Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə26/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   90
lazım olsa əlavə mənbə

Sual və tapşırıqlar


  1. Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolunu şərh edin.

  2. Müəllimlik işinin hansı xüsusiyyətləri vardır?

  3. Ali məktəb müəlliminin funksiyaları hansılardır?

  4. Ali məktəb müəlliminin hüquq və vəzifələri nədən ibarətdir?

  5. Müəllimin peşə qabiliyyətlərini səciyyələndirin.

  6. Müəllim hansı şəxsi keyfiyyətlərə malik olmalıdır?

  7. Pedaqoji ustalıq nədir? Onun tərkib ünsürlərini səciyyələndirin.

  8. “Pis tələbə yoxdur, pis müəllim var” fikrinə münasibətinizi bildirin.



Ədəbiyyat


  1. Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası. B., 2007.

  2. Kazımov N. Ali məktəb pedaqogikası. B., 1999.

  3. İsmixanov M., Bəxtiyarova R. Ali məktəb pedaqogikası (mühazirə kursu). B., 2010.

  4. Əliyev B.H., Əliyeva K.R. Yaradıcı müəəlim hazırlığının bəzi məsələləri. BDU “Xəbərləri” (Sosial-siyasi elmlər seriyası), №2, 2008.



  1. mühazirə


Ali məktəb didaktikasının predmeti.

Təlim prosesinin mahiyyəti, qanun və prinsipləri.


Plan:

  1. Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri

  2. Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri və funksiyaları

  3. Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları

  4. Təlimin qanunları və prinsipləri



    1. Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri


Didaktika pedaqogikanın bir hissəsi olub, təlim və təhsil nəzəriyyəsindən bəhs edir. Didaktika yunanca “didaktikos” – öyrədən, “didasko” – öyrənən sözlərindən götürül- müşdür. Bu termin ilk dəfə alman pedaqoqu V.Ratke (XVI əsr) tərəfindən irəli sürül- müşdür.
Didaktika elmi biliklər sistemi kimi ilk dəfə görkəmli çex pedaqoqu Yan Amos Komenski (XVII əsr) tərəfindən işlənmişdir.
Didaktika təlim və təhsilin nəzəri əsaslarını tədqiq edən pedaqoji nəzəriyyədir. Ali məktəb didaktikası isə ali məktəb pedaqogikasının tərkib hissəsi, ümumi didak- tikanın bir sahəsidir. Onun obyekti ali məktəbdə təlim-təhsil, habelə tələbə gənclərin peşə-ixtisas hazırlığı prosesidir. Predmeti isə ali məktəbdə təlim-təhsil prosesinin qa- nunauyğunluqlarını aşkara çıxarmaq, tələbə gənclərin peşə-ixtisas hazırlığının səmə- rəli yollarını öyrənməkdən ibarətdir.
Ali məktəb didaktikası ümumi pedaqogikanın kateqoriya və anlayışlarından (pedaqoji proses, tərbiyə, şəxsiyyətin inkişafı, pedaqoji fəaliyyət, pedaqoji texnolo- giya və b.) istifadə edir. Lakin onun özünəməxsus kateqoriya və anlayışlar sistemi vardır. Buraya təhsil, təlim, tədrisetmə (öyrətmə), təhsilalma (öyrənmə), özünütəhsil, fasiləsiz təhsil, təlim texnologiyası, təlim diaqnostikası, təhsilin məzmunu və b. da- xildir. Bunlardan əlavə ali məktəb didaktikası təlimin məqsədi, qanunları, prinsipləri, məzmunu, vasitə və metodları, təşkili formaları, nəticələri, təlim diaqnostikası, təlim texnologiyaları və s. kateqoriyalara da istinad edir.

Ali məktəb didaktikası qarşısında bir sıra vəzifələr durur. Onları bir neçə qrupda birləşdirmək olar:



  1. Təlimin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi: nə məqsədlə öyrətmək və öyrənmək? Bu suallara cavab tapmadan didaktika təlim və təhsilin digər mə- sələlərini həll edə bilməz.

  2. Təhsilin məzmununun müəyyənləşdirilməsi: nəyi öyrətmək və öyrənmək? Bu məsələlər “Təhsilin məzmunu” mövzusunda nəzərdən keçirilir.

  3. Təlimin vasitə və metodlarının müəyyənləşdirilməsi: necə öyrətmək və öyrən- mək?. Bu məsələlər “Təlim metodları və vasitələri”, “Təlimdə nəzarət və qiymətlən- dirmə” mövzularında nəzərdən keçirilir.

  4. Təlimin səmərəli təşkili formalarını müəyyənləşdirmək: hansı formada öy- rətmək və öyrənmək?. Bu məsələlər “Təlimin təşkili formaları” mövzusunda nəzərdən keçirilir.

Didaktikanın qarşısında duran vəzifələri, onun həll etməli olduğu problemləri kompleks halda, qarşılıqlı əlaqə və asılılıqda götürmək mühüm şərtdir.



    1. Yüklə 280,35 Kb.

      Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin