Peyroni xəstəliyi (İndurasiya penis plastika) və onun müalicəsi



Yüklə 38.54 Kb.

tarix14.01.2017
ölçüsü38.54 Kb.

 



Peyroni xəstəliyi (İndurasiya penis plastika) və onun müalicəsi. 



 

Azərbaycan Tibb  Universiteti, Urologiya Kafedrası. 

T.e.n İ.S. Əhmədov, Prof. S.B. İmamverdiyev

 

Bu xəstəlik 1561-ci ildə Fallopius tərəfindən bilinsə də 1743-cü ildə xəstəlik 



haqqında elmi məlumatlar çap etdirən məşhur fransız cərrahı François Gigot de La 

Peyroninin  adı  ilə  adlandırılmışdır.  Xəstəlik  penisin  ağlı  qişasındakı  kollagen 

tərkibindəki  dəyişikliklər  nəticəsində  çoxlu  miqdarda  kollagen  tərkibinə  malik 

fibrotik  düyün,  penil  ağrı,  penil  əyrilik  və  penis  boyunun  qısalması  ilə  özünü 

göstərən  bir  xəstəlikdir.  Həm  də  xəstələrin  20-54%-də  Erektil  Disfunksiya  əmələ 

gəlməsi  77%-də  isə  psixoloji  problem  yaranmaqdadır.  Xəstəlik  əsasən  40-70  yaş 

arasında  görülür.  Almaniyada  aparılan  çox  mərkəzli  randomize  bir  çalışmada  bu 

xəstəliyin rast gəlinmə tezliyi 3,2% olduğu bildirilir.  

Hal-hazırda  xəstəliyin  dəqiq  səbəbləri  bilinmir.  Buna  baxmayaraq  bir  neçə 

faktorun xəstəliyin etiologiyasında rol oynadığı düşünülür. Vitamin E yetərsizliyi, 

çoxlu  propanolol,  metatreksat  dərmanlarının  qəbulu,  sərbəst  radikallar  (TGB), 

(İNOS)  və  sair  hesab  olunsa  da  ən  çox  önəm  verilən,  tez-tez  təkrarlanan  kiçik 

zədələrin (vəhşi seks) nəticəsi kimi ortaya çixan dəyişikliklər hesab edilir.  

Xəstəlik  2  dövrə  bölünür:  stabil  və  qeyri-stabil  dövr.  Stabil  dövr  12-18  ay 

davam edə bilər. Bu dövrdə əllənən düyün, ereksiya zamanı ağrı və penisdə əyrilik 

kimi  əlamətlərin  biri  və  ya  bir  neçəsi  ortaya  çıxır.  Stabil  dövrdə  düyün  boyları 

stabil  ölçüdə  qalır,  ağrı  itir.  Əyriliklər  əsasən  penisin  dorzal,  ventral  və  lateral 

tərəfə  əyilməsi  ilə  özünü  göstərir.  Ən  çox  rast  gəlinən  dorzal  kurvaturlardır 

(əyriliklər). Bununla yanaşı bəzən kompleks əyriliklərə, yəni penisin qum saatına 

ənzər  deformasiyası,  həm  dorzala,  həm  də  laterala  əyilməsi  hallarına  da  rast 

gəlinməkdədir.  Ümumiyyətlə  ventral  əyriliklər  cinsi  əlaqə  zamanı  penisin  qadın 

vaginasına 

girməsini 

daha 


çox 

çətinləşdirir.  



 

 

 



Dorzal kurvatur 

Ventral kurvatur 

 

 

Qum saatı deformasiyası 



 

 

 

Diaqnostikası-fiziki  baxış,  Beynəlxalq  Erektil  Funksiya  İndeksi    (BEFİ), 



kombinə  olunmuş  inyeksiya  və  stimulyasiya  testi  (CİS),    Rəngli  Dopler 

Ultrasonografiya ilə təsdiqlənir. Penisin ereksiya zamanı ağrılı olması və müxtəlif 

tərəflərə  əyilməsi,  onun  get-gedə  qısalması,  o  cümlədən  penis  üzərində  bərk  bir 

düyünün əllənməsi diaqnozu təsdiq edən əlamətlər sayılır.  

Xəstəliyin  konservativ  və  cərrahi  müalicəsi  vardır.  Konservativ  müalicədə 

30-50%  xəstələrdə  müsbət  effekt  əldə  etmək  mümkündür.  Əsasən  qeyri-stabil 

dövrdə  təyin  edilir.  Keçmişdə  civə  suyu,  kalsium  yodid,  bromid,  salisilat, 

estrogenlər oral və lokal yolla bu xəstəliyin müalicəsində istifadə edilirdi.  

Hal-hazırda  onun  müalicəsində  Vitamin  E,  Potabo,  Kolşisin,  Procarbozin, 

Orgatein,  Seldane,  Sildeqra,  Verapamil,  İnterferon,  Kortikosteroid,  Prostasiklin, 

rengenoterapiya, ultrasəs dalğaları ilə müalicədən istifadə edilir.  

Bundan  başqa  lazer  terapiya  da  təyin  edilməkdədir.  Bu  müalicələr  içərisində  ən 

çox effektiv konservativ müalicə Kolşisin ilə həyata keçirilir.  

A  Kadıoğluya  görə  Kolşisin  təyini  zamanı  ağrının  azalması  95%,  əyrilikdə 

düzəlmə 30% hallarda özünü göstərir.  

Cərrahi  müalicə  əsasən  stabil  dövrdə  aparılmaqla  demək  olar  ki,  90% 

hallarda effektiv olur.  

     

Əsasən 2 cür cərrahi əməliyyatdan istifadə edilir:  

I Rekonstruktiv cərrahiyyə 

A- Ağlı qişanini uzun tərəfini qısaldan proseduralar  

B- Ağlı qişanın qısa tərəfinin uzadılması proseduraları  

II Penil protez yerləşdirilməsi+penisin yenidən şəkilləndirilməsi (remodelinq)  

 

Ağlı  qişanı  qısaldan  proseduralar  düyünün  əksi  tərəfində  aparılır.  Bu 

əməliyyatlar  üçün  xüsusi  göstərişlər  var.  Xəstənini  yetərli  erektil  funksiyası  və 

penis uzunluğu olan, əyriliyin dərəcəsi 60°-dən az olan və gum saatı deformasiyası 

olmayan xəsələr daha ideal hesab olunurlar.  

İlk  cərrahi  texnika  Nesbit  tərəfindən  1965-ci  ildə  həyata  keçirilmişdir.  Bu 

texnikada  mağaralı  cismin  ağlı  qişası  əyriliyin  əksi  istiqamətində,  əyriliyin  tam 

zirvəsində  ellipsvari  rezeksiya  edilir  və  sonra  birincili  olaraq  tikilir.  əgər  ventral 

əyrilik varsa dərin dorzal vena ayrılır, sinir damar dəstəsi qaldırılaraq ağlı qişaya 

yuxarıdakı  qaydada  korporoplastika  edilir.  Nesbit  prosedurası  sonralar  Lachea 

tərəfindən müdafiə edildi. O ağlı qişadan ellips formada toxuma çıxarılması yerinə 

mağaralı  cismi  boylama  kəsir  (Heineke-Mickulicz  tipində)  sonra  isə  köndələn 

olaraq tikir. Beləliklə 79-95% hallarda müsbət effekt əldə edilir.  

 


 

 



 

 

Penisin əyriliyi zamanı ağlı qişa boylama kəsilərək köndələn tikilmə texnikası 

 

 

Penil plikasiya.

 

 

Ilk  dəfə  Ebbenhoy  1985-ci  ildə  anadanfəlmə  penil  kurvaturlarda  tətbiq 

etmişdir.  Bu  metodun  əsas  mahiyyəti  əyriliyin  əksi  istiqamətində  ağlı  qişa  Alış 

tutucusu ilə tutularaq onun dişləri izlərinə uyğun bir-birinini içərisindən keçən və 

toxuma  büzüşməsinini  qarşısını  almaq  məqsədilə  0,5  sm-dən  geniş  olmayan  iki 

büzməli  tikiş  qoyulur.  Daha  sonra  süni  ereksiya  yaradılaraq  əyriliyin  dərəcəsi 

yoxlanır, ehtiyac olarsa təkrar olaraq paralel tikişlər qoyulur.  

 

 

Penil plikasiya texnikası 



 

Breza 1989-cu ildə dərin dorzal vena ilə hər iki yanında arteriyalar arasında 

3 mm-lik məsafə olduğunu aşkar etdi.  


 

Donatucei və Lue bu anatomik tanimlamadan sonra ventral əyriliklər zamanı 



sinir-damar  dəstəsini  disseksiya  etmədən  həmin  məsafəyə  plikasiya  tikişləri 

qoymaqla əyriliyin düzəlməsinə nail olmuşlar. Bəzən paralel plikasiyaların sayı da 

çoxalır. 

 

 

Tom Lue üsulu ilə 16-24 nöqtəli paralel plikasiya texnikası 



 

Bu  əməliyyatların  ağırlaşmaları  penisdə  qısalma,  erektil  disfunksiya,  tikiş 

granuloması,  penisin  dərisi  altında  əllənən  düyün  ola  bilər.  Ağırlaşmalar  10% 

hallarda görülməkdədir.  

Ağlı qişanın qısa tərəfinini uzadılması roseduraları: Bu məqsədlə düyün olan 

tərəfdə  düyünün  tamamilə  kəsilib  götürülməsi  və  ya  rezeksiyası  ilə  həmni  yerə 

auto  və  ya  sinetik  materialın  yamaması  ilə  korporoplastika  edilir.  Əvvəllər  daha 

çox düyünün kəsilib götürülməsi ilə aparılan əməliyyatlara üstünlük verirdilərsə də 

sonradan yüksək  faizli  Erektil  Disfunksiya,  yamaq  kontrakturası,  sonradan  əmələ 

gələn residivlər səbəbi ilə aradan çıxarılmışdır.  

Hal-hazırda  yalnız  düyünün  müxtəlif  formada  rezeksiyası  və  həmin  yerə 

müxtəlif auto və sintetik materialların implantasiyasına üstünlük verilir. Penis tam 

dəridən  soyulduqdan  sonra  sinir-damar  dəstəsi  mikrodisseksiya  ilə  və  optik 

böyütmə ilə sərbəstləşdirilir. Sonra düyün H-vari rezeksiya edilir. Həmin rezeksiya 

olunmuş  yerə  ya  penisin  dərin  dorzal  venası,  penis  dərisi,  dərialtı  piy  toxuması, 

enli fassiya, nazik bağırsaq submukozası, gizli vena parçası, gorteks, dakron və sair 

materiallar tikilməkdədir.  

 

 



 

 

Peyroni xəstəliyindən gizli venanın penisin ağlı qişasına implantasiyası. (Öz 



müşahidəmiz) 

 

 



 

Əməliyyat önü 

vəziyyət 

İntraoperation 

Safen venanın əldə 

edilməsi 

 

 

 



  

Venanın H-vari düyün yerinin rezeksiyası ilə 

implantasiyası 

Post operation 



 

Lakin  son  illər  daha  çox  gizli  vena  ilə  effektiv  nəticələr  alınmışdır  (A. 

Kadıoğlu).  

 

Venanın müsbət nəticələrə səbəb olması aşağıdakılardan asılıdır:  



1.  Vena  endotelində  NO  sekressiya  olunur,  o  həm  də  antikogulyasiya 

xassəsinə malikdir. Ona görə də yamaq altına gematomanın əmələ gəlməsini 

əngəlləşdirir.  

 

2. Vena qalınlığı ağlı qişa qalınlığı ilə demək olar ki eynidir.  



 

3. Venanın əzələ təbəqəsi, elastik lifləri yamağa yaxşı elastiklik verir.  

 

4.  Vünanın  qalınlığı  1  mm-dən  az  olduğu  üçün  qidalanması  mağaralı 



cismlərin qan dövranı ilə həyata keçirilə bilər.  

 

Adətən  yamama  texnikasından  sonra  əyrilik  düzəlir.  əgər  müəyyən  dərəcə 



əyrilik qalarsa, o plikasiya tikişləri ilə aradan götürülür.  

Bəzi  hallarda  penisin  deformasiyası  kompleks  olur,  yaxud  gum  saatı  kimi 

deformasiyalar  müşahidə  edilir.  O  zaman  |--<  -vari  rezeksiya  ilə  venanın  həmin 

yerə implantasiyası əyriliyin tamamilə düzəlməsinə şərait yaradır.  

Peyroni  xəstəliyində  əyriliklə  birlikdə  ağır  ED  də  müşahidə  olunursa 

əyriliyin  düzəlməsi  üçün  mağaralı  cisimlərə  protez  implantasiyası  həyata 

keçirməklə  həm  əyriliyin  düzəlməsi,  həm  də  cinsi  fəaliyyəti  bərpa  etmək 

mümkündür ki, buna penisin yenidən şəkilləndirilməsi və ya remodeling deyilir.  

 

 


 

Peyroni  xəstəliyi  zamanı  əməliyyat  zamanı  eyni  vaxtda  kavernoz  cisimlərə 



silikon protezin qoyulması.(öz təcrübəmiz

 

 



 

Əməliyyatdan əvvəl 

Əməliyyat zamanı 

Əməliyyat sonrası 



Willson manevrası 

Ümumiyyətlə  1999-cu  ildən  Azərbaycan  Tibb  Universitetinin  Urologiya 

Kafedrasından  66  xəstə  müraciət  etmişdir.  Onlardan  18-nə  konservativ  müalicə 

olunmuş,  32  xəstə  əməliyyata  razılıq  verməmiş,  5  xətəyə  gizli  venanın  müxtəlif  

üsullarla  ağlı  qişaya  implantasiyası,  1  xəstəyə  Wilson  manevrası  ilə,  eyni  anda 

silikon protez implantasiyası, 4 xəstəyə Nesbit üsulu ilə 6 xəstəyə Yahya üsulu ilə 

əməliyyat edilmişdir. BU sahədə calışmalarımız davam etməkdədir, Əməliyyatdan 

sonrakı  dövrdə  ağırlaşmaların  demək  olar  ki,  olmaması  və  kişi-qadın  razılığının 



yuxarı olması bu əməliyyatların klinikada geniş tətbiqinə ümüdləri artirmaqdadır.

 

 

 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə