) İİV-infeksiya (QİÇS) zamanı ilkin xarakter patogenetik əlamət kimi immun sistemin əsasən hansı komponenti zədələnir və sıradan çıxır?

A) Bütün limfa düyünləri (generalizə olunmuş limfadenopatiya)

B) Tənəffüs yollarının və düz bağırsağın divarındakı limfoid follikullar

C) T-helper limfositlər (T4)

D) T-supressor limfositlər (T8)

E) Plazmositlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
916) Qripin orta forması zamanı proses harada lokalizə olunur?

A) Yalnız yuxarı tənəffüs yollarında

B) Ağ ciyərlərdə, bütün üzv və toxumalarda

C) Alveollarda

D) Yalnız ağ ciyər daxili tənəffüs yollarında

E) Bütün tənəffüs yollarında


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
917) Opportunist infeksiya nəyə deyilir?

A) İmmun sistemin çatışmazlığı olan xəstələrdə ikincili olaraq β–hemolitik Streptococcus opportunicus qrupuna məxsus mikroorqanizmlərin də yoluxması və infeksion prosesin inkişafına səbəb olmaları

B) Bir neçə, ayrı-ayrı infeksion agentlər, yəni mikroblar assosiasiyası tərəfindən törədilən infeksion xəstəliyə deyilir (mikst-infeksiya)

C) Mycobakterium opportunicum qrupuna məxsus mikroorqanizmlər tərəfindən törədilən infeksion xəstəliyə deyilir

D) Orqanizmdə həmişə şərti-patogen mikroorqanizmlər kimi yaşayan və fəaliyyət göstərən infeksion agentlərin, yaranmış əlverişli şəraitdə aktivləşərək patogen agentlərə çevrilmələrinə və infeksion xəstəliyə səbəb olmalarına deyilir

E) Orqanimzdə artıq inkişaf etmiş infeksion xəstəliklər zamanı ikinci, digər bir infeksiyanın da başlanmasına deyilir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

918) Qripin ağ ciyər ağırlaşmaları ilə gedən ağır forması zamanı ağ ciyər xarici görünüşünə görə necə adlanır?

A) “Hemorragik ağ ciyər”

B) “Ağ ciyərin qrippoz boz bərkiməsi”

C) “Şanabənzər ağ ciyər”

D) “Böyük alabəzək qrippoz ağ ciyər”

E) “Qrippoz muskat ağ ciyər”


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
919) Hansı patoloji proses İİV-infeksiya xəstəliyinin (QİÇS) mərhələsidir?

A) Yoluxma mərhələsi

B) Kazeoz limfadenit mərhələsi

C) Latent dövr

D) Xroniki narkomaniya mərhələsi (narkomanlıq dövrü)

E) Generalizə olunmuş limfosarkoma mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
920) Səpkili yatalaq zamanı əsas morfoloji dəyişikliklər harada gedir?

A) Damarların divarında

B) Mərkəzi sinir sistemində

C) Dərinin epidermisində

D) Yuxarı tənəffüs yollarının selikli qişasında

E) Qara ciyərdə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
921) Poliomielit zamanı mərkəzi sinir sisteminin ən çox hansı hissəsi zədələnir?

A) Silvi su kəməri

B) Onurğa beyninin ön buynuzları

C) Baş beynin gicgah nahiyəsinin hipokamp (dəniz atı ayğırı) qırışı

D) Onurğa beyninin arxa buynuzları

E) Beyincik soxulcanı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
922) Aşağıda göstərilən hansı hal qripin ağır forması deməkdir?

A) Kəskin kataral bronxitin başlanması

B) Prosesin yuxarı tənəffüs yollarından ağ ciyər toxumasına qədər yayılması

C) Orqanizmin ümumi intoksikasiyasının baş verməsi

D) Ağ ciyərlərdə atelektaz ocaqlarının meydana çıxması

E) Xəstələrdə mədə-bağırsaq pozğunluqlarının baş verməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
923) İnfeksion xəstəliklər zamanı orqanizmdə baş verən ümumi (qeyri-spesifik) morfoloji dəyişikliklər 3 qrupa bölünür. Aşağıda onlardan hansı biri göstərilmişdir?

A) Erkən dəyişikliklər

B) Distrofik dəyişikliklər

C) Regenerator dəyişikliklər

D) Metabolik dəyişikliklər

E) Mezenximal (stromal-damar) dəyişikliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
924) Qızılca xəstəliyi zamanı limfoid toxumalarda və bəzi iltihab ocaqlarında makrofaqlar giqant çoxnüvəli hüceyrələrə çevrilirlər. Bu hüceyrələr necə adlanır?

A) Piroqov-Lanqhans hüceyrələri

B) Xockin hüceyrələri

C) Şternberq hüceyrələri

D) Vortin-Finkeldey hüceyrələri

E) Giqant yad cisim hüceyrələri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
925) İİV-infeksiya (QİÇS) zamanı ağ ciyərdə hansı proses daha çox rast gəlinir?

A) Krupoz pnevmoniya

B) Qrippoz pnevmoniya

C) Legionerlər xəstəliyi

D) Pnevmokok mənşəli pnevmoniya

E) Pnevmosist pnevmoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
926) Səpkili yatalaq zamanı xarakter olaraq hansı dəyişiklik baş verir?

A) Difteritik kolit

B) Miozit

C) Vaskulit

D) Seroz-hemorragik qastro-enterit

E) Xoralı ileit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
927) Aşağıdakı hansı patologiya İİV-infeksiyanın (QİÇS) mərhələsidir?

A) Alterasiya dövrü

B) Post-QİÇS mərhələsi

C) Generalizə olunmuş limfosarkoma

D) Generalizə olunmuş limfadenopatiya

E) Proliferasiya mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

928) Göstərilən hansı hal qripin ağır forması deməkdir?

A) Kəskin ürək çatışmazlığının inkişaf etməsi

B) Prosesə xroniki böyrək çatışmazlığının qoşulması

C) Xəstədə həqiqi inağın baş verməsi

D) Plevranın deşilməsi və pnevmotoraks

E) İkincili infeksiyanın qoşulması ilə əlaqədar ağ ciyər ağırlaşmaları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

929) İİV-infeksiya zamanı (QİÇS) zamanı hansı opportunist infeksiya daha çox rast gəlinir?

A) Ayaq barmaqlarında göbələk xəstəliyi

B) Pnevmosist pnevmoniya

C) Dəridə trixofitiya

D) Streptokok stomatiti

E) Nazik bağırsaqların mikozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
930) Poliomielit xəstəliyinin paralitik forması öz inkişafında 4 mərhələ keçirir. Aşağıda mərhələlərdən hansı göstərilmişdir?

A) Koaqulyasion mərhələ

B) Proliferativ mərhələ

C) Qastro-enterit mərhələsi

D) Requrgitasiya mərhələsi

E) Bərpa mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
931) Dəridə meydana çıxan səpkilər necə adlanır?

A) Qançır

B) Ekzantema

C) Qızartı

D) Enantema

E) Eritema


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
932) Selikli qişalarda meydana çıxan səpkilər necə adlanır?

A) Enantema

B) Eroziya

C) Leykoplagiya

D) Xora

E) Ekzantema


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
933) İİV-infeksiyanın finalı hansı patologiya ilə nəticələnir?

A) Terapevtik immun çatışmazlıq sindromu (yatrogeniya)

B) Birincili immun çatışmazlıq sindromu

C) İrsi immun çatışmazlıq sindromu

D) Qazanılmış immun çatışmazlıq sindromu

E) Anadangəlmə immun çatışmazlıq sindromu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
934) İİV-infeksiya (QİÇS) zamanı hansı şiş daha çox rast gəlinir?

A) Kapoşi sarkoması

B) Diferensiasiya etməmiş hemangiosarkoma

C) Cinsiyyət üzvlərinin bədxassəli şişi

D) Ağ ciyərin xərçəngi

E) Düz bağırsağın xərçəngi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
935) Babeş-Neqri cisimcikləri hansı xəstəlik zamanı rast gəlinir?

A) Alkoqol hepatiti

B) Qızılca

C) Virus hepatiti

D) Quduzluq

E) Toksoplazmoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
936) Aşağıda İİV-infeksiyanın hansı klinik forması (variantı) göstərilmişdir?

A) Poliartritik forma

B) Böyrək variantı

C) Kardio-vaskulyar forma (ürək forması)

D) Ağ ciyər sindromu variantı (ağ ciyər forması)

E) Aleykemik forma (anemik forma)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
937) Səpkili yatalaq zamanı əmələ gələn qranuloma hansıdır?

A) Popov qranuloması

B) Aşoff-Talalayev qranulomaları

C) Qarın yatalağı qranulomaları

D) Byuxnerin gecikmiş düyünləri

E) Kazeoz qranuloma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
938) Sitoplazmaları səpkili yatalaq rikketsiyaları ilə dolu olan endotel hüceyrələr necə adlanır?

A) Vortin-Finkeldey hüceyrələri

B) Muzer hüceyrələri

C) Virxov hüceyrələri

D) Giqant yad cisim hüceyrələri

E) Xockin hüceyrələri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
939) İnfeksion xəstəliklər zamanı orqanizmdə baş verən ümumi morfoloji dəyişikliklər 3 qrupa bölünür. Aşağıda onlardan hansı biri göstərilmişdir?

A) Gecikmiş dəyişikliklər

B) Sklerotik dəyişikliklər

C) Kazeoz dəyişikliklər

D) Hiperplastik dəyişikliklər

E) Eroziv dəyişikliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
940) Aşağıdakı hansı vaskulit səpkili yatalaq zamanı rast gəlinir?

A) Nekrotik vaskulit və ya destruktiv vaskulit

B) İnterstitsial vaskulit

C) Fibroplastik vaskulit

D) Fibrinoz vaskulit

E) Kataral vaskulit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
941) Aşağıdakı hansı morfoloji dəyişiklik sitomeqaliya xəstəliyi zamanı aşkar olunur?

A) Xırda kalibrli damarlarda endotel hüceyrələr şişir, nekrozlaşır və deskvamasiyaya uğrayırlar

B) Çəhrayı rəngdə olan dəri səpkiləri (rozeolalar) əmələ gəlir, qısa müddətdə onların əksəriyyəti papulaya (düyüncük) və vezikulaya (qovuqcuq) çevrilirlər

C) Zədələnmiş hüceyrələr həddən artıq böyüyür, nüvələrində ətrafdan parlaq haşiyə ilə əhatə olunan iri substansiyalar əmələ gəlir

D) Dərinin epidermisində tikanlı qatın epitellərində hidropik distrofiya nəticəsində çoxlu miqdarda xırda vezikulyoz səpkilər inkişaf edir

E) Ocaqlı pnevmoniya və müvafiq seqmentlər üzrə plevritlər inkişaf edir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
942) Mikrobların orqanizmə patogen təsir mexanizmi hansıdır?

A) Ultrastruktur təsir

B) Vazoparalitik təsir

C) Parenteral təsir

D) Epinefropatik təsir

E) Perinevral təsir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
943) Aşağıdakı hansı infeksion xəstəlik zamanı dəridə morfoloji dəyişikliklər baş vermir?

A) Səpkili yatalaq

B) Poliomielit

C) Su çiçəyi

D) Taun

E) Sadə herpes


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
944) Aşağıda qripin ağır formasının bir inkişaf variantı göstərilmişdir. O hansıdır?

A) Orqanizmin ağır ümumi intoksikasiyası

B) Nekrotik nazofaringit

C) Kəskin böyrək çatışmazlığının başlanması

D) Prosesin alveollara qədər yayılması və qrippoz pnevmoniya

E) Kəskin qrip sepsisi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
945) Mikroskopik müayinə zamanı giqant hüceyrələr və onların nüvələrinin daxilində iri ölçülü, bazofil “Koundri cisimcikləri” aşkar olunur. Bu, hansı infeksion xəstəlik üçün xarakter morfoloji əlamətdir?

A) Epidemik parotit

B) Poliomielit

C) Mukovissidoz

D) İnfeksion mononükleoz

E) Herpes infeksiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
946) Damar iltihabının aşağıdakı hansı forması epidemik səpkili yatalaq zamanı təsadüf edilmir?

A) Proliferativ vaskulit

B) Fibroplastik vaskulit

C) Destruktiv-proliferativ endotrombovaskulit və ya qarışıq vaskulit

D) Ziyilli endovaskulit və ya endotrombovaskulit

E) Nekrotik vaskulit və ya destruktiv vaskulit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
947) Uşaqda yanağın selikli qişasında alt kiçik azı dişləri bərabərliyində ağımtıl rəngdə ləkələr əmələ gəlmişdir. Uşaqda hansı xəstəliyin başlanmasından şübhələnmək olar?

A) Qızılca

B) B12-defisitli anemiya (Hünter qlossiti)

C) Vensan stomatiti

D) Skarlatina

E) Difteriya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
948) İİV-infeksiya hansı qrup immun çatışmazlıq sindromlarına aid edilir?

A) İdiopatik immun çatışmazlıq sindromları

B) Hüceyrə immuniteti çatışmazlıqları

C) İkincili immun çatışmazlıq sindromları

D) Zöhrəvi immun çatışmazlıq sindromları

E) Birincili immun çatışmazlıq sindromları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin