Subordinasiya baxımından tabelik münasibətlərində olan inzibati orqanların bir-birinə yardım etməsi qarşılıqlı hüquqi yardım sayılmır.
Maddə 6. Hüquqiyardımınşərtləri
6.0. İnzibati orqan hüquqi yardım üçün aşağıdakı hallarda müraciətedəbilər:
hüquqi və faktiki xarakterli səbəblər üzündən hər hansı hərəkəti müstəqil həyata keçirmək iqtidarında olmadığı hallarda;
müəyyən məsələnin həlli üçün ona məlum olmayan və özünün müstəqil olaraq müəyyən edəbilmədiyi faktlar tələb olunduğu hallarda;
müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digərsübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olduğu hallarda;
müəyyən məsələni müstəqil şəkildə həll etmək üçün tələb olunan zəruri xərclər, həmin məsələnin hüquqi yardım qaydasında digər inzibati orqan tərəfindən həll olunması üçün tələb olunan xərclərdən çox olduğu hallarda.
Maddə7.Hüquqi yardım göstərməkdən imtinanın əsasları
İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməkdən imtinaedəbilər: hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun qanunvericiliklə müəyyənolunmuşsəlahiyyətlərinəaidolmadıqda;
hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər
hüquqazidd olduqda;
hüquqi yardımın göstərilməsi onun özfunksionalvəzifələrininyerinəyetirməsinəəhəmiyyətlidərəcədə maneolduqda;
hüquqi yardım qaydasında tələb olunan sənədlər və (və ya) məlumatlar
qanunla qorunan bu və ya digər sirri təşkil etdikdə.
İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməyə borcludeyildir: başqa inzibati orqan dahasadəüsullavəyadahaazməsrəflə hüquqi yardım göstərə bilərsə;
həmin inzibati orqan xahiş olunan yardıma mütənasibolmayanyalnızböyükməsrəfhesabına hüquqi yardım göstərə bilərsə.
İnzibati orqan hüquqi yardım göstərməkdən imtina etdiyi halda, ona həmin məqsədlə müraciət etmiş digər inzibati orqana müraciətin daxil olduğu gündən üçgünmüddətində bu barədə yazılı məlumat verməlidir.