5)Tərbiyənin həyat və əməklə əlaqəsi. Həyat və
təcrübədən təcrid olunmuş
tərbiyə prosesi lazımi faydanı verə bilməz. İnsan şəxsiyyətinin formalaşması
bilavasitə onun fəaliyyətindən, ictimai və əmək münasibətlərində iştirakından
asılıdır. Əmək insanlarda müsbət keyfiyyətlərin formalaşmasını və inkişafını
təmin edir. Pedaqoq şagirdləri əmək və ictimai fəaliyyətin növləri ilə tanış etməli,
onları faydalı əməyə, real həyatı münasibətlərə alışdırmalıdır.
6)Pedaqoqla şagirdin əməkdaşlıq prinsipi. Tərbiyə prosesində müəllim-şagird
əlaqələrinin
subyekt-subyekt münasibətləri, dialoq üzərində qurulması,
şəxsiyyətlərarası əlaqələrdə empatiyanın özünü göstərməsi, tərbiyəolunanların
şəxsiyyətinə hörmət, şəxsiyyətin özünüreallaşdırması, özünütərbiyəsi üçün
əlverişli şəraitin yaradılması əməkdaşlıq prinsipinin əsasını təşkil edir. Müəllim və
şagirdlərin təlim məqsədlərini birlikdə müəyyənləşdirməsi, fəaliyyət planı
qurması öyrənənlərdə özünəinam və müvəffəqiyyət hissini artırır.
7)Diferensiallaşma prinsipi. Tərbiyə prosesində diferensiallaşmanın
mahiyyəti
şagirdlərin fərdi, yaş, gender və s. xüsusiyyətlərinin nəzərə alınmasından
ibarətdir. Tərbiyə prosesində şagirdlərin xüsusiyyətlərinə əsaslanmaq mütləqdir.
Məsələn, bəzi şagirdlər sakit, təmkinli, həssasdır, böyüklərə qarşı
hörmətlə
davranırlar. Digərləri isə, əksinə, çılğın, əsəbi, hövsələsiz və kobuddurlar,
həmçinin həmyaşıdları ilə dostluq münasibətləri qura bilmirlər.
Sadalanan
məqamlar tərbiyə prosesində öz əksini tapmalıdır. Məsələn, aşağı siniflərdə
şagirdlərin şəxsi inkişafı daha çox müəllimin təsiri altında baş verir, yeniyetməlik
dövründə isə inkişaf daha intensiv xarakter daşıyır və bu zaman tərbiyənin
səmərəsi məktəblilərin özünütərbiyə prosesinə cəlb edilməsindən asılı olur.
Təmkinli şagirdlər birgə fəaliyyətə daha tez uyğunlaşır və sürətlə inkişaf edirlər.
Kəmhövsələ və əsəbi şagirdlər isə özlərinə qarşı
istər müəllim, istərsə də
həmyaşıdları tərəfindən diqqət və həssaslıq tələb edirlər. Tərbiyədə gender
məsələlərini də müəllim nəzərə almalıdır. Çünki qızlarla oğlanların davranışı,
onlara aşılanan mənəvi-əxlaqi dəyərlər sistemi fərqlidir.
Dostları ilə paylaş: