491) Miokardın təkrari infarktı nədir?
A) İlk dəfə keçirilən infarktdan 8 həftə (2 ay) keçdikdən sonra baş verən ikinci infarkt
B) İlk dəfə keçirilən miokard infarktından 4 həftə sonra baş verən ikinci infarkt
C) Baş beynin işemik insultundan sonra miokardda da infarktın olması
D) Ağ ciyər infarktından sonra miokardda da baş verən infarkt
E) İlk dəfə keçirilən infarktdan 4 həftə keçməmiş baş verən ikinci infarkt
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
492) Miokardın transmural infarktı nədir?
A) İnfarkt eyni zamanda ocaqlar şəklində miokardın ayrı-ayrı müxtəlif nahiyələrində baş verir
B) İnfarkt ocağı miokardın uzunluğu boyunca böyük sahəyə malik olur
C) İnfarkt ocağı endokarda bitişik yerləşir
D) İnfarkt ocağı miokardın ortasında yerləşir
E) İnfarkt ocağı endokarddan epikarda qədər miokardın bütün qalınlığını tutur
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
493) Miokardın infarktından sonra ürəyin itirilmiş funksiyası (regenerasiyası) hansı proses hesabına həyata keçirilir?
A) Salamat qalmış kardiomiositlərin mitoz bölünməsi hesabına
B) İnfarkt ocağından kənarda salamat qalmış kardiomiositlərin hiperplaziyası hesabına
C) Nekrozlaşmış kardiomiositlərin yerində yeni kardiomiositlərin meydana çıxması hesabına
D) Nekrozlaşmış kardiomiositlərin yerində birləşdirici toxumanın meydana çıxması hesabına
E) İnfarkt ocağından kənarda salamat qalmış kardiomiositlərin hipertrofiyası hesabına
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |