Pediatriya
Bölmə 1. Uşaqlarda sağlamlıq vəziyyətində erkən pozuntuların
diaqnostikası və profilaktikası.
1) Dispanserizasiya özündə hansı etapları əks etdirmir?
A) Hərarətin ölçülməsi
B) İçtimai profilaktik tədbirlərinin (səhiyyə maarifinə dair) təşkili
C) Dispanserizasiya olunan uşaqların aktiv sistemli şəkildə müşahidə, kompleks
müalicə və patronaj kimi tədbirlərin həyata keçirilməsi;
D) Xəstələrin aktiv aşkarlanması və düzgün qeydiyatın təşkili;
E) Dispanserizasiya olunması nəzərdə tutulan kontingentin müəyyən edilməsi
Ədəbiyyat: Uşaqların icbari dispanserizasiyasına dair normativ hüquqi aktlar.
Azərbaycan Respublikası Səhiyyə nazirliyi, İSİM, Bakı 2014.
2) Uşaq əhalisinin dispanserizasiyası hansı tədbirləri özündə əks etdirmir?
A) Riskli amilləri olan uşaqların erkən aşkarlanması məqsədilə sağlamlıq
vəziyyətinin müəyyən etmə və qiymətləndirilməsi;
B) İnstrumental və laborator müayinələrin həcmi ilə müəyyən olunan mütəmadi
tibbi baxışlar;
C) Xəstəliklərin erkən aşkarlanması məqsədilə uşaqların sağlamlıq vəziyyətinin
dinamik müşahidəsi və davamlı şəkildə vacib olan tibbi-sağlamlaşdıran
kompleks tədbirlərin həyata keçirilməsi;
D) Əyani vəsaitlərinin hazırlanması və çapı;
E) Ehtiyac duyularsa diaqnostik üsulların istifadəsilə bu kimi uşaqların yenidən
və əlavə müayinə olunması;
Ədəbiyyat: Uşaqların icbari dispanserizasiyasına dair normativ hüquqi aktlar.
Azərbaycan Respublikası Səhiyyə nazirliyi, İSİM, Bakı 2014.
3) Neçə sağlamlıq qrupları mövcuddur?
A) 5
B) 4
C) 2
D) 1
E) 3
Ədəbiyyat: Основы поликлинической педиатрии .Учебное пособие для
вузов. Ростов- на- Дону «Феникс». 2015г.
Dostları ilə paylaş: |