Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə88/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   90
lazım olsa əlavə mənbə

Kafedraya rəhbərlik. Kafedra ali məktəbin əsas tədris-elmi struktur bölməsi olub, bir və ya bir neçə yaxın elm sahəsi (fənlər) üzrə tədris-metodik, elmi-tədqiqat və tərbiyə işlərini bilavasitə həyata keçirir. Kafedralar, bir qayda olaraq, müvafiq fakültələr tərkibində yaradılır. Bəzən bir çox fakültəyə xidmət edən ümumi univer- sitet (qeyri-ixtisas) kafedraları da fəaliyyət göstərir. Kafedranın yaradılması üçün müəyyən fənn üzrə minimum 3000 saat tədris yükü və azı 3 nəfər elmi adı və də- rəcəsi olan mütəxəssis müəllim olmalıdır (Bu zaman kurs və buraxılış işləri, məqbul və imtahanlar, məsləhətlər, dissertasiya işlərinə rəhbərlik üçün ayrılan saatlar nəzərə alınmır). Tədris yükü 10000 saatdan az olduqda eyni adda,

yönümdə olan fənlərin müxtəlif bölmələri üzrə kafedraların yaradılmasına yol verilmir. Kafedraya elmi dərəcəsi və elmi adı olan kafedra müdiri rəhbərlik edir. Kafedra müdirinin ayrı-ayrı sahələr (tədris, elm, tərbiyə və s.) üzrə ictimai əsas- larla müavinləri olur. Kafedranın fəaliyyəti ilə bağlı məsələlər vaxtaşırı olaraq (adətən, həftədə bir dəfə) keçirilən kafedra iclaslarında müzakirə edilərək müvafiq qərarlar qəbul olunur.


Kafedra aşağıdakı vəzifələri yerinə yetirir:
-mühazirələrin və praktik məşğələlərin keçirilməsi, kurs və buraxılış işlərinə, istehsalat və pedaqoji təcrübəyə rəhbərlik;
-tədris proqramları, dərslik və dərs vəsaitlərinin, tədris-metodik vəsaitlərin hazırlanması;
-elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, elmi konfransların keçirilməsi, elmi- tədqiqat işlərinin nəticələrinin nəşri və tətbiq edilməsi;
-tələbə elmi işlərinə rəhbərlik, tələbə elmi konfranslarının keçirilməsi;
-elmi-pedaqoji kadrların hazırlanması;
-tələbələrlə tərbiyə işlərinin aparılması;
-fənnin tədrisi keyfiyyətinin yüksəldilməsi, tədrisin gedişi və nəticəsinə nəzarət edilməsi;
-kafedra əməkdaşlarının ixtisasartırması, elmi-nəzəri və pedaqoji hazırlığının yüksəldilməsi, vaxtaşırı olaraq tədris və elmi fəaliyyətlə bağlı hesabatların müzakirə edilməsi və s.
Kafedrada müvafiq fənn (fənlər) üzrə tədris planında ayrılmış saatlara uyğun olaraq hər tədris ilində professor-müəllim heyətinin dərs yükünün bölgüsü aparılır, mövzu-təqvim planları tərtib və təsdiq olunur. Kafedrada tədris olunan fənlər üzrə mühazirə mətnləri və onların elektron variantları hazırlanır.
Kafedra öz işini Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Əsasnaməyə və ali məktəbin Nizamnaməsinə əsasən həyata keçirir.



    1. Yüklə 280,35 Kb.

      Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin