960) Sepsis hansı qrup xəstəliklərə aiddir?
A) İnfeksion-allergik xəstəliklər
B) İnfeksion xəstəliklər
C) Ağır xəstəliklər qrupu
D) Yoluxucu xəstəliklər
E) Zöhrəvi xəstəliklər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
961) Septiki endokardit zamanı endokarditlərin hansı forması meydana çıxır?
A) Ziyilli endokardit
B) Diffuz endokardit və ya valvulit
C) Fibroplastik endokardit
D) Qayıdan ziyilli endokardit
E) Polipoz-xoralı endokardit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
962) Sepsis zamanı limfa düyünləri böyümüşlər (limfadenopatiya). Bu dəyişiklik sepsisin hansı “ümumi morfoloji dəyişikliklər” qrupuna aiddir?
A) İltihabi dəyişikliklər
B) Orqanizmin ümumi intoksikasiyası
C) Septiki dəyişikliklər
D) Distrofik və nekrotik dəyişikliklər
E) Hiperplastik dəyişikliklər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |