Plagiat report



Yüklə 347,67 Kb.
Pdf görüntüsü
səhifə33/102
tarix02.01.2022
ölçüsü347,67 Kb.
#37444
1   ...   29   30   31   32   33   34   35   36   ...   102
Tam hesabat Mhbub Tagsoy

kreditor hesab 

edilir 


və gələcəkdə o, valyuta 

gəlirləri əldə edəcəkdir; - saldo passiv olduqda isə, onda ölkə xalis-



borclu hesab olunur və gələcəkdə o, valyuta 

ödəmələri həyata keçirəcəkdir. Beynəlxalq borc balansından

beynəlxalq təcrübədə geniş şəkildə istifadə olunur və hesab balansından bir sıra xüsusiyyətlərə görə fərlənir.

Belə ki, ölkələrin qızıl-valyuta ehtiyatları, eləcə də xaricdə yerləşən xalis aktivləri bu balansa daxil olunur. Tədiyə

balansı özündə ölkələrin xarici iqtisadi əlaqələrinin strukturunu və xarakterinin kəmiyyət və keyfiyyət cəhətlərini

əksini etdirir. Hesab balansı və tədiyə balansı arasında bir neçə mühüm fərq vardır. 1) Hesab balansında

gələcəkdə gerçəkləşdiriləcək əməliyyatlar öz əksini tapır, tədiyə balansında isə əksinə həyata keçirilmiş olan

ödəmə və əməliyyatlar əks etdirilir. 2) Tədiyə balansına real olaraq gerçəkləşdirilmiş (alınmış və ya verilmiş)

kreditlər və investisiyalar, hesab balansına isə faktiki həyata keçirilməmiş olan əməliyyatlar da daxil edilir; 3)

tədiyə balansına yalnızca ödənilmiş mal və xidmət ixrac və idxalı, hesab balansına isə xarici ticarət sazişlərinin

ödənilməyən hissəsi də daxil edilir. Nəticə etibarilə, hesab və tədiyə balanslarının saldosu bir-birinə uyğun gəlmir. 

II FƏSİL. BEYNƏLXALQ VALYUTA SİSTEMİNİN İQTİSADİ MAHİYYƏTİ VƏ TƏŞKİLATİ-SİYASİ BAXIMDAN

MÜASİR PROBLEMLƏRİ

2.1. Qloballaşmanın dərinləşməsinin BVS-in fəaliyyətinə təsirləri

Qloballaşma qədər mübahisəli, ziddiyyətli və əks bucaqlardan qiymətləndirilən az mövzu vardır. Xüsusən iqtisadi

və maliyyə mövzusu ələ alındıqda qloballaşma üzərində dərin müzakirələr və fikir ayrılıqları vardır.

Qloballaşmanın tərəfdarları onun gətirdiyi malların çeşidini, alternativlərin çoxluğunu və istehlak mallarının

qiymətlərinin azalmasını vurğulayırlar. Qloballaşmanın əleyhdarları bunu qeyri-bərabər inkişaf kimi görürlər. Bəzi

insanlar onun nemətlərindən bəhrələnərkən, qloballaşma bəzi insanlara işsizlik və yoxsulluq gətirir. İqtisadi

bərabərsizlik artır və ətraf mühit təhlükəli şəkildə istifadə edilir. Bütün bu mübahisələri nəzərə alaraqdan

qloballaşmanı bu şəkildə müəyyənləşdirmək mümkündür: "Kütləvi informasiya vasitələrində, nəqliyyat və

kompüter texnologiyalarındakı inkişaf nəticəsində dünyanın müxtəlif bölgələri arasındakı münasibətlərin

görünməmiş miqyasda və sürətlə artmasıdır." Bir çox digər iqtisadi nəticələrə əlavə olaraq, qloballaşma pul

siyasətinə və sisteminə mühüm təsir göstərmişdir. Qloballaşma prosesini üç əsas hissəyə bölmək mümkündür:

XVI əsrdən II Dünya Müharibəsinə qədər olan dövrdə ticarətin qloballaşması; II Dünya müharibəsindən 1970-ci

illərə qədər istehsalın qloballaşması və 1970-ci illərdən bəri maliyyənin qloballaşması. Ancaq bu mərhələlərin biri

bitib digəri başlayan mərhələlər olmadığını və bir-birinin içinə qarışaraq bu günə qədər davam etdiyini

vurğulamaq lazımdır. Xüsusilə maliyyənin qloballaşması pul siyasətləri baxımından ciddi nəticələrə doğurmuş;

artan beynəlxalq kapital axınları sabit məzənnə sistemini qorumağı qeyri-mümkün etdiyindən, Bretton Woods

sisteminin dağılmasında mühüm rol oynamış, və bugünkü iqtisadiyyatı formalaşdıran başlıca faktor olmuşdur.

Kompüter və rabitə texnologiyalarındakı inkişaflar maliyyə qloballaşmasına kömək etdi. Artıq böyük bir pul bir

düyməni basmaqla ölkələr arasında sürətli bir şəkildə köçürülür. Kapital hərəkətlərini izləmək və nəzarət etmək

demək olar ki, qeyri-mümkün hala gəlmişdir. İnkişaf etməkdə olan texnologiya (xüsusilə kompüter texnologiyası)

ilə yeni maliyyə alətləri, xüsusilə törəmə əməliyyatlar meydana çıxdı və maliyyə sektoru sürətlə böyüdü və real

sektora hakim olmağa başladı. Maliyyələşdirmə deyilən bu inkişaf maliyyə qloballaşmasını daha da irəli səviyyəyə

qaldırdı və mühüm iqtisadi nəticələrə səbəb oldu. Bütün bu inkişaflar nəticəsində beynəlxalq kapital

hərəkətlərinin artması və xüsusən də ölkələr arasında spekulyativ, qısamüddətli kapitalın sürətli dövriyyəsi

qarşılıqlı asılılığı artırdı və müstəqil milli iqtisadi siyasət izləməyi mümkünsüz qıldı. Maliyyə kapitalının hərəkətliliyi

hökumətlərin faiz dərəcələri və məzənnə üzərində nəzarətini zəiflətdi. Qısamüddətli portfel investisiyaları inkişaf

etməkdə olan ölkəyə daxil olduqda, ölkənin pulunun həddən artıq qiymətlənməsinə səbəb olur və ölkəni yüksək

faiz - aşağı məzənnə tələsinə sala bilər. Yenə bu cür investisiyalar ölkəni sürətlə tərk edə bildiklərinə görə

böhranlara səbəb olmaqdadırlar. Maliyyə liberallaşması ilə maliyyə axınlarının sürətlənməsi (qısa müddətli)

nəticəsində bazarlarda qısamüddətli hərəkətlər artır. Bu vəziyyət pul orqanlarının pul siyasətini həyata

keçirməsini çətinləşdirir və eyni zamanda kapitalın səmərəli bölüşdürülməsinə mane olur. Performans və rəqabət

təzyiqi peşəkar fond menecerlərini qısa müddətdə düşünməyə və hərəkət etməyə vadar edir. Nəticədə maliyyə

bazarlarında ticarət həcmi və dəyişkənlik artır. Bundan əlavə, çoxmillətli şirkətlərin valyuta məzənnələrinin

dəyişməsindən qorunmaq üçün istifadə etdiyi maliyyə törəmələri pul siyasətinin effektivliyini məhdudlaşdırır.

2.2. Qlobal iqtisadi böhranların tezləşməsinin 




Yüklə 347,67 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin