* * * Ancaq nə tər şeydisə, gözə görünmür. Bir dəfə Nəzirənin
(gəlinidi) donunda gəlib məni çağırıb. Əyaqqabımı geydim, şa-
lımı əlimə götürdüm ki, çıxam, gedəm. Bismillah dedim, gör-
düm heç kəs yoxdı (S: 17; T: 1). * * * Səriyyə adlı qonşularını gecə vaxtı kimsə öz adı ilə çağırır-
mış. Gündüz belə çətin keçilən yolları keçib, bir talaya gəlib çı-
xıbmış. Burada ocaq qırağında çalıb – oxuyan xeyli adamı gör-
15
müşdü. Həmin an “Bismillah” deməsi ilə nə varsa, ətrafda yox
olur. Diqqətlə baxanda kənddən iki-üç kilometr uzaqlaşdığını,
tək-tənha qaldığını görür. Qorxa-qorxa səhərə yaxın evinə qayıdır.