İxtisaslaşdırılmamış anbarlara bilavasitə ixtisaslaşdırılmamış, qarışıq və universal mallar saxlanan anbarlar aiddir. Bilavasitə ixtisaslaşdırılmamış anbarlar bir neçə mal qrupunun saxlanması və emal
İxtisaslaşdırılmamış anbarlara bilavasitə ixtisaslaşdırılmamış, qarışıq və universal mallar saxlanan anbarlar aiddir. Bilavasitə ixtisaslaşdırılmamış anbarlar bir neçə mal qrupunun saxlanması və emal edilməsi üçündür.
Universal anbarlarda malların geniş çeşidinin saxlanması və anbar əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur. Hal-hazırda bu anbar növləri geniş tətbiq edilir.
Qarışıq mallar anbarlarında ərzaq və qeyri-ərzaq malları saxlanılır.Bu anbarlar qarışıq mallar ticarət təşkilatlarında fəaliyyət göstərir. Məsələn, buraya qənnadı, qastranom, ət-balıq mallarının saxlandığı anbarlar aid edilir.