Pedaqoji ünsiyyət və onun quruluşu. Pedaqoji unsiyy



Yüklə 353,47 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix30.04.2023
ölçüsü353,47 Kb.
#105125
1   2   3   4   5   6   7   8   9   ...   12
Pedaqoji usatalığın əsasları (Mühazirələr 21-40)

Pedaqoji takta yiy
ələnməyin şərtləri 
Pedaqoji takt ustalıqla bir yerdə tərbiyə olunur,əldə edilir.O,müəllimin mənəvi zənginliyini,xüsusi 
bilikl
ərin əldə edilməsi və uşaqlarla ünsiyyət bacarıqlarının formalaşdırılması üçün öz üzərində 
g
ərgin işləməsinin nəticəsidir.Şagirdlərlə qarşılıqlı təsir üsulları bunlardır: 
1)uşaqları sevmək,onlara öz məhəbbətini göstərmək; 
2)uşaqları müşahidə etmək,davranışlarının mənəvi əsaslarını görə bilmək; 
3)şəraitdə düzgün istiqamət götürmək; 
4)t
əsir göstərməyin məqsədəuyğun yolunu seçmək; 
5)uşaqlarla söhbət etmək(taktsız müəllim uşağa passiv dinləyici rolu ayırır,öz 
sözü,jesti,mimikası ilə biganəlik təzahür etdirir). 
Düzgün ünsiyyət stilinin formalaşmasında səbr,ədalət,təmkin,özgələrinin təcrübəsinə yaradıcı 
münasibət,pedaqoji texnikanın inkişafı,yumor hissi böyük əhəmiyyət kəsb edir.Bu zaman 
müəllim öz şagirdlərinə bir insan kimi hörmət etməli və şəxsi ləyaqətini qorumalıdır. 
Yadda saxlamaq lazımdır ki,müəllimlə şagirdin mövqelərinin uyğunsuzluğu pedaqoji fəaliyyətdə 
mütəmadi hadisədir.Ona görə də müəllimə xüsusilə də gənc müəllimə mürəkkəb ziddiyyətli 
şəraitlərdə ona kömək ola biləcək artıq sınamış davranış qaydalarını nəzərə almaq 
vacibdir.H
əmin davranış qaydaları isə bunlardır: 
Birinci qayda.H
ər şeydən qabaq konflikt vəziyyətinə sahib olmağa çalışmaq lazımdır.Bu isə 
qarşılıqlı emosional gərginliyi boşaltmaq deməkdir.Necə?Özündən başlamalı,”artıq”fiziki 
g
ərginliyi,donuqluğu,məqsədsiz hərəkətləri götürmək lazımdır.Mimika,poza,jestlər,bildiyimiz 
kimi,n
əiinki daxili vəziyyəti ifadə edir,həm də ona təsir edir.Beləliklə,zahiri sakitlik və səbr! 
İkinci qayda.Öz davranışı ilə həmkərına təsir etməli(şagirdə,müəllimə).Konfliktin digər 
iştirakçısını sifətini susaraq nəzərdən keçirmək affekyivliyi götürməyə kömək edir,bu da 
müəllimə özünü toplamaq,onun vəziyyətini öyrənmək imkanı verir. 
Üçüncü qayda.Həmsöhbətinin davranışının motivlərini anlamağa çalışmaq.Fikri analzin işə 
düşməsi emosional həyəcanı aşağı salır.Çətin vəziyyəti anladığını ifadə etməyə çalışmaq 
yaxşıdır:”Mən sənin vəziyyətini başa düşürəm”,öz vəziyyətini vermək:”Məni 
k
ədərləndirir”.Beləliklə hərəkəti birdən-birə,tez qiymətləndirməyə çalışmayın,əvvəlcə mövcud 
v
əziyyətə öz münasibətinizi ifadə etməyə cəhd göstərin. 
Dördüncü qayda. Məqsədi əlaqələndirmək. Nəyin səni şagirdlə birləşdirdiyini qabaqcadan 
anlamaq, qarşılıqlı təsirin ümumi çıxış nöqtəsini görmək, onu nümayiş etdirmək, “biz” 
mövqeyinə çıxmaq. 
Beşinci qayda. Səmərəli qərarıın mümkünlüyünə inamla öz mövqeyini möhkəmləndirmək, 
n
əhayət, konfliktin yaranması səbəblərini və aradan qaldırılması imkanlarını təhlil etməklə başa 
çatmış konfliktə fikrən qayıtmalı. Deməli, gərgin konfliktlərdən həmişə qaçmaq, onu söndürmək 
mümkündür. 


Pedaqoji takta yiy
ələnmək üzrə gənc müəllimlərə məsləhətlər. 
G
ənc,işə yeni başlayan müəllimlərə bu məsləhətləri verməyi lazım bilirik: 
1.Şagirdlərlə ünsiyyətdə müəllim ümumdövlət,cəmiyyət tələbləri mövqeyində çıxış etməlidir. 
2.Müəllim ünsiyyətdə pedaqoji mövqeyi açıq nümayiş etdirilməli,bunu öz şəxsi inamlarının 
n
əticəsi kimi etməli,səmimi olmalıdır.Çünki,səmimilik müəllimin şagirdlərlə möhkəm əlaqələrinin 
əsasıdır. 
3.Şagirdlərlə ünsiyyətin,qarşılıqlı təsirlərin müvəffəqiyyətli alınması üçün müəllim ilk növbədə öz 
şəxsiyyətini düzgün qiymətləndirməlidir.Özünü dərk etmək,özünü idarə etməyi bacarmaq hər bir 
müəllimin mütəmadi qayğısı olmalıdır.Öz emosional vəziyyətini idarə etməyi bacarmaq xüsusi 
diqq
ət tələb edir.Qıcıqlandırıcı ton,mənfi emosiyaların üstünlüyü,qışqırıqlar tərbiyə prosesinə 
ciddi ziyan vurur.H
əmişə özünə hesabat vermək lazımdır ki,konflikt vəziyyətinə müəllim 
t
ərəfindən nə gətirilmişdir. 
4.Pedaqoji c
əhətdən məqsəduyğun münasibətlər müəllimlə şagirdin qarşılıqlı 
hörmətləri,şagirdin ləyaqətinin,müəllimin şəxsi ləyaqətinin təsdiqi üzərində qurulmasıdır.Hər 
şagirdin şəxsiyyətinə hörmət etmək,hər birini başa düşmək,onun yaşıdlarının nəzərində 
özünütəsdiqi üçün şərait yaratmaq,şəxsiyyətin müsbət keyfiyyətlərinin inkişafını müdafiə etmək 
lazımdır. 
5.Müəllim özünün üstün keyfiyyətlərini şagirdlərə təqdim etməli,şəxsiyyətinin 
gücünü,maraqlarını,bacarığını,erudisiyasını göstərməlidir. 
6.Müəllim öz müşahidəçiliyini,pedaqoji təxəyyülünü,emosional vəziyyətini başa düşmək 
bacarığını inkişaf etdirməlidir.Vəziyyətin təhlilinə və qərarın qəbul edilməsinə yaradıcı münasibət 
müəllimin başqasının rolunu-valideynin,şagirdin,həmkarının-qəbul etmək,onların nöqtəyi-
n
əzərində dayanmaq bacarığına əsaslanır. 
7.Müəllimin ünsiyyət ustalığının vacib göstəricilərindən biri də dərsdə və ondan kənarda öz nitq 
f
əaliyyətini azaltmaqla şagirdlərin nitq fəaliyyətini artırmaqdır. 
8.Şagirdin ən cüzi müvəffəqiyyəti belə,müəllim tərəfindən hökmən təriflənməlidir.Tərifləmə 
kollektiv içəricində,danlamaq isə,yaxşı olar ki,təklikdə aparılsın.Bu zaman müəllimin nitqi solğun 
deyil,z
əngin olmalıdır,jestlərdən,mimikadan,baxışlardan kömək üçün istifadə edilməlidir. 
9.Müəllim şagirdin taleyi üçün həmişə narahat olmalı,bu işdə valideynlərlə birgə hərəkət 
etm
əli,onların fikirlərinə hörmətlə yanaşmalı,əməkdaşlıq etməlidir.Ailəyə daha çox sevinc 
g
ətirməli,onun köməkçisi olmalı,valideynə uşağından şikayət etməklə ona uşaqla ünsiyyətdə öz 
gücsüzlüyünü göstərməməlidir. 
10.Müəllim şagirdlərlə apardığı söhbətin dəqiq məqsədini bilməlidir.Söhbətin məzmunu hər iki 
t
ərəf üçün maraqlı olmalı,bunun qayğısını isə müəllim özü çəkməlidir. 
11.D
ərs prosesində və sinifdənxaric tədbirlərdə situasiyalar olduğu kimi heç vaxt təkrar 
olunmadığı üçün istənilən problemin həlli üçün hazır resept vermək olmaz.Müəyyən davranış 
üslubuna göstərişlər hazırlamaq olar,real şərait yarandıqda isə bunun düzgünlüyünü yoxlamaq 
düzəlişlər vermək olar . 

Yüklə 353,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin