39.Pedaqoji ünsiyyətin əhəmiyyətini əsaslandırın
Sinifdə düzgün qarşılıqlı əlaqələr və nəzarət səmərəli təlim üçün böyük
əhəmiyyət kəsb edir. Şagirdlərin öz aralarında və başqaları ilə qurduğu
münasibətlər təlimə dəstək mühiti formalaşdırır. Şagirdlərə nəzarət təlim
prosesində əlverişli şəraitin yaradılmasına xidmət edir, onların fəal iştirakına,
dərslərin səmərəli təşkilinə zəmin yaradır. Dərsin əvvəlcədən planlaşdırılmasına
baxmayaraq, təlimdə təsadüf olunan bütün hadisələri qabaqcadan
müəyyənləşdirmək mümkünsüzdür, çünki şagirdlərin hansı vəziyyətdə nə
reaksiya verəcəyini təxmin etmək qeyri-realdır. Peşəkar müəllimlərə xas ümumi
xüsusiyyətlərdən biri də şagirdlərin bilik və bacarıqlarını artırmaq üçün
mükəmməl ünsiyyət qurmaq bacarığına malik olmalarıdır. Yaxşı müəllim
şagirdlərlə yaxşı ünsiyyət qurmağı bacarmalıdır. Hər birimiz doğru ünsiyyət
qurduğumuzu düşünürük. Lakin prosesin mürəkkəbliyini nəzərə almırıq. Məhz
belə xüsusiyyətlərinə görə pedaqoji ünsiyyət müəllim fəaliyyətinin vacib
komponentidir. Burada şagirdlərin diqqətini müəllimə cəmləşdirən səs tonu, nitq
və s. məqamlara toxunulmuş, izah, sual, müzakirə və fəal dinləmə kimi ünsiyyət
növləri haqqında məlumat verilmiş, qeyri-verbal ünsiyyətin aspektləri-maraq,
inam, qayğı, görünüş, jestlər, duruş, üz ifadələri, davranışlar da nəzərdən
keçirilmişdir.
Ünsiyyət yazılı, verbal və qeyri-verbal məlumat və ideyaların iki tərəfli mürəkkəb
qarşılıqlı mübadilə prosesidir. Aydın və səmərəli ünsiyyət yalnız məlumatın
ötürülməsindən ibarət deyil, o həmçinin dinləmə, müşahidə və həssaslığın da
olduğu məlumat qəbuludur. Şagirdlər arasındakı münasibətin keyfiyyəti təlimə
kömək və ya maneə ola bilər. Məsələn, şagirdlər bir-biriləri ilə ünsiyyət
prosesində müzakirələr, təhlillər apararaq öyrənir. Eləcə də ünsiyyət şagirdlərin
diqqətini yayındırır. Təlimin səmərəli təşkili dərsdə müəllim-şagird ünsiyyətinin
keyfiyyətini yüksəldir.
Dostları ilə paylaş: