İxtisarların siyahısı
AMİL – Ali Milli İstinad Laboratoriyası
ART – Antiretrovirus terapiya
AV – Ağciyər vərəmi
BÇ – Böyrək çatışmazlığı
BKİ – Bədən kütləsi indeksi
BOBM – Beyin-onurğa beyini mayesi
CM – Cəzaçəkmə müəssisəsi
ÇDD – Çoxsaylı dərmanlara davamlılıq
DDV – Dərmanlara davamlı vərəm
DHT – Dərmanlara həssaslıq testi
DHV – Dərmanlara həssas vərəm
DOT – Birbaşa müşahidə olunan müalicə
ETAXİ – Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
ƏN – Ədliyyə Nazirliyi
GDD – Geniş dərmanlara davamlılıq
GEM – Gigiyena və Epidemiologiya Mərkəzi
XBT – Xəstəliklərin Beynəlxalq Təsnifatı
İBİS – Immunitetin bərpasının iltihabi sindromu
İİV – İnsanın İmmunçatışmazlığı Virusu
İMM – İxtisaslaşdırılmış müalicə müəssisəsi
İT – İstintaq təcridxanası
QHT – Qeyri-hökümət təşkilatı
LİQ – Layihə İcra Qrupu
LY – Levenşteyn-Yensen
M və Q – Monitorinq və
Qiymətləndirmə
MBT – Mədə-bağırsaq traktı
MD – Monodavamlılıq
MİL – Milli İstinad Laboratoriyası
ML – Mərkəzi laboratoriya
MM – Müalicə Müəssisəsi
MSS – Mərkəzi sinir sistemi
PAL strategiyası – Ağciyər xəstəliklərinə praktiki yanaşma strategiyası
PD – Polidavamlılıq
PL – Periferik laboratoriya
PS – Penitensiar Sistem
PSVNP – Penitensiar Sistemdə Vərəmə Nəzarət Proqramı
PZR – Polimeraz zəncirvari reaksiya
RD – Rifampisinə davamlılıq
SƏP – Standart əməliyyatlar prosedurları
SM – Səhiyyə maarifçiliyi
SN – Səhiyyə Nazirliyi
SX İB – Sağlamlığa xidmət İctimai Birliyi
TBİ – Tibb baş idarəsi
TSH – Tibb-sanitariya hissəsi
TTH – Tireotrop hormon
ÜST – Ümumdünya Səhiyyə Təşkilatı
VƏD – Vərəməleyhinə dərman
VM – Vərəm mikobakteriyası
VNMP – Vərəmə Nəzarət üzrə Milli Proqram
YİK – Yaşıl İşıq Komitəsi
YT – Yan təsir
Müəlliflər
Bu Təlimat Ədliyyə Nazirliyi (ƏN) Tibb baş idarəsinin (TBİ) rəisi tibb-xidməti general-mayoru
Rəfail Mehdiyevin ümumi rəhbərliyi altında hazırlanmışdır.
Müəlliflər:
-
Füzuli Hüseynov, ƏN TBİ-nin Müalicə işinin təşkili idarəsinin baş inspektoru-həkim (vərəm üzrə), Penitensiar Sistemdə Vərəmə Nəzarət Proqramının (PSVNP) koordinatoru
-
Elmira Qurbanova, PSVNP-nin gücləndirilməsi üzrə Qlobal Fondun Layihə İcra Qrupunun (LİQ) koordinatoru
-
Nəhmət Rəhmanov, İxtisaslaşdırılmış müalicə müəssisəsi (İMM) tibb xidmətinin baş həkimi
-
Rasim Tahirli, İMM-nin tibb xidməti laboratoriyasının müdiri
-
İradə Məmmədova, İMM-nin Vərəm üzrə Təlim mərkəzinin rəhbəri
Redaksiya şurası
-
Əsgər İsmayılov, PSVNP-nın gücləndirillməsi üzrə Qlobal Fondun LİQ-in direktoru
Minnətdarlıq
Bu Təlimat Qlobal Fondun maliyyə dəstəyi ilə ƏN TBİ-nin PSVNP-nin əməkdaşları tərəfindən hazırlanmışdır.
Sənədin tərtibatında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Yaşıl İşıq Komitəsinin (YİK) tövsiyələrinə və prinsiplərinə əsaslanan, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş milli protokollara istinad edilmişdir.
Təlimat başlıca olaraq ƏN tibb xidmətinin PSVNP-nin tətbiqinə, səhiyyənin planlaşdırılmasına və maliyyəşdirilməsinə, səhiyyə maarifi işinə və Azərbaycan Respublikası ƏN çərçivəsində sosial təminata məsul vəzifəli şəxsləri üçün nəzərdə tutulmuşdur.
Təlimat ÜST eksperti doktor Oqtay Gözəlovun texniki dəstəyi ilə hazırlanmışdır.
Sənədin müəllifləri onun tərtibatında, hazırlanmasında və rəy verilməsində iştirak edən hər bir kəsə öz dərin minnətdarlıqlarını bildirirlər.
Fəsil 1. Ümumi müddəalar
Vərəm –Mycobacteria Tuberculosis Complex tərəfindən törədilən yoluxucu xəstəlikdir. Hər il dünyada təxminən 8 milyon insan onunla xəstələnir, təxminən 1,4 milyon insan vərəmdən ölür. Vərəmə yoluxmuş hər on nəfərdən bir-ikisində xəstəlik inkişaf edir. Bir qayda olaraq, azadlıqdan məhrum etmə yerlərində vərəmlə xəstələnmə göstəriciləri mülki səhiyyə sektoruna nisbətən bir neçə dəfə yüksəkdir. Vərəmin və İnsanın İmmunçatışmazlığı Virusu (İİV) infeksiyasının müştərək olması daha təhlükəli hesab edilir, çünki vərəməleyhi dərmanların qəbul edilməsi çətinləşir, müalicənin müddəti uzanır, müalicənin arzuedilməz nəticələnməsi ehtimalı artır.
Vərəmin inkişafının risk amilləri
Vərəmin inkişafının əsas risk amilləri aşağıdakılardır:
-
Uzunmüddətli immunosupressiv və kortikosteroidlərlə müalicə;
-
Spirtli içkilərdən və digər psixoaktiv maddələrdən sui-istifadə, narkotik (xüsusən venadaxili) vasitələrin istehlakçılığı;
-
Şəkərli diabet;
-
Silikozlar;
-
Böyrəklərin ağır xəstəlikləri;
-
Başın və boyunun onkoloji xəstəlikləri;
-
Qan və retikuloendotelial sistemin xəstəlikləri;
-
Qastroektomiya və bağırsaqların şuntlanması, funksiya edən stomalar da daxil olmaqla bağırsaqlarda keçirilmiş ağır cərrahi əməliyyatlar;
-
Xroniki malabsorbsiya (mənimsəmənin pozulması) sindromu;
-
Bədən çəkisinin 10%-dən artıq itirilməsi və aşağı çəki.
Vərəmin inkişafında rolu olan epidemioloji amillər arasında insanların ümumi məkanda saxlanılmasının və sıxlığının böyük əhəmiyyəti var. Bu halda infeksiyanın ötürülməsi riski dəfələrlə yüksək olur.
Stress törədən amillər nəticəsində orqanizmin ümumi immunitetinin azalmasının da vərəmin inkişafında rolu az deyil. Məlumdur ki, azadlıqdan məhrum etmə yerlərində saxlanılma özü-özlüyündə ciddi stress törədən amildir.