43
həmin şairlərin həm klassik ədəbi ənənəni, həm də yeni meylli
realist ədəbiyyatı inkişaf etdirmələri.
Məsihi
(1580-1656). Rüknəddin Məsud Məsihinin həyatı.
Təvəllüdü və vəfatı barədə tarixi məlumat və bədii faktlar.
Məsihinin təhsili. Sənəti. İstedadlı həkim kimi tanınması.
Təxəllüsü ilə sənəti arasında əlaqə. I Şah Abbasla münasibətləri.
Hindistana mühacirət etməsi və uzun müddət orada yaşaması.
Həyatının Hindistan dövrü. Mühacirətdən sonrakı həyatı.
Səfəvilər sarayı ilə münasibətləri. Oğul və qardaşları. Kaşanda
vəfat etməsi.
Y a r a d ı c ı l ı ğ ı. Lirik şeirlər divanı, tibbə dair
“Zabitətül-əlac”, Nizami “Xəmsə”si mövzularında “Xosrov və
Şirin”, “Məcmueyi-xəyal” və s. əsərlər yazması barədə
məlumatlar. Şairin özünün “Vərqa və Gülşa” poemasında
“Zənbur və əsəl” və “Danəvü dam” adlı əsərlər yazdığını qeyd
etməsi. Şairin yaradıcılıq irsindən yalnız “Vərqa və Gülşa”
poemasının bizə gəlib çatması.
“Vərqa və Gülşa”nın I Şah Abbas adına başlayıb, “Şah
Səfi” adına tamamlanması. Yazıldığı tarix (1628-29).
Füzulinin “Leyli və Məcnun”u ilə mövzu və forma
yaxınlığı. Həzəc bəhrində yazılması. “Vərqa və Gülşa”
mövzusunun mənşəyi. Yazılı ədəbiyyata gəlişi. Poemanın
mövzusu, məzmunu, süjeti. Kompozisiyası, ideya-bədii
xüsusiyyətləri, xalq ədəbiyyatı ilə əlaqəsi. Süjet dinamikliyi və
epik vüsəti. Obrazların səciyyəsi: müsbət və mənfi obrazlar.
Əsərdə saf və ülvi eşqin, comərdliyin, sədaqətin, cəngavərliyin,
insanlığın, alicənablığın, xeyirxahlığın və s. tərənnümü. Poema-
nın ideya-tərbiyəvi əhəmiyyəti və sənətkarlıq xüsusiyyətləri.
Məsihinin həyatının və “Vərqa və Gülşa” poemasının
tədqiqi və nəşri.
Dostları ilə paylaş: