68.Təhsil müəssisələrində mühitin idarə olunması prosesinin təsvirini verin.
Uşaq hüquqlarının təmin edilməsi beynəlxalq aləmdə önəm daşıyan
məsələlərdəndir. O, müvafiq sənədlərlə təsbit olunmuşdur. Onlardan ən vacibi
BMT-nin 1989-cu ildə qəbul etdiyi “Uşaq hüquqları” Konvensiyasıdır.
Konvensiyaya Azərbaycan Respublikası da qoşulmuşdur. Konvensiyaya əsasən
“Uşaq hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul
edilmişdir. Hər iki sənəddə uşaq hüquqları ətraflı şəkildə təsvir olunmuş, təhsili,
inkişafı, təhlükəsizliyi və sağlamlığı müxtəlif maddələrdə öz əksini tapmışdır. Bu
səbəbdən təhsil müəssisəsinin rəhbəri valideyn və dövlət qarşısında məsuliyyət
daşıyır. Məsələn, valideynlər uşaqlara zərər vurmamalı, onları zorakılıqdan
qorumalı, təhsil və tərbiyəsinə dair vəzifələrini yerinə yetirməlidirlər. Valideynlər
övladlarına zəruri diqqət və qayğı göstərmədikdə, müvafiq dövlət qurumları
uşağın məsuliyyətini öz üzərinə götürürlər. Qanunda uşaqların təhsil almaq
hüquqları da xüsusi maddə ilə təmsil olunur. Dövlətin təhsil sistemi uşağın
şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə
şərait yaratmalıdır. Beləliklə, uşaq hüquqları müvafiq qanunla təsbit edildiyi üçün
təhsil müəssisələri təlim-tərbiyə prosesinin təşkilində həmin hüquqların
qorunmasına lazımi diqqət göstərməlidirlər. Biz təhsil müəssisəsinin mühitini
A.Maslounun tələbatlar iyerarxiyası üzərindən nəzərdən keçiririk. Həmin
iyerarxiya uşaqların, şagirdlərin təlim-tərbiyə mühitinin qurulması baxımından
da əhəmiyyət kəsb edir. Uşaqların hərtərəfli şəxsiyyət kimi formalaşması üçün
onlar qida ilə təmin olunmalı, təhlükəsiz mühitdə yaşamalı, emosional baxımdan
qorunmalıdırlar.
69.Komandanın idarə olunması prosesinin sözlü eskizini çəkin.
Lider və menecer müəssisənin fəaliyyəti ilə bağlı aydın təsəvvürə malik olmalı,
hədəflər
və
onlara
doğru
irəliləmək
üçün
düzgün
strategiya
müəyyənləşdirməlidir. Müəssisənin rəhbəri səviyyəli təhsil xidmətləri
göstərmək, təhsilin keyfiyyətini yüksəltmək məqsədilə idarəetmə və təşkilati
bacarıqlarını daim inkişaf etdirməlidir. Hədəflərin reallaşması üçün heyətlə
düzgün ünsiyyət qurmaq bacarığı da əsas şərtlərdəndir. Lakin daim artan vəzifə
öhdəliklərini, valideyn, şagird və cəmiyyətin tələblərini ödəmək elə də asan iş
olmadığı üçün müəssisə rəhbəri bazan gərginlik yaşayır, müxtəlif təzyiqlərə
məruz qalır. Komanda fəaliyyətinin düzgün təşkili, qurulması və inkişafında
fərdlərin rolu, məsuliyyəti, fikir və davranışları əsas və ilkin məqamlardandır.
Bunu komandanın birgə fəaliyyətini təmin edən tapşırıqlar, həmçinin ideya
mübadiləsi məqsədilə keçirilən görüşlər zamanı real mümkündür. Fəaliyyətdə
pedaqoji kollektivin bütün üzvlərinin iştirakı təmin edilməli, hər kəsin rolu və
məsuliyyəti dəqiq müəyyənləşdirilməli və paylaşılmalıdır. Təhsil müəssisəsinin
fəaliyyətini səmərəli şəkildə tənzimləmək üçün rəhbər komandanı motivasiya
etməli, dəstəkləməli, yeniliklərin həyata keçirilməsi üçün müvafiq şərait
yaratmalı, təlim-tərbiyə prosesinin reallaşdırılmasına diqqət yetirməlidir. Burada
xüsusi diqqət dövlətin təhsil siyasətinə, qəbul olunan hüquqi normativ sənədlərə,
onların müzakirəsinə, kollektiv üzvləri arasında paylaşılmasına və tələblərin
reallaşdırılmasına yetirilməlidir. Müasir təhsilin fəlsəfəsi təhsilalana və
təhsilverənlərə qarşı ötən illərlə müqayisədə yeni və innovativ tələblər irəli sürür.
Lider və ya menecer təhsil qanunvericiliyi, müasir təhsil, pedaqoji heyətə zəruri
təlimlər haqqında təsəvvürə malik olmalıdır. Keyfiyyətli və əlçatan təhsillə bağlı
dövlət siyasəti təhsil işçilərinin təkmilləşməsi və inkişafına dair müxtəlif imkanlar
yaratmışdır. Pedaqoji fəaliyyətə yeni başlayan, təcrübəsiz müəllimlərin təlimlərə
ehtiyacı ola bilər. Bunun üçün görüşlər keçirilməli, gənc müəllimlər müvafiq kurs
və təlimlərə yönləndirilməlidirlər. Təhsil müəssisəsinin rəhbəri üçün sadalanan
məsələləri vaxt çatışmazlığından diqqətdə saxlamaq asan məsələ deyil. Lakin
buna baxmayaraq, o yeni fəaliyyətə başlayan müəllimin bilik və bacarıqlarında
olan çatışmazlıqları, boşluqları üzə çıxarmaq məqsədilə “dəyirmi masa”lar,
müzakirələr təşkil etməli, onların fəaliyyətinin müşahidəsini aparmalı və
müsahibələr həyata keçirməlidir.
Dostları ilə paylaş: |