Pənah Hüseynov qanunvericilik(BB,BA)


M a d d ə 6 . Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi(Toxunulmaz)



Yüklə 7,45 Mb.
səhifə4/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   2   3   4   5   6   7   8   9   ...   190
qanunvericilik.bb .ba

M a d d ə 6 . Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi(Toxunulmaz)





  1. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

  2. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

I I f ə s i l


DÖVLƏTİN ƏSASLARI


M a d d ə 7 . Azərbaycan dövləti(Toxunulmazdır)





  1. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

  2. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

  3. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

    • qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

    • icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;(həyata keçrir), (məxsusdur)

    • məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

  1. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

M a d d ə 8 . Azərbaycan dövlətinin başçısı(Toxunulmazdır)





  1. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.

  2. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini


Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin