362) Qanqliositoma neyroektodermal şişlərin hansı qrupuna aiddir?
A) Embrional və az diferensiasiya etmiş şişlər
B) Neyronal şişlər
C) Oliqodendroqlial şişlər
D) Ependimal şişlər və xorioid epiteli şişləri
E) Astrositar şişlər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
363) Aşağıda göstərilən hansı şiş periferik sinir sisteminin şişlərinə aiddir?
A) Qanqliositoma
B) Xoşxassəli qeyri-xromaffin paraqanqlioma
C) Qlioblastoma
D) Meningeal sarkoma
E) Nevrilemmoma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
364) Aşağıda melanin əmələ gətirən toxumanın şişlərinin hansı qrupu göstərilmişdir?
A) Melanin əmələ gətirən toxumanın şişəbənzər törəmələri və ya nevuslar
B) Melanin əmələ gətirən toxumanın yerli şişləri və ya limfomalar
C) Melanin əmələ gətirən toxumanın xoşxassəli şişləri (xoşxassəli melanopatiyalar)
D) Bədxassəli melanopatiyalar
E) Melanin əmələ gətirən toxumanın yayılmış (sistem) şişləri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |