159) Demarkasiya zonası harada əmələ gəlir?
A) Şiş toxuması ilə onun kapsulası arasında
B) Nekrozun ayrı-ayrı klinik-morfoloji formaları arasında
C) Nekroz və ya digər patoloji (alterativ) ocaqlarla ətraf sağlam toxuma arasında
D) Ayrı-ayrı anatomik üzv və toxumaların arasındakı sərhəddə
E) Nekroz ocağının yerində
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
160) Larşe ləkəsi nədir?
A) Kəskin qanitirmələr (və ya kəskin anemiyalar) zamanı endokardda meydana çıxan qırmızı rəngli xırda qansızma ocaqları
B) Qırmızı qurd eşənəyi zamanı sifətdə əmələ gələn simmetrik qırmızı ləkə
C) Meyit üzü üstə qaldıqda göz almasının ön tərəfində əmələ gələn meyit ləkəsinə deyilir
D) Dəridə perqament ləkələrinin sinonimidir
E) Meyit quruması ilə əlaqədar gözün ağlı qişasında meydana çıxır
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |