Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   2   3   4   5   6   7   8   9   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

I Mövzu:
 
Azərbaycan 
ədəbiyyatının ən qədim 
qaynaqları (Yazılı abidələr).
Ədəbiyyat tarixi haqqında ümumi 
məlumat. Azərbaycan ədəbiyyatı və onun ilkin qaynaqları. 
Azərbaycan ədəbiyyatı tarixi. Azərbaycanda ədəbi-nəzəri 
fikrin formalaşma və inkişaf tarxi. Azərbaycan ədəbiyyatı 
tarixinin dövrləşməsi. Dövrləşmənin məqsəd və vəzifəsi. 
Qanunauyğunluğu.
Azərbaycan ədəbiyyatının ilkin nümunələri. Midiya 
dövrü ədəbiyyat. Heradotun «Tarix» kitabı. Əfsanələr. 
«Avesta». «Avesta»nın hissələri. «Avesta»da ədəbiyyat 
məsələləri. Davdağın Cavanşirin ölümünə yazdığı mərsiyyə.
“Avesta”nın əhatələdiyi ərazi. Onun bizə çatan hissələri. 
Qədim azərbaycanlıların müqəddəs saydığı kitabın ehtiva 
etdiyi məzmun. Dini, əxlaqi, mənəvi, ictimai, siyasi, fəlsəfi 
görüşlərin xarakteristikası. “Avesta”da folklordan gələn motiv 
və formalar. “Qatlar” Zərdüştün bədii təfəkkürünün məhsulu 
kimi. Midiyadakı altı qəbilə. “Avesta” da dini baxışlar 
(dualizm). Abidənin yazıya alınması və tarixi taleyi. 
“Vəndidad”, “Vispered”, “Yəsna”. “Yəştlər” abidənin ən 
qədim hissəsi kimi. “Avesta”nın tədqiqi.
II Mövzu:
 
“Kitabi-Dədə Qorqud” yazılı ədəbiyyat 
nümunəsi kimi.
Abidənin əlyazmaları. Əhatələdiyi məzmun. 
Ayrı-ayrı boylarda Oğuz məişəti, inam və etiqadları, 
dövlətçilik ənənəsi. Müqəddimə və boyların struktur səciyyəsi. 
Dastanın öyrənilmə səciyyəsi.
Orxon-Yenisey abidələri. “Bilqamıs” dastanı. M.Kaşğa-
rinin “Divani-lüğət-it türk” (1072-1074) əsəri, Balasaqunlu 
Yusifin “Kutadku bilik” poeması (1069). Ə.Yügnəklinin 
əsərləri, “Fal” kitabı (VIII-IX əsrlər) və s.


11 
III Mövzu: Xilafət dövrü ərəbdilli Azərbaycan 
ədəbiyyatı (VII-XII əsrlər). 
VII-X əsrlər Azərbaycan 
ədəbiyyatı. Ərəbdilli ədəbiyyat. Ərəb dilində yazmanın 
səbəbləri, tarixi şərait. Təzkirələr. İbn Qüteybənin “Kitab əş-
şeir və şüəra”, Əblüfərəc İsfahaninin “Kitab əl-əğani” ərəbdilli 
Azərbaycan ədəbiyyatının qaynağı kimi. Ərəbdilli Azərbaycan 
ədəbiyyatının nümayəndələri və onların yaradıcılığı. Musa 
Şəhavət, İsmayıl ibn Yəsar, Əbül Abbas Əl-Əma, Bərakəveyh 
Zəncani, Əbu Abdulla, Mənsur Təbrizi, İskafi Zənzani, Zəfər 
Həmədani və başqaları. Onların yaradıcılığının mövzu mün-
dəricəsi. Dövrün, ictimai, siyasi, mədəni mühitin bu 
sənətkarların yaradıcılığında görünüşü. Musa Şəhavətin 
yaradıcılığı. Mədh və həcvlərin əhatələdiyi məzmun. İsmayıl 
ibn Yəsarın şeirlərində ictimai motivlər. Əbül-Abbas əl-
Əmanın yaradıcılığı. Mədhlər, həcvlər və mərsiyələri. 
 
Əs-Səalibinin “Yetimətüd-dəhr” təzkirəsi. 912-1010-cu 
illərdə 
yaşayıb yaratmış şairlərin təzkirədə səciyyəsi. 
Bərakəveyh Zəncaninin yaradıcılığı. Şeirlərinin mövzu dairəsi. 
Əsərlərinin tədqiqi məsələləri. 
Marağalı ƏbuAbdulla əl-Müğəlləsinin ədəbi irsi. 
Əsərlərinin mövzu dairəsi. Ümimi məzmunu və tərbiyəvi ma-
hiyyəti. Ərəbdilli Azərbaycan ədəbiyyatının çağdaş mərhələdə 
tədqiq vəziyyəti. 
Əbülhəsən Əli əl-Baxərzinin “Dumyat əl-qasr və usrat əhl 
əl-asr” təzkirəsi (169-1072). Təzkirədə ərəbcə yazan 
azərbaycanlı şairlər. Mənsur Təbrizi, Xəttat Nizami Təbrizi, 
Əbülməhasim Hüseyn ibn Əli Təbrizi, Xətibi Urməvi, Əli ibn 
Hibbətullah Təbrizi, İskafi Zəncani və s. yaradıcılığı. Ədəbi 
tənqid. Təriqətçilik düşüncəsinin ədəbi-mədəni mühitdə 
görünüşü. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin