7. Pedaqogikanın sahələri
(və ya pedaqogikada diferensasiya prosesləri)
Vaxtilə fəlsəfənin və sosiologiyanın tərkibində olan, bir müddətdən sonra
ondan ayrılan və getdikcə müstəqil elmə çevrilən pedaqogika inkişaf edərək bir
çox şaxələrə ayrılmaqdadır. Pedaqogikanın öyrəndiyi predmet o qədər
mürəkkəbdir ki, ayrıca, hətta ən geniş elm onun mahiyyətini, əlaqələrini və ifadə
vasitələrini əhatə edə bilməz. Pedaqogika uzun inkişaf yolu keçərək çoxlu nəzəri
və təcrübi informasiya toplamış və hazırda şaxələnmiş elmi biliklər sisteminə
çevrilmişdir, başqa sözlə, müasir pedaqogika təhsil, təlim, tərbiyə haqqında elmlər
sisteminə çevrilmişdir. Pedaqoji elmin sahələri arasında ardıcıl, sıx əlaqə vardır.
Onların hamısı insanı öyrənir, onun təhsil-tərbiyə problemlərini tədqiq edir, prak-
tika üçün tövsiyələr işləyib hazırlayır. “Pedaqogika elminin arxitekturasının
özünəməxsusluğu, təkrarolunmazlığı məhz təbiətin ən ali varlığı olan insanın
özünün dünyaya gəlməsi ilə və ya sosiallaşması prosesində düçar olduğu qeyri-
normal hadisələrlə şərtlənir” .
Pedaqoji elm sahələrinin müxtəlifliyi insanların əqli, görmə, eşitmə, nitq və s.
imkanlarının müxtəlifliyi ilə də bağlıdır.
Pedaqoji elmlər sisteminə aşağıdakılar daxildir:
|