Xarici dövlətin ərazisindəAzərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə müvafiq icra hakimiyyəti orqanının (ARPrezidentinin) müəyyən etdiyi orqan (qurum)- AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
İdman yarışları zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası buQanunun tələbləri əsas götürülməklə həmin yarışları təşkiledənidman təşkilatı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Dövlət Himni hərsəhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarınınəvvəlində bu Qanunun 6.2-ci maddəsində müəyyən edilmiş qaydada ifa edilir.
Azərbaycan Respublikasının Dövlət Himninin mətni və musiqisi (partiturası) Əlifbakitabının birinci səhifəsində dərcedilir.
Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birincidərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Himninin öyrənilməsinə həsr edilir.
Maddə 8. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadəyə dair məhdudiyyətlər
Azərbaycan Respublikasının Dövlət Himni başqadildəoxunabilməz.
Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinəyolverilmir.
Maddə 9. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.(MİC)
Maddə 10. Yekun müddəa
Bu Qanun qüvvəyə mindiyi gündən “AzərbaycanRespublikasınınDövləthimnihaqqındaƏsasnamənintəsdiqedilməsibarədə” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi ləğv edilir.