661) Hansı patoloji proses xroniki enteritlərin bir növüdür?
A) Fibrinoz enterit
B) Destruktiv enterit
C) Sadə enterit
D) Səthi enterit
E) Atrofik xroniki enterit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
662) 35 yaşlı kişi diareya, tərkibində piy maddələri olan nəcis ifrazı, arıqlama, limfadenopatiya və s. şikayətlərlə klinikaya daxil olur. Nazik bağırsaqdan götürülmüş bioptatda şişkinləşmiş selikli qişada çoxlu miqdarda PAS-müsbət makrofaqlar, piy maddələrinin toplanması, limfostaz və lipoqranulomalar aşkar olunur. Bu, hansı xəstəlikdir?
A) Uippl xəstəliyi
B) Qida toksikoinfeksiyası
C) Kron xəstəliyi
D) İİV-infeksiya
E) Vəba
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
663) Aşağıda göstərilən hansı patoloji proses kəskin kolitlərin növlərinə aid deyildir?
A) Difteritik kolit
B) Nekrotik kolit
C) İrinli kolit
D) Xoralı kolit
E) Hipertrofik kolit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |