67.Müəssisənin idarə olunması haqqında fikirlərinizi bildirin.
Menecerin əsas rolu hədəflərin müəyyənləşdirilməsi, müəssisədaxili mühitin
təşkili, innovativ
prinsiplərin seçilməsi, reallaşdırılması, komandanı hədəflərə
doğru aparmaqdan ibarətdir. Düzgün hədəf seçimi bacarığı müəssisənin
inkişafında əsas amillərdəndir. Ünsiyyət və idarəetmə bacarıqları təhsil
müəssisələrinin rəhbərləri üçün çox əhəmiyyətlidir. Anadangəlmə liderlik
bacarıqlarına malik olmayanlar bu bacarıqlara tədricən yiyələnə, lazımi
keyfiyyətləri özlərində formalaşdıra bilərlər.
Səmərəli lider fəaliyyətini
“komandaya rəhbərlik etmək”dən “komandanı idarə etməyə” dəyişməlidir.
Səmərəli liderin fəaliyyəti aşağıda sadalanan məqamlar üzərində təşkil
olunmalıdır:
• Hədəflərin müəyyənləşdirilməsi;
• Komanda mədəniyyətinin formalaşdırılması;
•
Məqsəd və vəzifələrin qoyuluşu;
• Müəssisə və komandaya rəhbərlik etmək;
• Komandanı daim inkişaf etdirmək;
• Mütəmadi monitorinq aparmaq, nailiyyətlər haqqında məlumat vermək,
fəaliyyətin hesabatını hazırlamaq, valideyn və yerli icma ilə səmərəli
əlaqələr qurmaq.
Dostları ilə paylaş: