Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə5/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   2   3   4   5   6   7   8   9   ...   190
qanunvericilik.bb .ba

təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.

  1. Azərbaycan Respublikasının Prezidenti

    • Azərbaycan dövlətinin müstəqilliyinin,

    • Azərbaycan dövlətinin ərazi bütövlüyünün

    • və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.

  2. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.

M a d d ə 9 . Silahlı Qüvvələr





  1. Azərbaycan Respublikası öz təhlükəsizliyini müdafiəsini(TM) təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.

  2. Azərbaycan Respublikası(1) başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və(2) beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.

  3. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.

M a d d ə 1 0 . Beynəlxalq münasibətlərin prinsipləri


Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.


M a d d ə 1 1 . Ərazi





  1. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır bölünməzdir.(VTB)

  2. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.

  3. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

M a d d ə 1 2 . Dövlətin ali məqsədi


I.1)İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi


2)Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları(24-
71 maddələr)Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

M a d d ə 1 3 . Mülkiyyət



  1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

  2. Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin