184) Quruluşundan asılı olaraq aşağıda trombun hansı növü göstərilmişdir?
A) Hialin tromb
B) Sklerozlaşan tromb
C) Postmortal qan laxtaları
D) Autolizə uğramayan tromb
E) Ağ ciyər arteriyasının trombemboliyası
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
185) Hansı patologiya qanaxma deyil?
A) Anevrizma
B) Apopleksiya
C) Qançır
D) Hematomezis
E) Ekstravazat
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
186) Aşağıda göstərilən hansı patologiya trombun nəticələrinə aiddir?
A) Aseptik autoliz
B) Trombun qanqrenası
C) Trombun metaplaziyası
D) Trombun maliqnizasiyası
E) Aseptik çürümə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
187) Aşağıda emboliyaların hansı növü göstərilmişdir?
A) Ultrastruktur emboliya
B) Karbohidrat emboliyası
C) Toxuma emboliyası
D) Aseptik emboliya
E) Vakat emboliya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
188) Eyni mənbədən çoxlu tromblar qoparaq biri-birinin ardınca trombemboliyalar və infarktlar törədərsə buna nə deyilir?
A) Tromboemboliya xəstəliyi
B) Tromboembolik koaqulopatiya
C) Tromboembolik sindrom
D) Politromboz
E) Politromboemboliya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
189) Qanaxma dedikdə damarlardan və ya ürəkdən nəyin kənara çıxması nəzərdə tutulur?
A) Leykositlərin
B) Qan plazmasının
C) Göstərilənlərin ayrı-ayrılıqda heç birinin
D) Eritrositlərin
E) Monositlərin
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |