Pənah Hüseynov qanunvericilik(BB,BA)


Qanunda nəzərdə tutulmuş hallar



Yüklə 7,45 Mb.
səhifə60/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   56   57   58   59   60   61   62   63   ...   190
qanunvericilik.bb .ba

Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.

Bütün hallarda məhkəmələrin qərarları açıq elan edilir.


M a d d ə 1 3 . Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi


Azərbaycan Respublikasında məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi təmin olunmaqla Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin VII hissəsinə uyğun olaraq çəkişmə prinsipi əsasında həyata keçirilir.


M a d d ə 1 4 . Məhkəmə icraatının aparıldığı dil


Məhkəmə icraatının aparıldığı dil Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin X hissəsində müəyyən edilir. Məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.


Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda hər kəsin tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ təmin edilir.
I I I f ə s i l

AZƏRBAYCAN RESPUBLİKASININ MƏHKƏMƏ SİSTEMİ


M a d d ə 1 9 . Ədalət mühakiməsini həyata keçirən məhkəmələr


Azərbaycan Respublikasında ədalət mühakiməsini Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirirlər:


rayon (şəhər) məhkəmələri ağır cinayətlər məhkəmələri hərbi məhkəmələr
inzibati məhkəmələr kommersiya məhkəmələri
Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi apellyasiya məhkəmələri
Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra — Ali Məhkəmə).

Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr da yaradıla bilər.


Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir. (PREZİDENT )
Azərbaycan Respublikasının hər bir məhkəməsi müstəqil hüquqi şəxsdir
və onun Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürü vardır.



Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin