Pediatriya 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?


) Hemoqlobinin tərkibində hansı zülal var?



Yüklə 1,06 Mb.
səhifə94/369
tarix30.12.2021
ölçüsü1,06 Mb.
#21755
1   ...   90   91   92   93   94   95   96   97   ...   369
324) Hemoqlobinin tərkibində hansı zülal var?
A) Transferrin

B) Qlobin

C) Qammaqlobulin

D) Albumin

E) Seruloplazmin
Ədəbiyyat: А.Г.Румянцев «Гематология/Онкология», Медпрактика-2004,стр.17
325) İlkin diaqnoz qoyun: 1 yaş 5aylıq uşaq xəstəxanaya bu şikayətlərlə qəbul olunub: qusma, qarında ağrılar, əzqinlik, iştahın zəifləməsi, bədən kütləsinin itirilməsi (2 ay ərzində 2 kq). Anamnez: Uşaq 2-ci hamiləlikdən, 2-ci doğuşdan (fizioloji keçib). İnkişafı yaşına uyğun olub. 1yaş 4 ayında KRX keçirib(kataral əlamətlər,dispepsiya). Bu vaxtdan uşaq əzgin olurdu, tez yorulurdu. Ara-bir qusma,geçələr narahatçılıq, öskürək müşahidə olunurdu. Baxış zamanı uşağın vəziyyətı ağır,adinamiya,iştahsızlıq. Burun-agiz üçbucağı nahiyəsində sianoz, aşağı ətraflarda ödemlər. Ağ ciyərlərdə sərt tənəffüs, aşağı paylarında nəm xırıltılar. Tənəffüs-dəqiqədə 60.Ürək sərhətlərinin ölçüləri böyümüş,tonlar karlaşıb, zirvədə sistolik küy vardır.Ürək sıxıntıların sayı-dəqiqədə 160.Qara ciyər +7sm (ortakörpücük xətti ilə), dalaq +2sm böyümüşdür.Oliquriya. Nəcis formalaşmışdır.
A) Qeyrirevmatik kardit

B) Anadangəlmə ürək qüsurları

C) Kəskin qastroenterit

D) Bronxopnevmoniya

E) Neyrotoksikoz
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010
326) Diaqnozu dəqiqləşdirmək üçün ilk növbədə hansı müayinələr aparılmalıdır? 1yaş 5aylıq uşaq xəstəxanaya qusma, qarında ağrılar, əzginlik, iştahın zəifləməsi, bədən kütləsinin itirilməsi (2 ay ərzində 2 kq) şikayətləri ilə daxil olub. Anamnez: Uşaq 2 - ci hamiləlikdən, 2 - ci doğuşdandır. (fizioloji keçib). İnkişafı yaşına uyğun olub. 1yaş 4ayında KRX keçirib(kataral əlamətlər, dispepsiya). Bu vaxtdan uşaqda əzginlik, tez yorulma əlamətləri meydana çıxıb. Ara - bir qusma, gecələr narahatçılıq, öskürək müşahidə olunur. Baxış zamanı uşağın vəziyyətı ağırdır, adinamiya, iştahsızlıq qeyd edilir. Burun - agız üçbucağı nahiyəsində sianoz, aşağı ətraflarda ödemlər qeyd edilir. Ağciyərlərdə sərt tənəffüs, aşağı paylarında nəm xırıltılar eşidilir. Tənəffüs - dəqiqədə 60. Ürək sərhətlərinin ölçüləri böyümüş, tonlar karlaşıb, zirvədə sistolik küy eşidilir. Ürək vurğularının sayı - dəqiqədə 160 - dır. Qaraciyər +7sm (ortakörpücük xətti ilə), dalaq +2sm böyümüşdür. Oliquriya. Nəcis formalaşmışdır.
A) Neyrosonografiya

B) EKG, Exokardiografiya

C) Sidiyin ümumi müayinəsi

D) Qanın ümumi müayinəsi

E) Elektoensefaloqrafiya
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin