Maddə 3. Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik
Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından
“Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının KonstitusiyaQanunundan,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
bu Qanundan
bu Qanuna uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan
ibarətdir.
Maddə4.AzərbaycanRespublikasınınDövlətHimniiləbağlıdövlətinvəzifələri Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətinvəzifələri
aşağıdakılardır:
Azərbaycan Respublikasının Dövlət Himninin mahiyyətini və əhəmiyyətini əhaliarasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək;
gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Himninə hörmət ruhunda tərbiyələndirmək;
Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Himninə qarşı hörmətsizliyin nümayiş etdirilməsinin qarşısının alınması üçün beynəlxalqhüquqnormalarına və Azərbaycan Respublikasının CinayətMəcəlləsinə uyğun tədbirlər görmək;
bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.
Maddə5.AzərbaycanRespublikasınınDövlətHimninəmüəlliflikhüququ “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rəmzləri müəlliflik hüququnun obyektideyildir.