Müqayisəli pedaqogika təhsil və tərbiyə sistemlərinin fəaliyyətinin və inkişafının
qanunauyğunluqlarını müxtəlif ölkələrlə müqayisəli şəkildə öyrənir. Ailə
pedaqogikası ailədə uşaqların tərbiyəsinin düzgün təşkili, ailədə düzgün
münasibətlərin yaradılması, ailə ilə məktəb və digər tərbiyə müəssisələri arasında
səmərəli əlaqə yaradılması, cəmiyyətlə ailənin tərbiyəvi təsirlərinin əlaqələn-
dirməsi, bunların insanların həyata hazırlanması işinə təsiri və digər ailə, övlad
problemlərini araşdırır. Hərbi pedaqogika hərbi məktəblərdə, ali hərbi
məktəblərdə, hərbi akademiyalarda, adi ali təhsil müəssisələrinin hərbi
kafedralarında, hərbi hissələrdə, orta məktəblərdə, orta ixtisas məktəblərində
gənclərin hərbi hazırlığı, hərbi təlimi, tərbiyə və təhsilini tədqiq edir. Xalq
pedaqogikası xalqın əsrlər boyu topladığı təcrübə əsasında yaranmış müdrik fikir-
lərdir ki, bu fikirlər insanların təlim və tərbiyəsi, davranışı, insanlara, ətraf aləmə
düzgün münasibəti üçün xalq tərəfindən qəbul edilmiş əxlaqi, etik, estetik
normalardır. Xalqın müdrik fikirləri folklor nümunələrində, xalqın adət və
ənənələrində öz əksini tapmışdır. Korreksiyaedici pedaqogika sosial-psixoloji
cəhətdən qüsurlu uşaqların diaqnostikası, profilaktikası və bərpası üzrə aparılan
pedaqoji, psixoloji, metodoki işlərin məcmusunu özündə birləşdirir və buna uyğun
həmin uşaqların təlıim və tərbiyəsini təşkil edir. İstehsalat pedaqogikası müxtəlif
istehsalat müəssisələrində, idarə və təşkilatlarda aparılan tərbiyə işləri, texniki
inkişafla bağlı yeni əmək və təlim bilik, bacarıq və vərdişlərinin formalaşdırılması
və digər pedaqoji problemləri araşdırır. Gender pedaqogikası son dövrlərdə peda-
qogikamıza daxil olmuşdur. Gender ingilis dilində “Genius” sözündən olub “cins”
deməkdir. Gender kişi ilə qadın arasındakı fərqlərin bioloji deyil, sosial tərəflərini,
fərqlərini öyrənir. Bu fərqlər kişi və qadının cəmiyyətdə fəaliyyətində,
davranışında, mental və emosional xüsusiyyətlərində özünü büruzə verir. Gender
pedaqogikası kişi və qadın arasında sosial bərabərliyin pedaqoji, psixoloji, əxlaqi,
mənəvi problemlərini işləyib tədqiq edir. Gender pedaqogikası təlim və tərbiyə
prosesində oğlan və qızların gender sosiallaşması xüsusiyyətlərini öyrənir.
Pedaqoji prosesdə gender münasibətlərinin nəzərə alınması təlim və tərbiyənin
keyfiyyətinin yüksəldilməsində və səmərəli təşkilində mühüm amildir. Yaş peda-
qogikası isə müxtəlif yaş dövrlərində təlim və tərbiyə məslələrini öyrənir və ona
müvafiq olaraq pedaqoji prosesi qurur.
Dostları ilə paylaş: |