Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə28/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   24   25   26   27   28   29   30   31   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

27.Ənənəvi təlim metodları
Metod yunan sözü olub mənası “yol” deməkdir. Təlim metodları təlimin səmərəliliyini yüksəltmək üçün müəllimin istifadə etdiyi yollardır. Təlim metodlarının təsnifatı ilə bağlı pedaqoqlar arasında fikir müxtəlifliyi vardır. Müasir dövrdə kurikulum modeli ilə tədris olunan dərslərdə interaktiv təlim metodlarından daha çox istifadə olunsa da, ənənəvi təlim metodları da unudulmur.Onların da təlimdə öz rolu vardır. Ənənəvi təlim metodları aşağıdakılardır: müəllimin şərhi, müsahibə, tədris materialının əsasən qavranılmasına xidmət edən metodlara aiddir.
Müəllimin şərhi tədris materialını canlı söz vasitəsilə şagirdlərə çatdırmaqdır. Şərhin 3 növü var: müəllimin nəqli, müəllimin izahı və məktəb mühazirəsi.
Müəllimin nəqli müəyyən fakt və hadisəni canlı, emosional şəkildə danışmaqdır. Daha çox humanitar fənlərin tədrisində istifadə olunur.
Müəllimin izahl qaydanı, qanunauyğunluğu, teoremi, misal və məsələnin dəlil və sübütların köməyilə şagirdlərə başa salmaqdır. Daha çox dəqiq fənlərin, təbiət fənlərinin tədrisində tətbiq olunur.
Məktəb mühazirəsi digər şərh metodlarından strukturuna verilən informasiyanın bolluğuna, biliklərin verilməsinin sistemliyinə və ardıcıllığına görə fərqlənir .30-35 dəqiqə ərzində aparılır.Məktəb mühazirəsilə müəllim yalnız şagirdlərə elmi məlumatları çatdırmaqla kifayətlənmir, habelə onlarda dinləmə mədəniyyətini tərbiyə edir, qeydlər aparmaq, plan tutmaq bacarıqlarını formalaşdırır.
Müsahibə metodu – Müəllimin fakt və hadisələri sual-cavab yolu ilə çatdırılmasına müsahibə metodu deyilir. Müsahibə zamanı müəllim şagirdlərin təfəkkürünü fəallaşdırır, müqayisələr yolu ilə əvvəl öyrəndikləri biliklərə yeni bilikləri tutuşdurur, onların oxşar və fərqli cəhətlərinin şagirdlər tərəfindən tapılmasına şərait yaradır.
Müsahibənin 2 növü vardır: Evristik müsahibə ( şagirdlər qarçısında düşündürücü suallar qoymaqla cavabı müstəqil tapmağa sövq edən müsahibə) və təkrarlama müsahibəsi.
Kitab üzərində iş. Kitab üzərində iş bir neçə mərhələdən keçir. Şagird mətni bir neçə dəfə oxuyub onu yadda saxlamağa səy edir. Rast gəldiyi yeni sözlərin mənasını öyrənir.Mətni öz-özünə danışır. Daha sonra öyrəndiyi nəzəri bilikləri praktikaya tətbiq etməyə çalışır və s.
Kitab üzərində işləyərkən məktəbliyə plan tutmağı, icmal, tezis tərtib etməyi, məruzə və referat yazmağı öyrətmək vacibdir.
Bundan əlavə təlim prosesində laboratoriya işi, illüstrasiya və demonstrasiya, çalışmalar , praktik işlər kimi metodlardan da istifadə olunur.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin