Paxlalı şüyüd plov (Azərbaycan mətbəxi)



Yüklə 8.14 Kb.
PDF просмотр
tarix26.07.2017
ölçüsü8.14 Kb.

Paxlalı şüyüd plov (Azərbaycan mətbəxi)

  

Paxlalı şüyüd plov (Azərbaycan mətbəxi) 

  

 

  



Tələb olunan ərzaqlar:

  

uzun düyü - 500 qr.



qoyun əti - 5-6 ədəd

əridilmiş kərə yağı - 100 qr.

duz - 4 x.q.

zəfəran - 1 çimdik

zəfəran - 1 çimdik

şüyüd - 2 dəstə

paxla - 200 qr.

  

Hazırlanma qaydası:    

  

Ətin üstünə 4 litr soyuq su töküb mütəmadi olaraq kəfini yığa-yığa 1 saat bişirin. 2 x.q. duz əlavə



edib daha 2 saat bişirin. (ət sümükdən ayrılmalıdır). Bişmə zamanı qazandakı bulyon iki dəfə

azalacaq. Sonra əti bulyondan çıxarın, sümükdən ayırıb orda dilimlərə bölün. Bulyonu süzüb

üzərinə 2 l. qaynanmış su, 2 x.q. duz əlavə edin, qaynara düşənə kimi qızdırın. Qaynayan və

duzlu bulyona (duzu normadan artıq olmalıdır) qarışdıra-qarışdıra düyü tökün, düyü bir-birinə

yapışmamalıdır. Güclü alovda yarım bişənə kimi bişirin.

  

Bir neçə dəqiqə öncədən zəfəranı hazırlayın: bunun üçün zəfəranın üzərinə 3 x.q. qaynar su



 1 / 2

Paxlalı şüyüd plov (Azərbaycan mətbəxi)

töküb 3-4 dəqiqə dəmləyin.

  

Paxlanı başqa bir qabda yarı bişənə kimi qaynadın.



  

Düyünü aşsüzəndə süzün.

  

Qazanın dibinə azca düyü tökün (təxminən 10-15 x.q.), üstündən əti düzün. Sonra lay-lay paxla,



xırda-xırda doğranmış şüyüd və düyünü tökün (şüyüd, paxla və düyünü aşsüzəndə də

qarışdırmaq olar). Sonda dəmlənmiş zəfəran çiləyib qazanın qapağını kip bağlayın. Qazanın

qapağını çay dəsmalına bükün (bu halda dəsmal artıq nəmi özünə çəkir).  Fikir verin ki, buxar

qazandan çıxmasın. Qazanı silkələmək qətiyyən olmaz  (!)  Plovu vam alovda təxminən 45

dəqiqəlik dəmə qoyun. Bu zaman ərzində qapağı açmayın.

  

Başqa bir qabda kərə yağını əridin (50 qr. və ya zövqdən asılı olaraq daha çox).



  

Plovu süfrəyə verməmişdən əvvəl üzərinə yağ gəzdirin. Şüyüd plovu adətən narla süfrəyə

verirlər.

  

Məsləhət: Plovu qalın yorğana büküb daha 30-60 dəqiqə saxlasanız daha dadlı olar.



  

Nuş olsun!



 2 / 2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə