Pediatriya ixtisası üzrə nümunəvi test sualları



Yüklə 189,39 Kb.
səhifə255/265
tarix02.01.2022
ölçüsü189,39 Kb.
#1223
1   ...   251   252   253   254   255   256   257   258   ...   265
859) Bioloji yaş nədir?

A) Mayalanmadan doğuma qədər ki dövrdür

B) Uşağın anadan olan andan müayinə vaxtına qədər yaşadığı dövrdür

C) Böyümə və inkişafın fərdi sürətindən asılı olan orqanizmin morfo-funksional xüsusiyyətlərinin cəmidir

D) Mayalanmadan müayinə anına qədər ki dövrdür

E) Anadan olan andan yetkinlik yaşına qədər ki dövrdür
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
860) Yaş dövrü elə zaman kəsiyidir ki, bu vaxt

A) Böyümə və inkişaf prosesləri bitib, qıcıqlandirıcılara qarşı reaksiya fərqlənmir

B) Uşaq eyni tipli uşaq müəssisələrinə gedir

C) Böyümə və inkişaf prosesləri, orqanizmin fizioloji xüsusiyyətləri oxşardır, qıcıqlandırıcılara qarşı reaksiya eynidir

D) Uşaqların fiziki və psixi inkişaf göstəriciləri dürüst olaraq fərqlənmir

E) Orqanizmin fizioloji xüsusiyyətləri dürüst olaraq fərqlənmir
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
861) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı E.İslamova diaqnoz qoyulmuşdur: kəskinləşmə mərhələsində xroniki qastrit. Fiziki inkişafı yaşa uyğundur, bədən kütləsi defisiti hesabına disharmonikdir. Psixi inkişafı yaşa uyğun, harmonikdir.

A) III qrup

B) V qrup

C) IV qrup

D) II qrup

E) I qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
862) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı Ş.Kərimovda xroniki xəstəliklər və morfo-funksional dəyişikliklər aşkar edilməmişdir. Fiziki və psixi inkişafı yaşa uyğun və harmonikdir. Müayinəyə qədərki 1 il ərzində 3 KRVİ, paraqrip, kəskin kataral angina keçirmişdir.

A) I qrup

B) IV qrup

C) II qrup

D) V qrup

E) III qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
863) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı Z.Qədirovda xroniki xəstəliklər aşkar edilməmişdir. Fiziki inkişafı pasport yaşından geri qalır, harmonikdir. Psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədər ki 1 il ərzində pnevmoniya, məxmərək, kəskin kataral otit keçirmişdir.

A) III qrup

B) V qrup

C) I qrup

D) IV qrup

E) II qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
864) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı O.Babayeva diaqnoz qoyulmuşdur: dekompensə formasında xroniki tonzillit. Fiziki və psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədərki 1 il ərzində 4 kəskin follikulyar angina, qrip, paratonzilyar abses keçirmişdir.

A) II qrup

B) I qrup

C) IV qrup

D) III qrup

E) V qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
865) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı M.Nəsibova diaqnoz qoyulmuşdur: yastıpəncəlik. Fiziki və psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədər ki 1 il ərzində 3 KRVİ, paraqrip, kəskin bronxit keçirmişdir.

A) IV qrup

B) V qrup

C) III qrup

D) II qrup

E) I qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
866) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı N.Muradova diaqnoz qoyulmuşdur: yastılaşmış pəncə. Fiziki və psixi inkişafı yaşa uyğyn, harmonikdir. Müayinəyə qədər ki 1 il ərzində 2 KRVİ, paraqrip, kəskin otit keçirmişdir.

A) V qrup

B) II qrup

C) I qrup

D) III qrup

E) IV qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
867) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəssislərin iştirakı ilə həkim müayinəsi zamanı T.Nərimanova diaqnoz qoyulmuşdur: kliniki və laborator remissiya stadiyasında bronxial astma. Fiziki və psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədərki 1 il ərzində 2 KRVİ, paraqrip keçirmişdir.

A) V qrup

B) IV qrup

C) II qrup

D) I qrup

E) III qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.


Yüklə 189,39 Kb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin