Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Tərbiyədə nikbinlik prinsipi



Yüklə 280,35 Kb.
səhifə62/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   90
lazım olsa əlavə mənbə

Tərbiyədə nikbinlik prinsipi. Bu prinsip insana nikbin nəzərlə yanaşmağı, onun qüvvəsinə, gələcəyinə inam bəsləməyi nəzərdə tutur. Bu halda insanda təkmil- ləşməyə, özünütərbiyəyə həvəs oyanır. Əksinə, insana bədbin nəzərlə yanaşdıqda onda ruh düşgünlüyü yaranır, öz nöqsanları ilə mübarizə aparmaq əzmi azalır.
Tərbiyəçi insana dəyişməz varlıq kimi baxmamalı, ona pedaqoji möhür (“Sən- dən adam çıxmaz”, “Tənbəl”, “Yalançı” və s.) vurmamalıdır. Bu, tərbiyə və yeni- dəntərbiyə işini çətinləşdirir.
Nikbinlik prinsipi insanın keçmişinə yox, bu gününə və sabahına baxmağı nə- zərdə tutur. İnsanın keçmiş qüsurunu üzünə vurmaq onu daha da korlayır, öz səhv- lərini aradan qaldırmağa mane olur.
Nikbinlik prinsipi insanın müsbət cəhətlərinə istinad etməklə mənfi cəhətlərini aradan qaldırmaqda özünü göstərir. Hər bir insanda müsbət cəhətlər vardır. Tərbiyəçinin vəzifəsi bu müsbət cəhətləri axtarıb tapmaq və onlara əsaslanmaqla insanın nöqsanlı cəhətlərini aradan qaldırmaqdan ibarətdir.
Tərbiyədə hörmət və tələbkarlığın vəhdəti prinsipi. Bu prinsip insana mü- nasibətdə ona həm hörmət etməyi, həm də tələb etməyi nəzərdə tutur. Tələbəyə hör- mət etmək ona bir insan kimi yanaşmaq, qayğı göstərmək, etibar etmək, onun şəxsi ləyaqət hissini gözləmək deməkdir.
İnsana hörmət etmək heç də ona güzəşt etmək, nöqsanlarına göz yummaq demək deyildir. Hörmət tələblə sıx bağlıdır: tələbkarlıq insanı nöqsanlardan xilas olmağa gətirib çıxarır, nöqsanların kök salmasına imkan vermir.
Lakin birtərəfli hörmət və birtərəfli tələb lazımi nəticə vermir: birinci halda in- san ərköyün, şıltaq, xudbin böyüyür, ikinci halda isə onun xarakterində kobudluq, sərtlik, laqeydlik kimi mənfi keyfiyyətlər formalaşır. Buna görə də tərbiyədə hörmət tələbkarlığı birləşdirmək lazımdır: tərbiyədə ana nəvazişi ilə ata tələbkarlığı uzlaşdıqda daha yaxşı nəticə əldə edilir.
Əməkdə və ictimai-faydalı işlərdə tərbiyə prinsipi. İnsanın şəxsiyyət kimi for- malaşmasında əmək ən yaxşı vasitədir. Şəxsiyyətin tərbiyəsini əmək tərbiyəsi olmadan həyata keçirmək olmaz. Əmək tərbiyənin əsasını təşkil edir. Əmək insanın mənəvi inkişafına güclü təsir göstərir: o, insanda əməksevərlik, məsuliyyət, səliqəlilik, yoldaşlıq, əmək adamlarına və əmək məhsuluna hörmət və qayğı, xeyirxahlıq kimi müsbət əxlaqi keyfiyyətlər formalaşdırır, insana əməyin gözəlliyindən doğan estetik hisslər aşılayır.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin