I Mövzu:
XIX əsr Azərbaycan ədəbiyyatının predmeti
və spesifik xüsusiyyətləri..
XIX əsr Azərbaycan ədəbiyyatında
yeni, orijinal mərhələ kimi. Sovet dövrü ədəbiyyatşünaslığında
XIX əsr Azərbaycan ədəbiyyatı kursunun bir çox cəhətdən siyasi-
ictimai proseslərə tabe tutulması.
Son dövr ədəbiyyatşünaslığında XIX əsr Azərbaycan
ədəbiyyatının inkişaf qanunauyğunluqları nəzərə alınmaqla iki
52
əsas mərhələdə öyrənilməsi, əsrin I yarısının və II yarısının
ədəbiyyatı kimi müəyyən edilməsi.
XIX əsr Azərbaycan ədəbiyyatına dair məxəzlər. İran,
Türkiyə, Rusiya və Qərbi Avropa mənbələri.
XIX əsr ədəbiyyatı sovet dövrü ədəbiyyatşünaslığında
(S.Mümtaz, F.Qasımzadə, Ə.Səidzadə). XIX əsr Azərbaycan
ədəbiyyatı tarixi materiallarının toplanması və nəşri. Fənnə dair
əsas dərslik və dərs vəsaitləri. XIX əsr Azərbaycan ədəbiyyatının
aparıcı istiqamətləri və əsas təmayüllərinin şərhi və təsnifi
haqqında ümumi məlumat.
XIX əsrdə Azərbaycan ədəbiyyatının yarandığı tarixi şərait.
Qafqazda Rusiya, İran və Türkiyə arasında müharibələr.
“Gülüstan” və “Türkmənçay” müqavilələri. Azərbaycanın şimal
hissəsinin Rusiyaya birləşdirilməsi. Siyasi işğalın ardınca çar
hakimiyyətinin
Azərbaycanı
iqtisadi cəhətdən istismarı.
Azərbaycanın Rusiya sənayesi üçün xammal mənbəyi və satış
bazarına çevrilməsi. Yeni dövr ədəbiyyatının birinci inkişaf
mərhələsi, onun əsas istiqaməti və xüsusiyyətləri.
II Mövzu: XIX əsrin birinci yarısında klassik poeziya
üslubunu davam etdirən şairlər. K.Salik, Ə.Qaracadaği,
Heyran xanım və b.
Yeni dövr Azərbaycan ədəbiyyatının ilk
mərhələsində poeziyanın üstün mövqeyi, klassik şeir ənənələri və
nəzirəliyə güclü meyl. Orta əsrlərdə olduğu kimi, XIX əsrdə də
qəzəlin aparıcı janr olması, eyni zamanda, həcmcə böyük
formalar- poemalara təsadüf olunması. A. Bakıxanovun “Xəyalın
uçuşu”, “Müşkatül-ənvar”, M. Ş. Vazehin “Məktubun
intizarında”, M. F. Axundzadənin “Puşkinin ölümünə Şərq
poeması”, Ə. Qaracadağinin “Leyli və Məcnun” poemaları.
Şeirdə həyatilik, dünyəvilik və ictimai məzmunun ifadə
olunması.
XIX əsrin birinci yarısında klassik poeziya üslubunu
davam etdirən şairlər. Molla Qədir Naci Şirvani, Molla Qasım
Zakir, Kazım ağa Salik, Əndəlib Qaracadağı, Zikri Ərdəbili,
Heyran xanım Dünbül.
53
Məhərrəmlik təzirədarlığı və bununla bağlı yaranan
mərsiyə ədəbiyyatı.
Təriqət poeziyası. S.Ə. Nəbati yaradıcılığında təriqət
şeirinin yeri və mövqeyi.
Dostları ilə paylaş: |