787) Aşağıdakı hansı vaskulit səpkili yatalaq zamanı rast gəlinir?
A) İnterstitsial vaskulit
B) Fibrinoz vaskulit
C) Kataral vaskulit
D) Nekrotik vaskulit və ya destruktiv vaskulit
E) Fibroplastik vaskulit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
788) Aşağıdakı hansı morfoloji dəyişiklik sitomeqaliya xəstəliyi zamanı aşkar olunur?
A) Zədələnmiş hüceyrələr həddən artıq böyüyür, nüvələrində ətrafdan parlaq haşiyə ilə əhatə olunan iri substansiyalar əmələ gəlir
B) Xırda kalibrli damarlarda endotel hüceyrələr şişir, nekrozlaşır və deskvamasiyaya uğrayırlar
C) Dərinin epidermisində tikanlı qatın epitellərində hidropik distrofiya nəticəsində çoxlu miqdarda xırda vezikulyoz səpkilər inkişaf edir
D) Çəhrayı rəngdə olan dəri səpkiləri (rozeolalar) əmələ gəlir, qısa müddətdə onların əksəriyyəti papulaya (düyüncük) və vezikulaya (qovuqcuq) çevrilirlər
E) Ocaqlı pnevmoniya və müvafiq seqmentlər üzrə plevritlər inkişaf edir
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |